Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Erməni əsgərlər bir-birlərini niyə güllələyir?-Şərh

 

Ermənistan ordusunda stress vəziyyəti getdikcə artır.

Yenixeber.org: Bunu son günlər Ermənistan ordusunda yaşanan xaosla bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan ordusunda son günlər yaşanan xaosun bir neçə səbəbi var. Birincisi, orduda təchizatın aşağı səviyyədə olması, ikincisi, ərzaq, geyim təminatından narazılığın artması, üçüncüsü isə erməni əsgərlərin Qarabağa getməkdən imtina etməsidir. Bütün bu amillər Ermənistan ordusunda stress vəziyyətini getdikcə artırır. Nəticədə bu da özünü intihar hallarında, qətllərdə göstərir. Köçəryan və Sərkisyan dövründən başlayan bu xaos son illər daha da artıb”.

Siyasi şərhçi bu vəziyyətin Paşinyan dövründə daha kəskin hal alacağını düşünür:

“Paşinyanın ordudakı ərzaq təminatını artırmağa və nizam-intizam yaratmağa maliyyə resursları yoxdur. Ümumiyyətlə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, həlli mümkün olmayan məsələdir. Ermənistan ordusunun stress vəziyyətində olmasının əsas səbəbi Azərbaycan torpaqlarının işğalda saxlanılmasıdır. Ermənistan ordudakı bu acınacaqlı durumun qarşısını almaq üçün işğaldan vaz keçməlidir. Müharibə hər an başlaya bilər və bu, Azərbaycanın təbii haqqıdır. Ermənistan hakimiyyəti hazırda ciddi çətinliklərlə qarşı-qarşıyadır və Paşinyanın bu problemləri həll edə biləcəyinə inanmıram”.

Qeyd edək ki, son 3 gündə güllə və qəlbə yaraları ilə təkcə İrəvandakı hərbi hospitala yerləşdirilən erməni əsgərlərinin sayı 6-ya çatıb.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam