Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İnhisarçı şirkətlərin aksiz markası fırıldağı ilə qazandığı milyonlar... -ARAŞDIRMA

 

İnhisarçı şirkətlərin aksiz markası fırıldağı ilə qazandığı milyonlar... - ARAŞDIRMA


Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 10-da Vergilər Nazirliyinin əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında müvafiq yoxlama həyata keçirilib. Bu zaman müəyyən edilib ki, aksizsiz tütün məmulatlarını, alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırılıb. 

Yenixeber.org: Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları, alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 nəfər saxlanılıb.

Gördüyünüz kimi, bu fakt belə deməyə əsas verir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı nəticəsində vergidən yayınma hallarına yol verilir. Əslində, bütün bunlar "kölgə" iqtisadiyyatının yaratdığı mənfi fəsadlar kimi dəyərləndirilməlidir. İş o yerə çatıb ki, artıq ölkə başçısı belə, bu məsələyə dair kəskin iradını bildirib. Belə ki, oktyabrın 9-da dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı prezident qeyd edib ki, həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında bir çox boşluqlar var idi: "Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər".

Məlumat üçün bildirək ki, aksiz markası siqaret və tütün məhsullarının, o cümlədən spirtli içkilərin istehsal və idxal həcmini, miqdarını müəyyən etmək, bu məhsulların dövriyyəsini tənzimləmək üçün mühüm vasitədir. Qeyd edək ki, aksiz markaları adıçəkilən növ məhsulların istehsalı və ya idxalı ilə məşğul olan müəssisə, həmçinin fiziki şəxslər tərəfindən Maliyyə Nazirliyinə sifariş əsasında hazırlanır. Xarici ölkələrdə hazırlanaraq ölkəmizə gətirilən markalar isə lotereya, pul əskinasları, istiqraz və digər qiymətli kağızlar qrupuna aid edildiyindən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmaqla, malların mənşəyinə uyğun olaraq siyahı üzrə nömrələrin satışı təşkil edilir. Beləliklə, aksiz markası sifarişçinin tələbindən asılı olan sayda çap edilir və ona çatdırılır. Onu da nəzərinizə çatdıraq ki, ölkəmizdə istehsal olunan mallara aksiz markaları istehsal müəssisəsi tərəfindən onun yerləşdiyi ərazidə yapışdırılır. Xarici ölkələrdən Azərbaycana gətirilən mallara görə aksiz markaları isə yerli istehsalçı tərəfindən sifariş verilir. Bu cür malların markası idxal markası kimi qeydə alınır və malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılır.

Beləliklə, həm istehsal, həm də idxal məhsulu üzrə aksiz markası müvafiq dövlət qurumları tərəfindən siyahı üzrə qeydə alındığı üçün onların sayı barədə müfəssəl məlumat olur. Lakin buna baxmayaraq, bəzi işbazlar müxtəlif maxinasiyalara əl ataraq daha ucuz qiymətə başa gələn şərab aksizi ilə araq satırlar. İstehlakçılar isə bunun fərqinə belə, varmırlar. Əslində, bu, heç mümkün də deyil. Çünki şərab ilə arağa verilən aksiz markasının xarici görünüşü bir-birindən fərqlənmir.gundemxeber.az "Hürriyyət"ə istinadla bildirir ki, bundan yararlanan işbazlar, o cümlədən bazarda inhisarçı mövqeyə sahib olan bəzi iri şirkətlər şərab aksizi ilə araq satmaqla asan yolla külli miqdarda gəlir əldə edir, dövlətə isə bir o qədər ziyan vururlar. Bununla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, monopolist şirkətlərin bir qismi şərab istehsal etdiyini bəyan edərək 1 litr üçün 10 qəpik ödəməklə aldıqları aksiz markasını sonradan arağın üzərinə vururlar. Əslində isə arağın aksiz markası 1 litr üçün şərabın aksiz markasından azı 20 dəfə bahadır. Hələ bu, harasıdır. Əksər hallarda sahibkarlar istehsal prosesində kiçik həcmli 100 qr və 250 qr şüşə tarasından istifadə olunduğu bildirsələrdə, əldə olunan aksiz markaları daha böyük həcmli taralara vurulur. Məhz bu cür yollarla milyonlarla vəsait büdcədən yayındırılır. Əslində, bütün bunlar onu deməyə əsas verir ki, külli miqdarda gəlir gətirən aksiz markaları biznesi hansısa nüfuzlu şəxs və ya qurumların nəzarətində olduğundan, müvafiq orqanlar bu sahədə yaşanan neqativ halları, yeyinti faktlarını görməzdən gəlir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam