Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xətai şefi ilə Fuad Muradov “Ukrayna dairəsi”ndə ağac qoymadı:milyonluq tikintilərdən – Reportaj

 

 Bakıda bu məşhur yeri hamı “Ukraynski kruq” adlandırır. Əhmədli qəsəbəsinə aid olan “Ukrayna dairəsi” çox başıbəlalı ərazidir.

Yenixeber.org: Gah burada qanunsuz tikinti aparılıb, gah park hasarlanıb, gah da yaşıllıqlar doğranıb. Sonuncu cinayət isə hələ də davam etməkdədir. Gedin, gözlərinizlə görün…

Deməli, heç bir məsuliyyət daşımadan, qorxmadan magistral yolun kənarı boyunca sağ və sol istiqamətlərdə olan şam ağacları məhv edilib.

İndi bir adi vətəndaş əlinə balta alıb günün günortaçağı Xətai rayonunda ağac kəsməyə başlasa, ona elə bir cərimə kəsərlər ki, özünə gələ bilməz.

Amma yol kənarında yaşıllıqların qatilləri deyəsən toxunulmazlıq statusu alıblar. Odur ki, gedib görsəniz, biləcəksiniz ki, Xətaidə meşəliklər ancaq yaddaşlarda qala bilər.

Saytımıza danışan sakinlərin sözlərinə görə, burda gizli iş yoxdur. Bütün bu özbaşınalıqların başından Xətai rayon rəhbərliyi çıxır.

Razim Məmmədov
Razim Məmmədov

Rayonun bəlası olan icra başçısı Razim Məmmədov gəldiyi gündən nə səki qoyub, nə park saxlayıb, nə piyada yolu qalıb, nə ağac qorunub.

İllərdir ki, yazılır, fakt təqdim olunur, yaşıllıqların qırılması, yerlərinin obyekt tikintisinə satılmasına dair sübutlar göstərilir, amma Xətai RİH “tükünü tərpətmir”.

Sakinlər deyirlər ki, kimdən kimə şikayət edəsən: “İcra başçısı burda bir kvadratı 30 minə satır. Gecə yatırsan, səhər görürsən dünənki ağaclar yoxdur, parkın içi zəbt olunub. Burada bir sotun qiyməti 80-100 mindir.

Budur baxın, Ukrayna dairəsindən üzü aşağı gedəndə yolun hər iki tərəfində yenə obyekt tikmək üçün ərazilər şumlanıb. Xətai icra hakimiyyətinin işi torpaq satmaq, ağac kəsməkdir”.

“Əhmədli” metrosunun çıxışı, “Həzi Aslanov” metrosunun ətrafı, ümumiyyətlə rayonun elə bir qarışı qalmayıb ki, orda icra başçısının “əl işi” olmasın.

“Ukrayna dairəsi”ndən aşağı gedən magistral yolun sağında məhv edilən yaşıllıqların yerində bərq vuran yarımçıq tikintilərdənbirinin isə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə aid olduğunu öyrənirik.

Sən demə, Fuad Muradovun Xətaidə milyonluq tikintiləri var. Onlardan birini lentə almışıq. Hazırda həmin bina tam inşa olunmayıb.

Deyilənə görə, yaxınlıqdakı yaşayış binası da komitə sədrinə məxsusdur və F.Muradov hələ deputat ikən binanın alt qatındakı obyektləri icarəyə verib.

Biznesmen deputat olmuş F.Muradov isə özünü həmişə siyasiləşmiş parlament üzvü kimi təqdim etməyə çalışıb.

Etibar Əliyev
Etibar Əliyev

Bu yolda “Həzi Aslanov” metrosuna qədər bağlanmış “Texnikabank”ın keçmiş direktoru Etibar Əliyevin obyektləri də sıralanır. Metronun üstündə isə E.Əliyevə məxsus yaşayış kompleksi var.

Göründüyü kimi, bir yandan Xətai icra başçısı rayonu vəzifəli, imkanlı şəxslərə peşkəş edir, bir yandan da varlanır, itirən isə sakinlərdir. Bir il sonra Xətaidə insanlar yaşıllıq, kölgəlik, oksigen üçün gündüz “əldə çıraq” gəzəcəklər…Yunis Cəfərov/AzEuroNews.com/

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam