Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə... -Yeyinti ittihamı

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə...
Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. 
Yenixeber.org: Məlumata görə, bu barədə jurnalist Natiq Cavadlı yazıb. Onun sözlərinə görə, nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Hətta iddialara görə, bu il həkimlərdən birinin pul yığımı üçün etirazı icra başçısı Zakir Fərəcova çatdırılıb.

Sumqayıt ŞİH başçısı isə Azərbaycan reallığına uyğun olaraq mesaj göndərib ki, onların kabinetlərdə nə işlə məşğul olduqlarını bilir, elə etməsinlər ki, pis xəbər eşitsinlər. Yaxşısı budur, blokları təmir eləsinlər. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı. 03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.

Büdcədən ayrılan pul cibə qoyulur, əvəzində isə...

10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. Z.Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən indiyə qədər 49,7 milyon manat pul ayrılıb. Bu ayrılan pullar təyinatı üzrə xərclənsəydi, yeni şəhər salmaq olardı. İH-dən zəngimizə cavab verilmədi, rəsmi açıqlamanı dərc etməyə hazırıq.(AzEuroNews.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam