Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Tramp Pentaqonun başçısını yola salır –ABŞ-ın yeni müdafiə naziri kim olacaq? – ARAŞDIRMA

Lara Seliqman

The Foreign Policy (ABŞ), 16.10.2018

 

Yenixeber.org: Bir neçə ay boyunca Vaşinqtonda şayiələr dolaşır ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisdən narazıdır və onu qırğı baxışlarına daha çox uyğun gələn kimləsə əvəz etmək istəyir. Tramp oktyabrın 14-də “60 Minutes”-ə müsahibədə aydın eyham vurub ki, Tramp administrasiyasını tərk edəcək daha bir məmur istefadakı dəniz piyadası generalı və ABŞ Mərkəzi komandanlığının keçmiş başçısı ola bilər. Tramp müsahibə zamanı söz atıb ki, tezliklə “məsələlərinn durumunu dəyişdirə” bilər, qeyd edib ki, administrasiyasının bəzi üzvlərinin işindən narazıdır. ABŞ prezidenti bildirib: “Yolda, sadəcə, fenomenal adamlar var… amma narazı olduğum adamlar da var”.

Trampdan ayrıntıları tələb edəndə deməyə başlamayıb ki, Mettis ən yaxın vaxtlarda öz postunu tərk edə bilər, amma bunu inkar da etməyib. Tramp qeyd edib: “Düşünürəm ki, açığını desək, o, bir növ, demokratdır. O gedə bilər”.

Ceyms Mettis Pentaqonda prezident Donald Tramp və vitse-prezident Mayk Pensin sədrliyi altında 26-cı müdafiə naziri kimi and içib. ABŞ müdafiə nazirliyində Trampın bəyanatını hələlik şərh etməyiblər. Amma getdikcə daha aydın olur ki, Pentaqon başçısını önəmli siyasi qərarlar qəbulundan getdikcə daha çox uzaqlaşdırırlar. Bunda ABŞ milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və Trampın sevimlisi, dövlət katibi Mayk Pompeonun barmağı var.

Mettis bu həftə Vyetnama yollanır. Bu onun 2018-ci ildə Vyetnama artıq ikinci səfəridir. Vaşinqton ÇXR-in bölgədə çoxalan hərbi əminliyi  fonunda Hanoyla əməkdaşlığı genişləndirməyə can atır. Trampın elektoral bazasının əsas seqmentləri içində Mettisin populyarlığı nəzərə alınsa, çox ehtimal ki, müdafiə nazirinə gözəl gediş təmin edəcəklər. Artıq Pentaqon başçısı postuna mümkün iddiaçılar haqda söz-söhbət gedir.

Məsələn, Tramp hələ 2016-da Arkanzs ştatından Senatın silahlı qüvvələr üzrə komitəsinin tərkibinə daxil olan hava gəmiləri üzrə yarımkomitəyə başçılıq edən 41 yaşlı senator Tom Kottonun namizədliyini mümkün müdafiə naziri kimi nəzərdən keçirib. Amma son nəticədə Mettisin  üzərində durub. Kotton özünün qırğı baxışlarilə ad çıxarıb. O həm suda boğmağı təqlid edən işgəncələri, həm də İranda rejimin dəyişdirilməsini dəstəkləyir. Amma seçim Kottona düşsə, Respublikaçılar partiyası Senatda önəmli yerdən imtina etməli olacaq.

Tramp administrasiyasındakı qaynaqlardan birinə əsasən, ABŞ prezidenti habelə Vest-Poyntun (Amerikanın hərbi akademiyası-red.) məzunu, hərbi veteran və “Bridgewater Associates” kürəsəl yatırım şirkətinin baş direktoru Devid X. Makkormiki də gözaltı edib. Qaynaq qeyd edib – Makkormik prezidentin qızı İvanka Tramp və əri Cared Kuşnerin dolaşdığı sosial çevrələrdə dolaşır. O həmçinin Trampın keçmiş müşaviri, Nikki Heylinin gedişindən sonra ABŞ-ın BMT-dəki daimi təmsilçisi postunu tuta biləcək Dina Pauellin adaxlısıdır.

Birləşmiş Ştatların müdafiə naziri postuna başqa mümkün namizədlər istefadakı dördulduzlu Amerika generalı Cek Kin və Missuri ştatından keçmiş senator Cim Talentdir. 2016-da Talentin də namizədliyini nəzərdən keçiriblər.

Cənubi Karolinadan  respublikaçı qırğı, senator Lindsi Qrem də müdafiə naziri postu uğrunda qovğaya qatıla bilər, amma hesab olunur ki, Ceff Seşnsin gedəcəyi halda Qrem ABŞ baş prokuroru postuna əsas namizəddir.

Tramp administrasiyasındakı başqa qaynaq bildirib ki, ABŞ Milli kəşfiyyatının direktoru Den Kouts da Pentaqon başçısı postuna mümkün namizədlər siyahısına daxildir.

Deyəsən, Mettis elə-belə təslim olmaq niyyətində deyil. Bu məsələ üzrə Mettisin baxış nöqtəsinə bələd bir neçə məmur bildirib ki, o, könüllü getmək niyyətində deyil. ABŞ-ın BƏƏ-dəki keçmiş səfiri Barbara Lif bildirib: “Adamlar məndən hey soruşurlar: “Mettis haçan getməyə hazırlaşır?” O, sonadək dayanacaq, doğrusu, o belə adamdır”.

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?