Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əzəmətli kompleks boş qalıb: mühacir rektorun viranəsindən –Fotolar

 

 8 il əvvəl lisenziyası ləğv olunan, rektoru Fransaya qaçmaq məcburiyyətində qalan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası və böyük həyəti baxımsız qalıb.
Yenixeber.org: Həmin ərazidə çəkiliş apararkən ABU-nun həyətini kol-kos basdığını, nəzarətsiz qaldığını görmüşük.

Bu böyük bina və həyəti illərdir ki, istifadəsizdir. Hüquq elmləri doktoru, professor, mühacirətdəki sabiq rektor Elşad Abdullayevə açılan cinayət işi və əmlakına həbs qoyulması həmin təhsil ocağının istifadəsiz qalmasına əbəb olub.Yunis Cəfərov/ AzEuroNews.com/

Elşad Abdullayev
Elşad Abdullayev

Bir müddət əvvəl E.Abdullayevə aid əmlakın ondan alınaraq dövlətin balansına verildiyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, hansısa təhsil müəssisəsi ora köçürüləcək. Geniş otaqları, böyük həyəti, hər bir şəraiti olan binada universitetlərdən biri fəaliyyət göstərə bilərdi.

ABU-nun həyətində fəvvarə, eks-prezident Heydər Əliyevin heykəli, şairlərin büstləri, böyük bir yaşıllıq mövcuddur. Sadəcə, yüngül əl gəzdirilərək 8 ildir boş qalan bu təhsil kompleksindən yüksək səviyyədə istifadə etmək olar.

Universitetin rektorluğu, bir neçə korpusu, ayrıca yeməkxanası, idman korpusu var. Universitetin binası 4 mərtəbəlidir.

Amma E.Abdullayev ölkədən gedəni ABU viranə, kimsəsiz qalıb. Hətta ABU-nun girişindəki pəncərələrə vurulmuş 11 il əvvəlki elanlar da qoparılmayıb.

Qeyd edək ki, ali məktəbin fəaliyyətinə xitam veriləndən sonra minlərlə məzun diplomsuz qaldı.

Keçmiş rektor isə ölkəni tərk edərək Fransaya yerləşdi və sabiq deputat Gülər Əhmədova ilə parlament seçkiləri ilə bağlı mandat alverini əks etdirən söhbətinin videosunu yaydı.

Bundan sonra G.Əhmədovanın mandatına xitam verildi, həbs olundu. E.Abdullayev barəsində cinayət işi var və axtarışa verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam