Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Saxta tikintiləri ilə dövlətə milyonlarla zərər vuran Akim Bədəlov -Təfərrüat

 

 
   
 

bitmap-img6

 

 

Tikdiyi bütün inzibati binalarda böyük fəsadların ortaya çıxmasına rəğmən, Akim Bədəlov dövlət sifarişi ilə böyük tikinti layihələrini necə əldə edir?
Yenixeber.org: Akim Bədəlov gənc memarı necə şərləmişdi? Ali Məhkəmənin uçan pilləkəni, MSK-nın yağışdan sonra dağılan tavanı...
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin dövlət büdcəsinə yük olması ilə bağlı uzun illərdir ki, ölkə mətbuatında uzun-uzadı yazılar yazılmaqdadır. Böyük büdcə pullarının xərclənməsinə baxmayaraq, fəaliyyətinin ancaq magistral yolların kənarında quraşdırılan günəş panellərindən ibarət olduğunu deyə bilərik. Amma bu yazımızda Akim Bədəlovun rəhbərlik etdiyi Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin dövlətə və xalqa milyardlarla manata başa gələn səmərəsiz fəaliyyətindən yazmaq fikrimiz yoxdur. Bu dəfə Akim Bədəlovun dövlət sifarişi ilə böyük tikinti layihələrindən bəhs edəcəyik.
Qeyd edək ki, Bakı şəhərində bir sıra dövlət qurumlarının inzibati binalarının tikintisini məhz Akim Bədəlovun sabiq dövlət katibi, akademik Tofiq İsmayılovun ailəsindən min cür fırıldaqla (akademikin ailəsi belə iddia edir) ələ keçirdiyi “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə aid olan “XGETYM" MMC həyata keçirib.
Bu inzibati bainaların arasında Mərkəz Seçki Komissiyasının inzibati binası, Ali Məhkəmənin inzibati binası, Heydər Əliyev prospektində tikilən “Milli Sağlamlıq Mərkəzi” kimi çox iri layihələr olub. Bundan başqa, Akim Bədəlov Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsi, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb – 6 bağça” layihəsi, Masallının Boradigah qəsəbəsində idman zalının tikintisi, Xocavənd rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun inzibati ərazisində yerləşən Xocavənd qəsəbəsində idman zalının tikintisini həyata keçirib.
Ä°lgili resim
Maraqlıdır ki, Akim Bədəlovun şirkətinin həyata keçirdiyi bütün tikinti layihələrində sonradan ciddi problemlər ortaya çıxıb. Akim Bədəlovun inşa etdiyi əksər binalarda təmir-tikinti, yaxud quraşdırma işi düzgün aparılmadığından sonradan müəyyən fəsadlar ortaya çıxıb. Buna baxmayaraq, Akim Bədəlov dövlət sifarişlərini almaqda davam edib...
Məsələn, Mərkəz Seçki Komissiyasının inzibati binasında yağış suları nəticəsində bir neçə mərtəbədə, hətta birinci mərtəbədə belə tavanların dəfələrlə çökməsi, dağılması baş verib.
Akim Bədəlovun “şah əsərlərindən” olan Ali Məhkəmənin binasında isə daha ciddi hadisə baş verib. Binanın tikintisi başa çatar-çatmaz pilləkan uçub. Öz günahını başqasına yükləməyə pərgar olan cənab Bədəlov buna görə binanı layihələndirən memarın günahlandırıb və özü sudan “quru” çıxmağa çalışıb. Guya hadisə layihələndirmə işi düzgün aparılmadığından baş verib.
Bu barədə MilliYol-a məlumat verən mənbə bildirir ki, binanın memarı Vüqar Həsənov Akim Bədəlovun suçlamaları hesabına həbs olunma təhlükəsi ilə üz-üzə imiş. Çox istedadlı və savadlı, işinin ustası olan gənc memar tanışlarının vasitəsilə Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbuluna düşərək günahsız olduğunu sübut edə bilib. Sübut edib ki, əslində layihələndirmə işi yüksək səviyyədə aparılıb, sadəcə iş icraçılarının tikintini layihəyə uyğun şəkildə aparmağa qabiliyyətləri çatmayıb. Daha doğrusu, tikintidən pul “silən” Akim Bədəlov layihədə ixtisarlara yol verib. Mənbə qeyd edir ki, bu hadisədən sonra Akim Bədəlov əməlli-başlı biabır olub. Lakin “yuxarlardakı” hamilərinin verdiyi dəstək hesabına baş vermiş biabırçı hadisənin ölkə rəhbərliyinə çatdırılmasının qarşısını ala bilib.
2015- ci ildə isə Akim Bədəlov Heydər Əliyev prospektində inşa olunan “Milli Sağlamlıq Mərkəzi” ilə gündəmə gəlib. Xatırladaq ki, həmin vaxt tikilidə çalışanların binanın üstünə çıxaraq etiraz etmişdilər. Məlum olmuşdu ki, Akim Bədəlov 8 aydır ki, fəhlələrin pulunu vermir. Həmçinin Milli Sağlamlıq Mərkəzi”ndə də çoxsaylı problemlərin ortaya çıxdığı bildirirlir.
Və yuxarıda qeyd etdiyimiz kimi, bu biabırçı hadisələrdən sonra da Akim Bədəlov davamlı olaraq dövlət sifarişli tikintilərin “tenderini” qazana bilib. Ortada Mərkəz Seçki Komissiyasının inzibati binasında, Ali Məhkəmənin inzibati binasında baş verən biabırçı hadisələrdən sonra Akim Bədəlovun hələ də dövlət sifarişli iri tikinti layihələrini həyata keçirməsi bir sıra suallar doğurur...
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam