Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türk yazardan Xaşoqqinin ölümüylə bağlı qalmaqallı analiz:“İşin dalında Mossad durur?” – Təhlil

Səudiyyəli jurnalist Cemal Kaşıkçı

 

Taha Dağlı

Haber7 (Türkiyə), 11.10.2018

 

Yenixeber.org: Səudiyyə jurnalisti Camal Xaşoqqini (Cemal Kaşıkçı) heç harada tapa bilmirlər. O ölüdürsə, onda kim öldürüb? Diridirsə, onda kim oğurlayıb?

Bu suallara cavab axtararkən məxfi xidmətləri də hesaba almaq faydalıdır.

Hər şeydən öncə əldə olan məlumatlara üz tutaq.

Səudiyyə Ərəbistanı birnömrəli müttəhimduir.

Xaşoqqi ona məxsus baş konsulluğa girəndən sonra yox olub.

Jurnalistin binaya girdiyi kadrlar var, necə çıxır – yoxdur.

Səudiyyə Ərəbistanı rəhbərliyi və KİV-ləri neçə gün ərzində deyir: “Bu biz deyilik”.

Biz deyirik: “Sübut edin”.

Onlar bunu etməyə çətinlik çəkirlər.

Amma israr edirlər ki, bu onlarlıq deyil.

Tutaq ki, Sədudiyyə Ərəbistanı bu məsələdə, doğrudan da, günahkar deyil. Onda Xaşoqqinin başına gələnlərdə kim günahkardır?

Bu suala sıradakı cavabı verə bilərik: Türkiyə və Səudiyyə Ərəbistanının münasibətlərini korlamaq istəyənlər.

Çünki bu problem Türkiyə-Səudiyyə münasibətlərini birbaşa nişana götürür.

Səudiyyə administrasiyasının önəmli qanadı bu cür ehtimal haqda ciddi rahatsızlıq keçirir.

Ər-Riyadda nüfuzlu azlıq isə münasibətlərin qəti pisləşməsini arzulaya bilər.

Çünki BƏƏ-İsrail-ABŞ orbitinin əhvali-ruhiyyəsinə düşə bilib.

Həm BƏƏ, həm ABŞ, həm də İsrail Türkiyə və Səudiyyə Ərəbistanı münasibətlərinin korlanmasından məmnundur.

Və Türkiyə kəskin “Sən mənim ölkəmdə jurnalistləri necə öldürə bilirsən?” həmləsi etsə, münasibətlər korlanacaq.

Və bunun tərəfdarlarının ciddi çevrəsi var.

Amma, gəlin, məsələyə tamam əks tərəfdən baxaq.

Türkiyənin kəskin reaksiyasızlığı halında bizi Səudiyyə Ərəbistanının ünvanına “Ərəb dünyasının qalan hissəsiylə münasibətlərin korlanacaq” fikrinə vadar edənlər də var.

Ciddi olay və baş verənlərə istənilən reaksiyanın olması və olmamasının mənfi  nəticələr verəcəyi göz qabağındadır.

Yəni yenə də sui-qəsdlə uğraşırıq.

Yaxşı, amma dünyada və hər şeydən qabaq müsəlman məkanında belə sui-qəsdləri kim təşkil edir?

Bu suala cavab zamanı birinci ağla gələn Mossaddır.

Mən iddia etmirəm ki, Xaşoqqiylə bağlı hadisənin dalında Mossad durur, amma Mossadla bağlı bir şeyi xatırlatmağı faydalı sayıram.

Bu, 2010-cu il yanvarın 19-da olub.

BƏƏ-nin Fələstinlə, HƏMAS-la, Türkiyə ilə olduqca yaxşı münasibətləri var idi.

HƏMAS rəhbərliyi bu gün Qətərdə əsaslandığı kimi o vaxtlar Dubayda sakitcə qala bilirdi.

Bu hamıdan çox isə İsraili rahatsız edirdi.

Mahmud əl-Məhbub (Mahmud Məhbub) HƏMAS-ın yüksəkməqamlı başçılarından biriydi. Sürgündə olan bu Fələstin lideri 2010-cu il yanvarın 19-da Dubayda düşdüyü oteldə qətlə yetirildi. Aydınlaşdı ki, qətlin arxasında Mossad durur.

Xeyli müxtəlif ölkələrin pasportlarından istifadə edən Mossad agentləri mehmanxanaya girib və qətl törədiblər.

Amma izaholunmaz bəzi məsələlər də var idi.

Mossad agentləri necə öyrəniblər ki, Fəlsətin lideri Dubaya yollanıb? Onun hansı otelə düşdüyü haqda məlumat onlarda haradan idi? Onlar qurbanın otelə haçan girdiyi və haçan çıxdığını necə müəyyən ediblər? Silah işlədilməyib, Mahmid əl-Məhbub zəhər yeritməklə öldürülüb. Hətta Dubay polisi hadisədən sonra təbii səbəblərdən ölüm haqda hesabat təqdim edib.

Sonradan aydın olub ki, Mossadın otelə saxta pasportlarla girən qatillər komandasına bütün məlumatları BƏƏ daxilindəki İsraillə əməkdaşlıq edən hansısa azlıq verib. Yeri gəlmişkən, BƏƏ bu olaydan sonra İrsrailin nüfuz zonasına girib. O, HƏMAS-ı da, “Müsəlman qardaşlar”ı da terrorçu təşkilat elan edib. Türkiyəyə münasibətdə də təcavüzkar mövqe tutmağa başlayıb.

HƏMAS liderinin Dubayda Mossad casusları tərəfindən öldürülməsi Yaxın Şərqdə bu gün haqqında danışdığımız qüvvələr bölgüsünün meydana çıxmasında müəyyən era idi. Bu hadisədən sonra kartlar yenidən qarışdı və indiki ittifaqlar üçün zəmin hazırlandı.

Buna görə bu gün Xaşoqqi məsələsinə də başqa baxış nöqtəsindən yanaşmaq faydalıdır.

Kimsə Türkiyə və Səudiyyə Ərəbistanını baş-başa gətirməyə çalışır, istəyir ki, buradan da yeni bölgülər yaransın.

Maraqlıdır, kim?

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam