Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Orxan Camalı qətlindən öncə sorğu-sual ediblər –Vaqner”i araşdırırmış

скачанные файлы

Jurnalistlərin əmmaməli terorçulara müqavimət göstərdiyi məlum olub

Xəbər verildiyi kimi, bir neçə gün öncə Mərkəzi Afrika Respublikasında jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev qətlə yetirilib.

Yenixeber.org: Bu şəxslər həmin ölkədə Rusiyaya aid qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkirmişlər. Onu da qeyd edək ki, 52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü isə 2016-cı ildə vəfat edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, Orxan Camal və digərlərinin qətlinin yeni təfərrüatları məlum olub. Belə ki, Mərkəzi Afrika Respublikası hökumətinin sözçüsünün dediyinə görə, rusiyalı jurnalistlər onlara hücum edənlərə müqavimət göstəriblər. Həmçinin, hücum edənlərin əynində əmmamə olub və onlar nə fransız, nə də yerli dildə danışıblar. Məsələnin ən maraqlı tərəfi isə odur ki, onları qətlə yetirməmişdən öncə, xeyli sorğu-sual ediblər. Məhz bu məqam jurnalistlərin sadəcə tamah məqsədilə deyil, məhz Rusiyaya aid qeyri-formal “Vaqner” hərbi birləşməsinin fəaliyyətini araşdırması səbəbindən qətl edilməsi ehtimalını gücləndirir. Həmin “əmmaməlilərin” isə bu əməli sifarişlə həyata keçirdiyi versiyasını ortaya çıxarır.

Rusiyadakı müstəqil ekspertlər iddia edir ki, Orxan Camalın da daxil olduğu qrupun məhv edilməsinin yeganə səbəbi “Vaqner”in bu ölkədəki qeyri-formal fəaliyyətini, xüsusilə də Mərkəzi Afrika Respublikasından külli miqdarda qızıl əldə edərək, digər ölkələrə daşınmasının təşkilini araşdırmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam