Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

AVROPALILAR ÇİN VƏ AMERİKANIN HANSI ARZUSUNU ÜRƏYİNDƏ SAXLAYIB?–Futbol və siyasət arasında paralellər - ARAŞDIRMA

Dominik Muasi

“Project Syndicate”

 

XVII əsrin filosofu və satiriki Jan de La Bruyer bir dəfə deyib: “Kornill insanları necə olmalıdırsa elə, Rasin isə onları olduğu kimi təsvir edir”. Avropalılar, o cümlədən daha çox fransızlar üçün 2018-ci ilin Dünya çempionatı kornillian hadisədir. Rusiyada keçirilən aylıq futbol turniri təlatümlü dünyanı bir müddət bizə unutdurdu və bizi mələklərini əhatəsinə saldı.

Yenixeber.org: Turnir zamanı özünəinam duyğuları, altruizm və başqalarına açıqlıq ovqatı üstünlük təşkil etdi. Ən azı bir müddətlik populist millətçilik dövrünə xas olan şovinizm, ayrı-seçkilik və ümidsizlik unuduldu.

Coğrafi baxımdan yarımfinalçılar dördlüyü – Fransa, Xorvatiya, Belçika və İngiltərə – Köhnə Qitəni təmsil edirdi. İstədiyiniz zəifliyə və çarəsizliyə görə Avropanı ittiham edin. Amma söhbət dünyanın ən məşhur idman növündən getdikdə, Avropa – kraldır.

Üstəlik, Afrika – gələcəyin futbol qitəsidir, Latın Amerikası isə artıq keçmişin xatirəsi. 1930-cu ildə və 1950-ci ildə yenidən Dünya Kubokunu qazanaraq Uruqvay bir dəfə ən kiçik ölkə olaraq finala yüksəlib. Ancaq bu şərəf Aİ-nin ən yeni olan Xorvatiyanın cəsur yığmasına aiddir.

“Real dünya”dan fərqli olaraq iki aparıcı güc – ABŞ və Çin turnirdə heç bir rol oynamadı. ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin ABŞ-ı böyük futbol gücünə çevirmək arzusu, ümid ediləndən daha çətin olduğunu göstərdi. Çin prezidenti Si Zinpin, idmana milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, futbol liderliyinə həsrət qalıb. ABŞ-ın və Çinin əvəzinə, dünya çempionatında Şimali Amerika – Meksika, Asiya – Yaponiya və Cənubi Koreya ilə təmsil olunmuşdu.

Gerçək dünya ilə builki futbol dünyası arasında yaşanan qəribə fərqlilik milliyyətçi duyğuların ifadəsində də aşkarlanıb.

Məşhur argentinalı yazıçı Xorxe Luis Borxes bir dəfə bu idman növünü millətçiliyin toksik formalarını gücləndirdiyi üçün qınayıb. 1969-cu ildə Honduras və Salvador arasındakı qısa müddətli “Futbol müharibəsi”nə görə. 2018-ci ilin Dünya çempionatında – Birinci Dünya müharibəsindən 100 sonra – milliyyətçi qan gölünün bitməsindən bir əsr sonra “yumşaq” millətçilik hakim idi.

Rusiya çətin bir yumşaq gücə sahibdir, lakin turnirdə şiddətin yoxluğuna görə təqdir edilməlidir. Beynəlxalq medianın xəbərləri Ukrayna və rusiyalı tərəfdarların köhnə dostlar kimi qardaşlaşdığını göstərib. Vyetnam müharibəsi dövründə Vudstok festivalında “Sevgi, Müharibə yox”, 2018-ci ildə şüar – “Bobma yox, Top” idi.

Yarımfinalçılar və onların azarkeşləri daha konstruktiv millətçiliyin formalaşmasına əlavə olaraq, effektiv kollektiv hərəkətlər, altruizm, açıqlıq və tolerantlığı da özlərində birləşdirib. Maraqlıdır ki, portuqaliyalı Kriştianu Ronaldu, argentinalı Lionel Messi və ya braziliyalı Neymara istinadla, ulduz oyunçusuna güvənən komandalar çempionatın dörddəbir finalına çıxa bilməyib.

Hazırkı dünyada insanlar daha çox divarlar ucaltmağa və özlərini “başqalarından” ayırmağa çalışırlar. Lakin qalib gələn komandanın – Fransanın qüdrəti buna müxtəliflikdədir. (19 yaşlı fransız hücumçu Kilian Mbappenin şərəfinə) builki “Liberté, Egalité, Mbappé” nəğməsi 1998-ci ildə Fransanın qalibiyyətə çatdıran “Prezident Zidane” şüarının başqa bir versiyasıdır.

2017-ci ildə keçirilən Fransa prezident seçkiləri ərəfəsində bir çox siyasi şərhçi həmin mantranı təkrarlamadı. Böyük Britaniyanın “Brexit” referendumu və ABŞ prezidenti Donald Trampın seçilməsindən sonra onlar deyirdi ki, Marin Le Peninin qələbəsi sağ-sol Milli Cəbhə üçbucağını tamamlaya bilər. Eyni şəkildə, 2018-ci ilin əvvəlində bir çox fransız şərhçiləri, kütləvi tətillər və küçə nümayişlər ölkəni iflic edən zaman yeni “May, 1968” və ya “Dekabr, 1995″ə yaxınlaşdığımızı düşünürdü.

Fransa prezidenti Emmanuel Macronun islahat gündəminə qarşı məhdudiyyətlər olsa da, bu şərhçilər səhv etdilər. Bu il üçün ən uyğun paralel 1968 və ya 1995 yox, Fransanın ilk dəfə Dünya Kuboku qazandığı 1998-ci ildir.

Fransa yığmasının zəfəri, ehtimal ki, Makronun populyarlığına az təsir edəcək. Futbol duyğuları intensiv, lakin ümumən zəifdir. Ancaq beynəlxalq səhnədə Fransanın qələbəsi uzunmüddətli təsirə malik ola bilər. Ən azından futbol baxımından “Fransa qayıdır”ı heç kim inkar edə bilməz. Ölkə dinamizm, realizm və gənclik coşqusu kimi ortaya çıxıb. Onların əksəriyyəti də Makronda əksini tapıb.

Almaniyaya gəlincə, onun futbol fanatları, alman komandası builki turnirin ilk turunda çıx-daş edildi, siyasəti də daha dərin dibə çökdü. Geosiyasi baxımdan, bu il yalnız iki qalibin adı elan olunmalıdırsa, onlar Rusiya və Fransadır.

 

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?