Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ekologiya nazirliyində Loğman Mehdiyev müəmması -Nazirin əmri necə geri oxunub?

 

 
   
 

bitmap-img6

 

"Ağ Göl" Milli parkının direktoru nazirin imzaladığı işdən çıxarılma əmrini kimin vasitəsi ilə geri oxutdurub?
Yenixeber.org: Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra qurumda bir xeyli islahatlar aparılıb və aparılmaqdadır. Bu islahatlar nəticəsində bir çox idarə müəssisə birləşdirildi və bəzi yetkililərin səlahiyyəti artırıldı. Bilidrək ki, ETSN-də aparılan bu islahatlar ilk əvvəllər sabiq nazir  Hüseynqulu Bağırovun kadrlarının narahatçılığına səbəb olsada sonradan hər şey öz qaydasına düşdü. Əldə etdiyimiz məlumatlara görə Muxtar Babayevin bəzi adamları işdən çıxarmaq istəyi baş tutmur. Həttə bəziləri ilə bağlı nazirin əmrləri də sonradan geri oxunub.
Redaksiyamıza ETSN-dən daxil olan məlumata görə təxminən 2 ay öncə nazir Muxtar Babayev "Ağ Göl" Milli Parkının direktoru Loğman Mediyevi vəzifəsindən azad edib. Ancaq nazirin direktoru işdən azad etmə əmri cəmi bir neçə saat çəkib. Belə ki, həmin günün axşam saatlarında Muxtar Babayevin əmri  müəmmalı şəkildə geri oxunub və Loğman Mehdiyev vəzifəsinin icrasını davam etdirib. 
Bildirək ki, "Ağ Göl" Milli parkı ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif məlumatlar yazılmaqdadır. Qoruğun daxilindəki "Ağ Göl"dən gündəlik qanunsuz balıq tutulmasından tutmuş müxtəlif quşların, heyvanların ovlanmasına qədər məlumatlar ölkə mətbuatında dərc edilsədə sabiq nazir Hüsedynqulu Bağırov Loğman Mehdiyevi öz vəzifəsində saxlayırdı. Loğman Mehdiyevin vəzifədə saxlanılmasının səbəbi isə ETSN-nin sabiq Aparat rəhbəri Rövşən Cəlilovun olduğu  hər kəsə yaxşı məlum idi. 
Muxtar Babayev ETSN nazir təyin edildikdən sonra işdən azad etdiyi direktorların ilk sırasında Loğman Mehdiyevin olacağından heç kəs şübhə etmirdi. AzFakt.com-a daxil olan məlumata görə "Ağ Göl" Milli Parkının direktoru bu dəfə özünə sabiq Aparat rəhbəri Rövşən Cəlilovdan daha güclü himayədar tapıb. Bu himayədarın nazir Muxtar Babayevin yaxını və yaxudda ətrafındakı güclü bir şəxsin olması ehtimalı isə daha çoxdur.(azfakt.com)
Qarşı tərəfin möveyini verməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam