Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əbülfəz Məlikov DGK şefi ilə üz-üzə -PUL DAVASI


Əbülfəz Məlikov DGK şefi ilə üz-üzə
Gömrük sisteminin ünlü simalarından olan və hazırda özünə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun "Gilan"ında yer tapan keçmiş broker Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar yayılıb.

Yenixeber.org: Bu barədə saytımıza açıqlama verən bilgili qaynaq iddia edir ki, adı bir çox işlərdə hallandırılan Əbülfəz Məlikov əslində yeni təyin olunmuş Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev tərəfindən heç vaxt sevilməyib və bunun da nəticəsidir ki, Səfər Mehdiyev gəldiyi ilk gündən etibarən Əbülfəz Məlikova qarşı tədbirlərini görməkdədir.

Xatırladaq ki, Səfər Mehdiyev hələ ilk başdan Əbülfəz Məlikovun "bostanına daş atmağa" başlamışdı. Bu barədə yayılan xəbərlərdə deyilirdi: "Dünənə qədər ölkədə satışı təşkil olunan aksissiz tütün məmulatlarının arxasında Əbülfəz Məlikov və onun şəbəkəsi dayanırdı. Hətta gömrükdə ayrı-ayrı sahibkarlardan müsadirə olunan siqaretlər də Məlikovun şəbəkəsinə ötürülürdü və bu xəttlə sonradan satışı təşkil olunurdu. İndi isə belə bir hal mövcud deyil və Əbülfəz Məlikov qanunsuz siqaret bazarından tam olaraq çıxarılıb. Təbii ki, "müqədəs yerlər" boş qalmır və Əbülfəz Məlikovun məlum siqaret biznesi də əl dəyişdirəcək. Hələlik yenisi qurulmadığından bazar boş görünür. Amma bu da müvəqqətidir və qısa zamanda Səfər Mehdiyevin adamları bu bazarda görünəcəklər".

Mənbə iddia edir ki, indi də Səfər Mehdiyev Əbülfəz Məlikov bağlı daha bir neçə idxal biznesi sahəsinə əl qoymağa həvəslənib. Mənbə bildirir: "Təbii ki, bütün bunlar Əbülfəz Məlikovun son illərdə zəif düşürülməsilə də birbaşa bağlıdır. Həm də biznes maraqlarıdır... Səfər Mehdiyev gəldiyi gündən daha çox pul qazanmağın yollarını arayır ki, bu yolda da qurbanlardan biri də məhz Əbülfəz Məlikovdur".(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam