Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İlyas İsmayılovun oğlunun qətli- milyon dollar və Avstriya silahı...

[leech=][/leech]

İstanbulda öldürülən Etimad İsmayılov Nardaranda dəfn olundu; qətli törədən Gözəl Dəmirov istintaqda susur, yoxsa yalan danışır?

 

Yenixeber.org: Sentyabrın 19-da axşam İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi Türkiyədə Florya Yeni Camidə baş tutan vida mərasimindən sonra Bakıya göndərilib. Qeyd edək ki, vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu,  “Star” qəzetinin rəhbəri Nuh Albayraq və digər tanınmış isimlər qatılıb.

E.İsmayılovun Bakıya yola salınan tabutunun Türkiyə bayrağına sarılması diqqət çəkib ki, bu da ölkə qanunları ilə tənzimlənir. Bildirilir ki, tabutun Türkiyə bayrağına bürünməsi sözügedən ölkənin protokol qaydasına görədir. Türkiyə dövləti önəmli şəxslərin vida mərasimini bu formada keçirir. Yada salaq ki, E. İsmayılov Türkiyədə yaşasa da, atasının rəhbəri olduğu Ədalət Partiyasında sədrin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

Sentyabrın 20-də axşam E.İsmayilovun nəşi atasının Bakının Nardarandakı bağ evinə gətirilib. Sentyabrın 21-də səhər isə cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunub. Dəfn mərasiminə ölkənin bir çox tanınmış şəxsləri də qatılıb. 

GözÉl DÉmirov ile ilgili görsel sonucu

Müəmmalar qalır

E.İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun həbs edildikdən sonra polisə hansı ifadə verməsi barədə ziddiyyətli xəbərlər yayılıb. “Yeni Müsavat” ötən sayında qətlin motivi haqda üç versiya haqda yazmışdı.  Birinci iddiaya görə, sabiq polis polkovniki E.İsmayılova Belarusda ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli-miqdarda borc pul alıbmış və bu pulu qaytarmırmış. Mərhumun atası da qətldən bir neçə saat sonra bu versiyanı səsləndirib. İlyas İsmayılov qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vurub və deyib ki, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olub.

Oğlunun Gözəl Dəmirovla ümumi biznesinin olub-olmadığı ilə bağlı suala cavabında İlyas İsmayılov bildirib ki, Etimad onu öz işlərinə qatmayıb.

İkinci iddia o yöndədir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Guya E.İsmayılov da bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb və G.Dəmirov silahını çıxararaq şərikinə üç güllə vurub.

Üçüncü versiyaya görə isə guya mərhumun G.Dəmirova borcu varmış...

GözÉl DÉmirov ile ilgili görsel sonucu

İndi elə əsas ziddiyyətli xəbərlər də bu borc məsələsi ilə bağlıdır. Belə ki, dost ölkənin bəzi online mediası qətlin dəyəri 4 milyon dollar olan 2 faizlik səhm paketi üstündə baş verdiyini iddia edir.

“Hürriyet” qəzeti yazır ki, həmin 2 faizlik səhm paketini Dəmirov İsmayılova təhvil verməli olsa da, bu proses ləngiyib. Nəticədə onların arasında konflikt yaranıb.  Digər media strukturları isə əksini iddia edir. Yəni  E.İsmayılovun 2 faizlik səhm paketini Dəmirova vermədiyi üçün iş qanla bitib.  “Sabah” qəzeti isə ortaq şirkətin 2 faizlik səhm paketinin 1 milyon dollar dəyərində olduğunu göstərib. Və yazıb ki, həmin hissələrin təhvil-təslimi üçün tərəflər sentyabrın 19-da günorta saatlarında görüşüblər. Lakin müzakirədən nəticə əldə olunmayıb və onlar mübahisə edərək ayrılıblar. Daha sonra Dəmirov evindən “Glock” markalı tapançasını götürərək geri qayıdıb və Etimad İsmayılovu ofisində güllələyib.(virtualaz.org).

G.Dəmirovun polisə bu iddiaların hansının doğru olduğunu təsdiqlədiyi bilinmir. Amma G.Dəmirovun istintaqı yanıltmaq və ya səhv yola yönəltmək kimi şansı yox. İkinci bir tərəfdən, S.Nuriyeva uzun illərdir ki, Türkiyədə yaşayır və onun bu ölkənin siyasi elitası ilə yaxşı əlaqələri var. Bu səbəbdən də 4 yaşlı oğlu ilə gözüyaşlı qalan xanımı qətlin motivlərinin tam açılmasına nail olacaq.

"Glock" tapançası - "götür və atəş aç"

“Yeni Müsavat” xəbər verir ki, qətldə istifadə edilən tapança “Glock” şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanır. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9?19 mm Parabellum, .40 S&W, 10 mm Auto, 357 SIG, 45 ACP və 45 GAP.

GözÉl DÉmirov ile ilgili görsel sonucu

Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200°C plastikdən hazırlanır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş aç” prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və bir neçə saniyə ərzində sökülüb yığıla bilər.

Dəmirov haqda yeni bilgilər və Etimadı tanıyanlar...

Gözəl Dəmirov haqda da yeni maraqlı məlumatlar var. Modern.az yazır ki, onun atası Böyükkişi Dəmirov uzun illər Sabirabad rayonunda aptek müdiri kimi çalışıb və imkanlı ailə olublar. Sonra evlərini satıb Bakıya köçüblər.

Etimad İsmayılovun ölümü Türkiyədə yaşayan həmyerlilərimizi də üzüb. Axar.az xəbər verir ki, qardaş ölkədə yaşayan azərbaycanlılar E.İsmayılovun ölümü ilə bağlı fikirlərini sosial şəbəkələrdə paylaşıblar.

Sabiq deputat Aqil Səmədbəyli: "İstanbulda Etimad İsmayılovun evindəyik. Dərin bir hüzn var. Dəli-dolu, gerçək bir vətənsevəri itirmək çox ağırdır. Sevil xanım  mətin olmağa çalışır. Çox çətindir..."

Professor Toğrul İsmayıl: “Sözün bitdiyi yer. Duyduğum ən acı xəbər. Çox dəyər verdiyim və hər zaman dostluğumuzla qürur duyduğum ”Star" qəzetinin köşə yazarı, həqiqi jurnalist, Azərbaycan və Türkiyə sevdalısı, əziz bacım Sevil Nuriyevanın həyat yoldaşı Etimad bəy ofisində vəhşicəsinə qətlə yetirilib.

Sevil xanıma Allahdan səbir, Etimad bəyə isə rəhmət diləyirəm. Məkanı cənnət olsun, nur içində yatsın, ruhu şad olsun, başımız sağ olsun".

Professor Aygün Attar: “Qürbətdən cənazə gedir vətənə. Ailəsindən, uşağından doymadan doyunca yaşayamadığı doğma torpağına yol alır Etimad İsmayılov. Yar-yoldaşından, evindən-eşiyindən ayrılaraq çox gənc yaşda tabutla gedir son səfər üçün Azərbaycana. Sözlərin ifadə etməkdə çətinlik çəkdiyi faciənin açdığı yaranı xəfiflətmək üçün əlimizdən heç nə gəlmir. Başın sağ olsun, Sevil, oğluna sarıl, dua edənlərin sözləri eşidiləcək və sənə səbir, mətanət olaraq geri dönəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam