Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AMERİKANIN NEFT NƏHƏNGLƏRİ AZƏRBAYCANDAN NİYƏ GEDİR:neft tükənir, yoxsa Xəzər bölgəsi statusunu itirir? – Araşdırma

Stanslav Tarasov

regnum.ru, 05.12.2018

 

Yenixeber.org: “Reuters” Azərbaycan hökuməti üçün acı xəbər verib. “Exxon Mobil”-dən sonra Amerikanın daha bir neft nəhəngi “Chevron” Azəri-Çıraq-Günəşli (AÇG) blokundakı neft yataqlarını istismar edən beynəlxalq konsorsiumdakı payını satmağa hazırlaşır. Qeyd olunur ki, “Exxon Mobil” AÇG-dəki 6,8%-lik payını satarkən iki milyard dollara yaxın əldə etməyi kəsdirir, “Chevron” isə bu layihədəki təkcə 9,6%-dən deyil, həm də Bakı-Tiflis-Ceyhan neft borusundakı 8,9%-dən də imtina edir.

Bakının “Haqqin.az” portalının qeydə aldığı kimi, “Amerikanın neft-qaz şirkətləri 25 ildən sonra Azərbaycanı tərk edir”. Və dəqiqləşdirir: “1994-cü ildə “Əsrin müqaviləsi”nə Amerikanın, üçü bu günə kimi artıq öz payını satmış və ölkəni tərk etmiş beş şirkəti qatılıb”.

Bakının  layihələri qabaqlar ABŞ və Qərb ölkələrinin dəstəyini alıb, çünki hesab olunurdu ki, bu, Avropanın Rusiya xammalından asılılığını azaldacaq. Amerikanın Beynəlxalq münasibətlər üzrə şurasının “XXI yüzilliyin energetika siyasətinin strateji çağırışları” araşdırmasını yada salaq. Güman olunurdu ki, Vaşinqton bütünlükdə Xəzərdə və xüsusən də Azərbaycanda öz təsirini fəallaşdırmaq sayəsində OPEK-dən asılılıqdan imtina edəcək. İndi obyektiv amil işə düşür: AÇG-də geoloji səbəblərdən neft hasilatı səviyyəsi düşür, bunu əvəzləyə biləcək başqa layihələr isə yoxdur. Azərbaycan üçün strateji önəmi olan BakıTiflis-Ceyhan və Bakı-Supsa neft boruları göstərilən tendensiya sayəsində tezliklə “boşalmağa” başlayacaq. Bakının bəzi ekspertləri bununla bağlı qeyd edirlər ki, Azərbaycanda AÇG yatağının ehtiyatları dövlət sirridir. Amma onların xarici həmkarları hesab edirlər ki, AÇG-də cari hasilat səviyyəsi 2019-cu ilə doğru tükənəcək.

Yəni Qərbin “2013-2020-ci illər dövründə ABŞ və Britaniyanın Azərbaycandakı ən önəmli geopolitik və strateji layihələrin gerçəkləşdirilməsini yığışdırmasının gərəkəcəyi”ni iddia edən bir çox analitiklərin proqnolaşdırdığı baş verir. Və bundan sonra işlər necə gedəcək? Azərbaycanda neft və kondensat hasilatının azalması, əmtəə qazı istehsalının düşməsi ölkəni mavi yanacaq idxalatçısına çevirib. Cəmi üç ildə – 2015-2017 – qaz idxalı 107 milyonkubmetrdən 1,7 milyard kebmtrdən yuxarı 16 dəfə sürətlə qalxıb. Çox ehtimal ki, idxal 2018-ci ildə daha xeyli olacaq. Məlum konyunktur səbəblərdən müəyyən mərhələdə mühüm beynəlxalq neft və qaz hasilatı mərkəzi ad-sanını saxlayan, az qala, Fars körfəzinə alternativ təqdim olunan Xəzər bölgəsi bütünlükdə statusunu itirir.

Xəzər beşliyinin üzvləri Moskva və Tehran enerji resurslarına görə liderlər sırasında qalsa da, onların əsas resursları burada yerləşmir. İranınkı ən çox Fars körfəzi zonasında, Rusiyanınkı Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Arktikadadır. Belə bir önəmli məqamı da qeyd edək. Məsələ burasındadır ki, bilici neftçilər ABŞ və Qərbin bəzi ölkələri tərəfindən gerçəkləşdirilməsi AÇG yataqlarının gerçək ehtiyatları və bazar şəraitiylə əlaqələndirilməyən Bakı-Tiflis-Ceyhan neft borusunu başlanğıcdan siyasi layihə adlandırıblar. Baş amil “məqsədəuyğunluq” hesab olunub. Buna görə də “Chevron” şirkətinin bu layihədən çıxması siyasi və geopolitik dəyər qazanır. Bakı daxili siyasət baxımından gec, ya tez başqa resurslardan istifadə edərək zəruri sosial-iqtisadi problemlərin həllinə səy göstərməli olacaq ki – və artıq başlayıb – bu da məntiq üzrə müəyyən daxili-siyasi dəyişikliklərə gətirməlidir.

Bakı geopolitika baxımından özünün xarici siyasət vektoruna yenidən baxmağa, ABŞ və NATO ilə dialoqda qabaqkı kimi “rus kartı”yla kələk gəlməyə çalışmadan Moskvaya yüksək diqqət yetirməyə vadar olacaq. Axı Azərbaycan hökumətinin Qarabağ məsələsində Qərbdəki “energetik tərəfdaşlar”ın Bakının tərəfində çıxış edəcəyinə ümudi baş tutmayıb. İndi məsələ belə durur: Moskva Qərb tərəfdən  bu bölgəyə marağın azalmasıyla bağlı açılan yeni əməliyyat imkanlarından öz maraqları üçün yararlanmağa hazırdırmı? Hələlik dəyərləndirmələrin müəyyən düzəlişi baş verir.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam