Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA

 

Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA
Sumqayıt Təhsilini qara bulud alıb.

Yenixeber.org: Azərbaycan Təhsili son dövrlər müxtəlif uğurlara nail olduğu bir vaxtda, nədənsə Sumqayıt təhsili heç cürə uğur qazana bilmir. Sumqayıt icra hakimiyyətinin başçısı Zakir Fərəcov özü şəxsən Sumqayıt məktəbləri ilə maraqlansa da rüşvətin, korrupsiyanın,özbaşınalıqların heç cürə qarşısını ala bilmir ki, bilmir. 
 Sumqayıt məktəb direktorlarının əksəriyyətini xanımlar təşkil edir,elə xanımlar ki, idarəçilikdən, təşkilatçılıqdan heç bir anlayışı yoxdur.
Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunduqdan sonra təhsil Nazirliyi ilə birlikdə Sumqayıt məktəblərində böyük islahatlar aparmış,əksər direktorları ciddi nöqsanlarına görə işdən azad edərək yeniləri ilə əvəz etmişdir. Amma nədənsə əksər məktəb direktorları xanımları təyin etmişdir! Demək olar ki, Sumqayıt təhsilinin 90%-ni xanımlar idarə edir. Sumqayıtda maraqlı direktor təyin etmə metodu var .Direktor işdən azad olunur, gənc bir xanım 3 ay əvəz edir, məktəbin zaborlarını təmir etdirir, abadlıq işləri gördürür və sonra isə müəyyən məbləğ toplayaraq işdə qalması üçün kimlərisə görəndən sonra həmin vəzifədə qalmalı olurlar.Yox əgər məbləğı hazır edə bilməsələr işdə qalmaları sual altında qalır?!

Bu da nəticədə Sumqayıt təhsilinin geriləməsinə səbəb olur. Azərbaycanda heç yerdə olmayan bir iş, bir ildə iki təhsil müdirinin dəyişdirilməsi, Sumqayıt təhsilinin anormal səviyyədə olmasını daha çox biruzə verir. Hamınıza məlumdur ki,ölkənin büdcəsinin 70%-ni Təhsil sistemi təşkil edir.
"Bir ölkəni məhv etmək istəyirsənsə onun təhsilini, mədəniyyətini, dilini,dinini əlindən al işğal et".
Belə qənaətə gəlmək olar ki,Sumqayıtda nə iş görürsən gör, təhsili "0" vəziyyətindədir. Buna misal olaraq bu yaxınlarda Sumqayıtda 11 saylı məktəbdə olan pul yığımının bir valideyin tərəfindən səs yazısının ictimailətdirməsi və 6 saylı məktəbdə məktəb direktorunun milli qəhrəmanlarımıza hörmətsizliyi,onların şəkillərinin zirzəmiyə atılması və başqa-başqa özbaşnalıqları nümunə göstərmək olar
Son günlərdə mətbuatda ən çox neqativlərdən yazılan Sumqayıt təhsili və məktəbləridir.Bu olanlara baxmayaraq,nə Sumqayıt icra hakimiyyəti,nə də Təhsil şöbəsi bir ölçü götürür.Bu günkü dövrdə Sumqayıt icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna düşmək vətəndaşların ona dərdlərini demək istəməsi müşkil məsələyə çevrilib. Axı cənab prezident İlham Əliyev Sumqayıt şəhərinə bir ildə iki dəfə pul ayırıb. Düzünü desək Sumqayıt şəhərində abadlıq quruculuq işləri lazımınca icra olunur, bəs nədən Təhsili məhz kənarda qalıb? Bəlkə Zakir Fərəcovun rəhbərlik etdiyi Sumqayıt icra hakimiyyətinin hümanitar şöbəsi layiqincə işləmir?! Bəs nə üçün İcra başçısı Sumqayıt təhsili ilə birbaşa maraqlanmır? XəbərAl.az olaraq inanırıq ki, Sumqayıt Şəhər icra hakimiyyəti və Təhsil Nazirliyi ilə birgə Sumqayıt təhsilinin bugünkü xoşagəlməz durumu ilə birbaşa maraqlanıb lazımı ölçülərini göstərəcəklər.(xeberal.az) 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?