Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çin-Rusiya birgə hərbi təliminin əsl hədəfi nədir:ABŞ ARAŞDIRIR

 

Amerikan hərbi kəşfiyyatı, Milli Təhlükəsizlik Agentliyi (NSA) və MKİ ilə birgə işləyərək bütün resurslarını Rusiya ilə Çinin birgə başladığı nəhəng hərbi döyüş oyununu izləməyə istiqamətləndirib.

Serdar Turgut - Habertürk
 
Yenixeber.org: Vaşinqtonda, iki gücün texniki hərbi biliklərinin və müharibə strategiyaları kəşfiyyatının toplanması ilə bu ümumi hərəkatın əsl siyasi mesajının nə olduğunu aydınlaşdırmaq istəyir.
Bu hərəkatın Amerikaya, "Bir böyük böhran vəziyyətində Rusiya ilə Çinin birgə hərbi hərəkət edəcəklərinin mesajı olduğu açıqdır" deyən mənbə, "Ancaq bu gücün Amerikaya qarşı hansı sahədə istifadə olunacağı hələ dəqiq deyil. Qurumlar hazırda bunun analizini aparırlar” - deyə, davam edib.
Pentaqonun əlindəki texniki məlumatlara görə, Rusiyanın VOSTOK 2018 adını verdiyi hərbi müharibə oyunu, 300 min Rus əsgər, 1000-dən çox təyyarə, vertolyot və insansız hava vasitəsi, 36 min tank və 80-ə qədər də müharibə gəmisi ilə başlanılıb. Bu nəhəng döyüş oyununda Çin də bütün hərbi gücü ilə iştirak edir və iki nəhəng gücün bir müharibə durumunda necə birgə hərəkət edəcəklərinin strategiyasını ortaya qoyurlar.
Pentaqon mənbələri, müharibə oyununun hədəfi Sakit Okean və Şimali Koreya kimi görünsə də, əsas hədəfin Şərqi Aralıq Dənizi ola biləcəyi şərhlərinin də qurumlarda danışıldığını söyləyib.
 
TƏYYARƏ GƏMİLƏRİ ÜZƏRİNDƏ TƏHLİL
 
Pentaqon mənbəyi, Çin və Rusiyanın bu müharibə oyununda çox miqdarda təyyarə gəmisi istifadə etdiklərini və həm Çin təyyarələrinin Rus təyyarə gəmilərinə, həm də Rus təyyarələrinin Çin təyyarə gəmilərinə çoxsaylı eniş etdiklərini söyləyib. Bu kimi texniki detalların qurumlarda bu müharibə oyununun əsl hədəfinin Şərqi Aralıq Dənizi olması şübhəsini artırdığını vurğulayıb.
İdlibə görə Rusiya və Amerika donanmaları həm sahilə, həm də bir-birinə çox yaxın olaraq Şərqi Aralıq Dənizində yerləşiblər.
 
ŞƏRQİ ARALIQ DƏNİZİ
 
Rəhbərlik İdlibdən sonra əsl böyük qlobal böhranın Şərqi Aralıq Dənizindəki qaz ehtiyatları üzündən çıxacağını düşünür.
 Bu mənbələrdən İsrail, Amerika, Rusiya və Çin də böyük pay almağı planlaşdırır. Türkiyə də bu məsələdə mühüm oyunçulardandır, ancaq Vaşinqtondakı mənbələrə görə, Türkiyə Şərqi Aralıq Dənizində uzun perspektivdə Çin ilə birgə hərəkət etməyə üstünlük verəcək. Əgər bu proqnoz doğru çıxarsa, Amerika mənbələri, Rusiyanın Çin ilə başladığı son müharibə oyununun Vaşinqton və İsrail üçün daha fərqli mənalar ifadə etməyə başlayacağını vurğulayırlar.
 
İSRAİLİN QAZ PLANI
 
İsrailin öz qaz regionundan çıxaracağı likid qazı Avropaya su altından borularla deyil, Misirdəki qaz emalı zavodlarında işləyib, oradan gəmilərlə ixrac etməyi planlaşdırdığı Vaşinqtonda deyilir. Yunanıstan üzərindən boru kəməri şayiəsinin yalnız Türkiyəni narahat etmək üçün ortalığa atıldığı da vurğulanır Vaşinqtonda. Bir ara İsrailin qazını Türkiyə üzərindən kəmərlərlə Avropaya göndərilməsi layihəsi vardı, ancaq Türkiyənin İsrail və Amerika ilə əlaqələrinin pisləşməsindən sonra bu layihənin əvəzinə Yunanıstan ərazisindən göndərilməsi layihəsinin dövriyyəyə buraxıldığı şayiəsi çıxarılmışdı. Ancaq pərdə arxasından məsələ ilə bağlı olaraq Misir ilə anlaşmya vardığı da bildirilir.
Anlaşılan odur ki, yaxın dönəm üçün Türkiyənin cənubunda sakitlik olmayacaq, İdlib həll edilsə, Suriyada tam sülhə nail olunsa da, daha böyük böhran Şərqi Aralıq Dənizində partlamaq üzrə gözləyir. Nəhəng qlobal güclər gözlərini Şərqi Aralıq Dənizinə, sahillərinə dikmiş vəziyyətdədir.
 
1000 MİL MƏNZİLLİ RAKET
 
Bu arada Amerika nəhəng döyüş oyununa ilk reaksiya olaraq Almaniyadakı hərbi gücünü artırmaq planını işə salıb. Bunun yanında 1000 mil mənzilli yeni bir raketinin də dərhal bazalara əlavə olunacağı bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam