Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

QIRĞIZ MİLLƏTÇİLƏRİ AYAĞA QALXIBLAR:“Hökumət çinliləri ölkədən qovmalıdır” – Araşdırma

İrina Corbenadze

rosbalt.ru, 25.12.2018

 

Respublika sakinləri yaddan xoflanan deyil, amma ÇXR-dən “qonaqlar”ın davranışı və Mərkəzi Asiyadan  çıxanların “Səmalar ölkəsi”ndə “tərbiyə düşərgələri”nə salınması onların loyallığını sarsıdıb. Əslində, artıq bir neçə min adamdan ibarət “Qırx pəhləvan” “Çin zorakılığı”na qarşı etiraz edir.

Yenixeber.org: Qırğızların çinlilərə və ÇXR hökumətinə, indi isə artıq öz hökumətlərinə qarşı iddiaları getdikcə daha əhatəli olur və yaxşı heç nədən xəbər vermir. Qırğızlar ənənə üzrə tolerantdır və kütləvi şəkildə vulqar millətçilikdən əziyyət çəkmirlər. Amma onun cücərtiləri çoxalmağa başlayıb – “Kırk çoro” təşkilatı və onun platformasına ortaq şəxslər Bişkekdə Çin səfirliyinin yanında mitinq keçirərək Qırğızıstan hökumətindən bütün əcnəbiləri bir ay ərzində respublikadan çıxmağa məcbur eləməyi tələb ediblər. Etiraz aksiyası iştirakçıları habelə xaricilərə QR vətəndaşlığı verməyin qanuniliyini yoxlayacaq komissiya yaradılmasını tələb edirlər.

Burada qeyd etməyinə dəyər ki, gerçəklikdə söhbət bütün əcnəbilərdən deyil, çinlilərdən gedir. Həm də, bax, buna görə: artıq rəsmən bəllidir ki, ÇXR-də 50 minə yaxın etnik qırğızın və az sayda olsa da, uyğur və qazaxın saxlandığı “siyasi tərbiyə düşərgələri” adlı qurumlar var. Düşərgələrdə Çin dilini öyrənməyə, yetərincə məxsusi davranış qaydalarına əməl etməyə, kommunist partiyasını öyməyə vadar edirlər. Gerçəklikdə isə “Səmalar ölkəsi cənnəti”ndən canını qurtamağa nail olanlar deyirlər ki, bu düşərgələr çox çətin bir yerdir – dustaqlara işgəncə verildiyi əsil həbsxanadır. “Azattıq” və “Asiyanın səsi” radiolarının məlumatına görə, heç bir əsassız və təbii, məhkəməsiz adamları həbs edirlər. “Peşəcə ziyalı” kişilərə – yazıçılara, jurnalistlərə, ədəbiyyatşünaslara və s.-ə qarşı özəlliklə azğınlaşırlar. ÇXR hökuməti milli azlıqların sıx yaşayış yerlərində qırğız, qazax, monqol, uyğur dillərində təhsil verilən məktəbləri bağlayıb.

Düşərgələr Çinin özündə isə peşə və ekstremizmlə mübarizə üçün “fərdi təhsil” mərkəzi kimi təqdim olunur. Nə az, nə çox. “Ekstremizm” anlayışına “dini ideyaların ifrat təzahürü” və tam anlaşılmayan “yığcam ifadəsi”ndən savayı “doğuşun planlaşdırılması siyasətinə təxribat” da daxildir.

Problem BMT-nin irqi diskriminasiyanın ləğvi üzrə komitəsi, huüquq müdafiəçiləri, o cümlədən “Human Rights Watch” kimi məşhur beynəlxalq qurumun baxış sahəsinə düşüb, amma həmən həməndir. Həm də Qazaxıstan və Qırğızıstan hökumətləri bunu gərəkli səviyyədə elə hey qaldırmasa, – sonuncu isə, görünür, bunu etməyə ehtiyat edir – əlbəttə, həll olunmayacaq. Yeri gəlmişkən, Qazaxıstan bu durumda özünü qətiyyətli aparıb – XİN ÇXR səfirini çağırıb, onunla “söhbət” edib və Çin tərəfinə bir neçə nota göndərib. Nəticədə onlarla qazax vətənə qayıtmaq hüququyla azad olunub.

Amma, bax, Bişkek passivdir. Qırğızıstan prezidenti Sooronbay Jeenbekov cari ilin yekunlarına həsr edilən bu günlərdəki mətbuat konfransında bildirib ki, hökumət “diplomatik kanallarla iş aparır” və respublika vətəndaşlarının Çində həbs edilməsi haqda məlumat toplayır, amma ÇXR vətəndaşlarından söz düşəndə “biz başqa ölkənin iç işlərinə necə qarışa bilərik?” Jeenbekov deyib: “Heç bir Çin ekspansiyası yoxdur, bu sayaq məlumatlarla çox ehtiyatlı olmaq və ictimaiyyəti yerindən oynatmamaq gərəkdir”.

Amma hökumət düşərgələr və “ekspansiya” problemiylə yaxından məşğul olmasa, “müqəddəs yer” boş qalmayacaq – onu getdikcə daha fəallaşan “Kırk çoro” təşkilatı dolduracaq. Onun fəalları əcnəbilərə məxsus əyləncəli müəssisələrə baş çəkib, sənədinin vaxtı keçmiş şəxsləri aşkarlayıb, “qonaqlarla əlaqəsi olan” qızları təqib ediblər. Və hökumət qayda-qanun yaratmasa, özləri “qayda yaratmaq” hədəsi gəlirlər.

Rəsmən qeydə alınmış, beş min nəfəri birləşdirən və Qırğızıstanın yeddi bölgəsində özəkləri olan bu təşkilatın fəaliyyətinə məhəl qoymamaq son dərəcə qafillik olardı. Onun fəalları deyirlər ki, “memorandum” əsasında paqonlularla və prezident aparatıyla işbirliyindədirlər, amma dövlət qurumlarından heç biri belə işbirliyini təsdiqləməyib. Deməli, ən azı, hərki-hərkilik var, ya da dövlət qurumları həm də əcnəbilərin mehmanxana və yataqxanalarda yaşamasını, mənzillərin isə yalnız ailəlilərə verilməsini tələb edən “Kırk çoro” ilə əlaqəsini gizlədir. Və diqqətçəkəndir ki, o, Qırğızıstanda çoxarvadlılığın tətbiqi və alverlə məşğul olan “uyğurlar”ın qırğızlarla əvəz edilməsi uğrunda mübarizə aparır.

Bax, bu “pəhləvanlar”ın tələbləri belə çeşid-çeşiddir: “Kırk çoro” qırğızcadan tərcümədə “qırx pəhləvan” deməkdir. Yadsevməzliyə qarşı çıxış edən və özləri onu göstərən bu qoçaqlar bu gün olmasa da, sabah respublikada siyasi nüfuza iddia edəcəklər.

Hökumətin Çində etnik qırğızlarla bağlı baş verənlər haqda passivliyi daha çox bununla izah olunur ki, Bişkek ona, demək olar, iki milyard dollar borc vermiş Pekindən, sadəcə, qorxur. Qırğızıstanda Çin yatırımçıları üçün bütün yollar və onlar üçün əsasən əlverişli şərtlərlə açıqdır. Çinlilər xüsusən də Bişkek SES-in modernləşdirilməsinə kredit ayıraraq uyğun işlərə podratçını özləri seçiblər, “geniş kütləyə” sonradan məlum olduğu kimi, bu saziş üzrə biznes mübahisələri isə Qırğızıstanda deyil, Honkonqda həll olunmalıdır. Ümumiyyətlə, Çin şirkətləri Pekinin kredit verdiyi energetik və başqa layihələri özləri gerçəkəşdirir.

Söhbət respublika üçün yetərincə böyük məbləğdən gedir – Çin təkcə birinci yarım ildə Qırğızıstana 100 milyon dollar, yəni bura gələn bütün yatırım vəsaitlərinin üçdə birini yatırıb. QR-də Çin idxalının payı isə bütün “alqılar”ın 40%-i təşkil edir, halbuki yerli məhsulun “Səmalar ölkəsi”nə ixracatı 5%-ə zorla çatır. Və həmişə Qırğızıstanın satmağa bir şeyi olmadığına görə deyil. Çin qonşu ölkəyə qrantlar da ayırır – yolların bərpası, arxeoloji qazıntılar və hətta silahlı güclərin inkişafına.

Bir sözlə, Qırğızıstan dövlət borclarını ödəməyə olduqca tutqun perspektiv və məsələn, “qardaş respublika”ya “yazığı gələn” Rusiya ilə olduğu kimi, “bağışlana” biləcəyi ümidiylə Çindən getdikcə daha çox asılı duruma düşür. “Sputnik Киргизия” Çinlə hesablaşa bilməyən ölkələrin başına nələr gəldiyi mövzusunda icmal təqdim edib. Deməli, BVF-nin məlumatına görə, 2017-nin sonunda Şri-Lankanın xarici borcu 48,3 milyard dollara, ya da ÜDM-in 80%-dən çoxuna  bərabər idi. Bunda ÇXR-in payı, haradasa, 8 milyard dollar təşkil edib. Və “New York Times”-ın yazdığı kimi, ölkə önəmli Hambantota limanını Çinin “China Merchants Port Holdings” dövlət müəssisəsinə verməli olub. Bununla belə, borc tam ödənilməyib – Çin yalnız 1,1 milyard dolları “bağışlayıb”. Amerika nəşri bu durumu “borc tələsi” adlandırıb.

CNN məlumat verir ki, Çin ada dövləti Vanuatuya kreditlər hesabına Cənubi Sakit okean bölgəsində hərbi iştirak təşkil etməyi planlaşdırır. Telekanalın məlumatına görə, Çin tərəfi Vanuatuda Espiritu-Santo adasında liman inşasına və başqa böyük layihələrin gerçəkləşdirilməsinə 270 milyon dollar həcmində kredit ayırıb. Ekspertlərin məlumatına görə, bu borc Sakit okean dövlətinin xarici borcunun yarısına qədərini və yaxud ÜDM-nin, haradasa, üçdə birini təşkil edir. Telekanal qeyd edir – bu məlumat düzgündürsə, onda Avstraliyadan 2 min km-lik məsafədə Çinin hərbi-dəniz bazası peyda olacaq. Əlbəttə, Avstraliya Çinin hərbi planlarına qarşı çıxır. Amma, bax, Cibuti isə çinlilərlə artıq hərbi baza ilə hesablaşmalı olub.

Sputnik habelə “daha yaxın misal” gətirir – bu, Tacikistandır. Ölkə hökuməti “Düşənbə-2” İES-in inşası əvəzində Yuxarı Kumarq qızıl yatağını Çinə verib. İstilik sentralı 330 milyon dollarını Çinin borc verdiyi 350 milyon dollara başa gəlib. Taciksitan hökumətinin yanında baş geologiya idarəsinin məlumatına görə, Soqdi vilayətindəki yatağı İES-i də inşa edən TBEA şirkəti işləyəcək. Şirkət inşaata yatırılmış  vəsaitin tam əvəzlənməsinə qədər yataqdan qızıl çıxaracaq. Borc qaytarılandan sonra yeni şərtlətlə yeni saziş bağlanacaq. Bu “siyahı”nı davam etdirmək olar.

Aydındır ki, borc götürülmüş pulları qaytarmaq gərəkdir, ödəyə bilmirsənsə, götürmə. Ciddi deyilsə, dünyanın praktik olaraq bütün dövlətləri kredit və yatırım dalınca düşüb, amma bununla yanaşı, kreditordan ciddi pislik qazanmamaq üçün heç də hamısı artıq-əskik danışmağa hazır deyil. “Düşərgələr”lə bağlı əhvalat olduqca səciyyəvidir: Bişkek buna qıcıq verməyə və düşərgələrin məhbusu etnik qırğızların QR vətəndaşı olub-olmadığı durumu yoxlamağa borcludur.

Amma o biri yandan Qırğızıstan hökumətinin respublikada ardınca hökmən daha hansısa bir “anti”nin gələcəyi azğın antiçin kampaniyasının başlanmaması üçün maksimum səy göstərməyinə dəyər. Məlum olduğu kimi, millətçiliyin açıq novları ən müxtəlif ölklərdə və ən müxtəlif zamanlarda çoxlu bəlalar törədib.

Əslində, Qırğızıstan bu məsələyə ağılla yanaşsa, həmsərhəd Çindən bir yığın fayda əldə edə bilər – Çin şirkətlərindən qorxmadan ölkə üçün maksimal faydalı yatırım və kredit şərtləri əldə etməklə yanaşı “tərəfdaşlar”a qudurmaq və qırğızların hüquqlarını tapdalamaq imkanı vermədən. Yəni ekspansiya, xüsusən də müstəmləkələşmək qorxusu altında əsməmək üçün hər baxımdan yoxlanmış siyasət yürütməklə.Tərcümə Strateq.az-ındır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam