Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

GÜCLƏNƏN DOLLAR TRAMPIN XİDMƏTİDİRMİ?–O, ABŞ-ı yenidən möhtəşəm etmək məqsədindən getdikcə daha çox uzaqlaşır - TƏHLİL

Bencamin Koen

“Project Syndicate”

 

İlin başlanğıcından etibarən ABŞ dolları 8%-dən çox dəyər qazanaraq, onilliklərlə mövcud olmuş yüksək səviyyəsinə yaxınlaşır və bazar göstəriciləri önümüzdəki aylarda onun daha da yüksək qiymətləndiriləcəyini göstərir.

Yenixeber.org: İlk baxışdan bu, “Amerikanı Yenidən Möhtəşəm Etmək” üçün iqtidara gələn ABŞ prezidenti Donald Trampın vədinin reallaşacağına bənzəyir. Güclü dollar Trampın iqtisadi artım siyasətinin işləkliyini bildirir. Ancaq daha diqqətli baxışda məsələ mürəkkəbdir; əslində, Tramp dolların məzənnə itkisini sürətləndirə bilər.

Birincisi, dolların dəyər qazanmasından Trampın böyük mükafat ala bilib-bilməyəcəyi aydın deyil. Amma bu hətta baş versə belə, güclü dollar onun siyasi məqsədləri üçün mütləq mənada yaxşı hal deyil; valyuta məzənnəsi valyutanın əsl gücünün dəqiq ölçüsü sayıla bilməz.

Tramp administrasiyası bizi inandırır ki, dolların dəyər artımı prezidentin gündəmində olan vergilərin kütləvi azaldılması və müdafiə xərclərinin əhəmiyyətli dərəcədə yüksəldilməsi ilə idarə olunan daha sürətli iqtisadi artımı əks etdirir. İllər boyu davam edən pis təsərrüfatçılıqdan sonra hökumət biznesin inamını bərpa etməyə müvəffəq olub; Amerika, nəhayət, potensialını üzə çıxarır.

Ancaq ən bilikli iqtisadçılar dolların məzənnə yüksəlişini faiz dərəcələrinin yüksəlişi ilə izah edirlər. ABŞ Federal Ehtiyatlar Fondu (FED) inflyasiyanı buxovlamaq məqsədilə bu il iki dəfə federal pul vəsaitlərinin dərəcəsini artırıb və 2018-ci ilin sonuna qədər daha iki artıma dair xəbərdarlıq edib. ABŞ faiz dərəcələrini artırarkən, investisiya sərmayəsi  də artır, yəni dollara tələbat çoxalır. İndi dünyanın hər küncündən ABŞ-a pul axır.

Vəziyyət bu gün Trampın respublikaçı sələflərinin durumundan fərqlidir. Sabiq prezidentlər Ronald Reyqan və Corc U. Buş da vergiləri kəskin şəkildə azaltmış və FED də büdcə kəsirlərinə görə faiz dərəcələrini yüksəltməyə məcbur olmuşdu. Hər bir halda, dollar dramatik şəkildə dəyər yığırdı (60% – 1981 və 1985-ci illərdə – Reyqan dövrü). Bu gün FED yenə müstəqil olaraq maliyyə genişlənməsinin inflyasiya təsirini aradan qaldırmaq üçün hərəkət edir.

Beləliklə, dolların dəyər qazanması üçün mükafat almalı olan FED-dir.

Zəif valyutaların “bəxtsizlər” üçün olduğunu söyləyən Tramp təsəvvür edə bilər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qarşıdurmalarında, ilin əvvvəlindən dəyərinin 60 faizini itirmiş lirə möhkəmlənən dollarla məğlub ola bilər.  Lakin güclü dollar Trampın eqosuna xeyir versə də, onun geniş gündəminə xidmət etmir.

Güclənən dollar xaricə ixracın qiymətini artırır və idxalın daxili xərclərini azaldır, beləliklə, birincini cəzalandırır və sonuncunu təşviq edir. Bu, ABŞ-ın ticarət defisitini azaltmaq istəyən Trampın məqsədinə ziddir.

Trampın ticarət kəsiri ilə bağlı qərarı ona polad, alüminium və Çin məhsullarının geniş çeşiddə idxal tariflərini tətbiq etməyə gətirib çıxardı. Amma paradoksal olaraq, daha bahalı idxal, həmçinin FED-in faiz dərəcələrini planlaşdırıldıqdan daha sürətli yüksəltməsi daxili inflyasiya səviyyəsinə təzyiq göstərəcək. Bu, öz növbəsində, Reyqan və Buş dövründə olduğu kimi, daha çox dollar həcmi və hətta daha böyük ticarət kəsiri yaradır.

Nəhayət, xatırlamalıdır ki, xarici valyuta bazarlarında qısamüddətli hərəkətlər valyutanın əsas gücünü qiymətləndirmək yolu deyil. Xarici valyutanın beynəlxalq səviyyədə necə istifadə edildiyini daha uzun müddətli tendensiyalar, – xüsusən xarici investorlar və ya mərkəzi banklar üçün qiymətli kapital kimi, – izah edir.

Onilliklər ərzində dollardan daha çox istifadə edilən valyuta olmayıb. ABŞ hökmranlığı əvvəldən, Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Estenin təbirincə, “hədsiz imtiyaz” kimi istifadə olunur. Əcnəbilərin dollara tamarazı olduğu dövrdə ABŞ gücünü proqnozlaşdırmaq üçün lazım olan hər şeyi sərf edə bilər. Bunun üçün yalnız dollar çapı maşınını işə salımaq lazımdır.

Amma Trampın zəkasız siyasəti bu imtiyazlı mövqeyi risk altında qoyur. Onun “Öncə Amerika” şüarı ksenofobik milliyyətçiliyi qoruyur, tariflər isə dostu da, düşməni də özündən uzaqlaşdırır. Bu cür siyasəti davam etdirirsə, bazarlar dollara alternativlərə doğru hərəkət edəcək. Nəhayət, dollar yavaş-yavaş dəyərini itirəcək və Amerikanın hədsiz imtiyazı və qlobal təsirləri buxarlanacaq.

Çin artıq Rusiyanı razı salıb, təbii qaz nəqlinə görə dollar yerinə, yuanla ödəşir. Pekin xam neft idxalı üçün də yuandan istifadə edir. Bu ilin əvvəlindən Şanxayda “Brent” və “West Texas Intermediate neft xətti ilə yanaşı, yuan meyarını qurmağı düşünən yeni fyuçers bazarı işə düşüb. Əgər uğurlu olsa, Şanxay bazarının digər ticarət mallarına görə ödəniş dəyişməsi baş verə bilər – hamısı dollar hesabına.

Eyni şəkildə, bir sıra ölkələr, Tramp administrasiyasının İran neft istehsalçılarına qarşı sanksiyalarından yayınmaq yollarını axtarır. Məsələn, Hindistan artıq bir neçə dəfə İran neftinə görə pul əvəzinə, əmtəə ilə ödəşib. Həm Rusiya, həm də Çin dollarla cəmlənmiş ehtiyatlara olan inancı azaltmaq üçün qızıla çox sərmayə qoyur. Onlar dünya bazarında mövcud olan bütün qızılın təxminən 10%-ini alıblar.

Beləliklə, dolların bugünkü məzənnə yüksəlişinə baxmayaraq, zəifləməni uzun müddət gözləməyəcəyik. Amerikanı yenidən möhtəşəm hala gətirməkdən çox uzaqlaşan Tramp, iqtisadi böhranı sürətləndirməyə başlayıb.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam