Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İspaniya öz diktatorunu gorbagor edəcək:Ailəsinə 2 həftə vaxt verildi

 

İspaniya hökuməti 40 ilə yaxın ölkəyə rəhbərlik edən diktator Fransisko Frankonun sümüklərini mövzeleydən çıxartmaq barədə qərar qəbul edib.

Yenixeber.org: İspaniyanın sosialist görüşlü hökumətinin bu qərarı ölkədə heç bir təəccüb doğurmayıb. Nədən ki, Baş nazir Pedro Sançes Frankoya qarşı fikirləriylə tanınır və bir müddət əvvəl verdiyi açıqlamada ispan diktatorunu “xalqı bölən simvol” kimi xarakterizə etmişdi.

İspaniya Nazirlər Kabinetinin bu gün çıxardığı fərmanı şərh edən Baş nazirin müavini Karmen Kalvo deyib ki, diktorun nəşinin movzeleydə saxlanması vətəndaş müharibəsi qurbanlarının ruhuna hörmətsizlikdir:

"Bu fərman diktator Frankonun qalıqlarının müharibə qurbanlarının yatdığı yerdən çıxarılmasına icazə verəcək. Biz bu fərmanı ölkəmizin tarixi yaddaşı baxımından çox böyük məna ifadə etdiyini düşünürük. Özümüzü müqayisə etməyi sevdiyimiz beynəlxalq aləmdə 40 ildir diktatorunu əziz tutan başqa bir demokratik ölkə yoxdur. Demokratiya və Frankonun movzeleyi bir-birinə uyğun gəlmir".

Baş nazirin müavini həmçinin deyib ki, Franko ailəsinə ölülərinin qalıqlarını istədikləri qəbirstanlıqda dəfn etmələri üçün 2 həftə vaxt verilib: “Əks təqdirdə sümükləri dəfn etmək üçün yeri hökumətin özü seçəcək”.

 

 Ailəsinin razılığı olmadan diktatorun sümüklərinin çıxarılması, bu barədə hazırlanan qanun layihəsi parlamentdə qəbul edildikdən sonra həyata keçiriləcək.

İspan mətbuatının yazdığına görə, diktatorun sümüklərinin movzeleydən çıxarılmasına katolik kilsəsinin icazə verməməsi ehtimalı vardı, ancaq hökumətlə kilsə arasında aparılan danışıqlar nəticəsində bu problem də müsbət həll olunub.

 Frankonun movzeleyi Valle de los Kaydos məzarlığında ucalır. Madridin 60 kilometr şimal-qərbində yerləşən həmin məzarlıqda Frankoya bağlı millətçilərlə respublikaçılar arasında 1936-ci ildən 1939-cu ilə qədər baş verən vətəndaş müharibəsində həyatını itirən 33 min nəfər də dəfn olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam