“Sabunçu Elmi-İstehsalat Birliyi” necə və neçəyə özəlləşdirilib?
Məlum olduğu kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hələ Sovetlər İttifaqı dönəmindən Azərbaycan iqtisadıyyatında xüsusi yerə malik, “Azneftkimyamaş” ASC-nin tərkibində olmuş, uzun zamanlar neft sənayesi üçün avadanlıqlar istehsal etmiş “Sabunçu Elmi-İstehsalat Birliyi” Törəmə Açıq Səhmdar Cəmiyyəti bu il oktyabr ayında özəlləşdirməyə çıxarmışdır.
Yenixeber.org: Qeyd etdiyimiz lap yerinə düşərdi ki, bu zavodun istehsal etdiyi avadanlıqlara vaxtı ilə neft sənayesi sahəsində fəaliyyət göstərən İttifaq respublikalarında və xarici ölkələrdə belə ehtiyac duyuilmuşdur. Sovetlər İttifaqı dağıldıqdan sanra isə sözügedən zavod əvvəlki şöhrətini itirmiş, vaxtıılə yüzlərlə insanların çalışdığı bir müəssisə xarabalığa çevrilmişdi. Amma buna baxmayaraq zavoda 1983 -cü ildən direktorluq edən Oruc Məmmədov zavoddakı bir çox sexlərin fəaliyyətini dayandırmağa imkan verməmiş, şəxsi məqsədləri üçün nə az nə də çox,düz otuz beş il işlədə bilmişdir.

Zavod son dövrlər maşınlar üzərində müxtəlif qurğuların quraşdırılması ilə yanaşı, metal konstruksiyalar, körpülər üçün metal özüllər,hündürmərtəbəli binalar üçün metal konstruksiyalar, işıq dirəkləri istehsal edib. Bu müddət ərzində birliyin dövlətə nə qədər xeyir verməsi barədə konkret heç bir fikir söyləyə bilməsək də Birliyin rəhbəri Oruc Məmmədovun dövlət əmlakını taladığı söylənilir Bizə verilən məlumatlara görə Oruc Məmmədov Birliyin faktiki ərazisini zaman-zaman müxtəlif adamlara sataraq sahəni 10 hektardan 8 ha-ya qədər salıb. Təbii ki, o bu işləri təkbaşına görə bilməzdi. Verilən məlumatlara görə burada Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də az rolu olmayıb. Əsas məsələ isə Birliyin özəlləşdirilməsi zamanı baş verib ki,buradan kimə nə qədər pay düşməsindən heç kimin xəbəri yoxdu.

Redaksiyamıza daxil olan məlumatda “Sabuncu Elmi İstehsalat Birliyi” TASC-nin özəlləşdirilməsi zamanı direktor Oruc Məmmədovla bağlı bir sıra iddialar səsləndirilir. 1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olan Oruc Məmmədovun özəlləşdirmə zamanı gizli sövdələşmələr apardığı qeyd edilir. Bu sövdələşmələrin kiminlə apardığı hələlik redaksiyamıza məlum olmasa da bəzi detallar artıq hamıya məlumdur. Belə ki,özəlləşdirmədə Oruc Məmmədov əldə etdiyi gəlirdən əlavə, “Zabrat Maşınqayırma Zavodu”na direktorluq postu da əldə edib. Yaşı artıq çoxdan yetmişi keçmiş Oruc Məmmədova bu zavoda rəhbərlik etmək hansı ehtiyacdan yaranıb? Otuz beş ildən çox bir müəssisəyə rəhbərlik etmiş, vaxtı ilə millət vəkili olmuş Oruc Məmmədova bu vəzifə lazım idimi? Əldən gedən “Sabunçu Elmi-İstehsalat Birliyi”-nin müqabilində hə.

Redaksiyamıza verilən məlumatlara görə 10 milyonlarla dəyəri olan Birliyi Oruc Məmmədov su qiymətinə özəlləşdirməyə imkan yaratmaqla korrupsiya əməllərinə yol verdiyi bildirilir. Bizim üçün çox maraqlıdır. Görəsən bir özəlləşdirmə çekinin nominal qiyməti neçə manata hesablanıb? Birlik özəlləşdirməyə çıxarılan zaman əmək kollektivinə təkliflər olubmu və ya nə kimi güzəştlər edilib?Təbii ki bu məsələdə Əmlak Məsələləri üzrə Dovlət Komitəsi daha çox cavabdehlik daşıyır. Butun bu kimi suallarin cavabı isə bir məıtbuat orqanı olaraq bizim deyil Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər qurumların səlahiyyətləri çərçivəsindədir.(Aktualinfo.org)