Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ-ın yeni Qarabağ planı –Ağ Ev Bakını İrəvanla barışdırır?

İran ətraflında daralan mühasirə Qarabağ məsələsini keyfiyyətcə yeni müstəviyə daşıya bilər; Trampın İlham Əliyevə mesajı və fransız analitikdən ilginc iddia; gələn həftə Putin Paşinyanı yenidən “xalça üzərinə” çağıracaq...   

Yenixeber.org: Helsinkidə ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında 4 saatlıq görüş Trampın tələsik bəyanatlarına və Putinə şəxsi simpatiyasına rəğmən, əksər siyasi təhlilçilərə görə, iki fövqəlgüc arasında gərginliyi azaltmayacaq. Bu gərginlik isə ilk növbədə ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da əksini tapdığı kimi, Rusiyanın həmsərhəd ölkələrə qarşı aqressiv siyasəti və Yaxın Şərq məsələsində tutduğu mövqe ilə birbaşa bağlıdır.

Xatırladaq ki, həmin sənəddə Rusiya İran və Şimali Koreya ilə birgə ABŞ üçün üç ən təhlükəli dövlət elan edilib. Bu kursu dəyişmək isə Ağ Evin hazırkı başçısının iradəsi kənarındadır. Necə ki, Helsinki görüşündən sonra da Tramp bəzi bəyanatlarına düzəliş eləməyə başlayıb...

Ancaq konkret olaraq İran məsələsində Ağ Evlə Konqres arasında, demək olar, fikir ayrılığı yoxdur. Artıq Vaşinqton Tehranla 3 il öncə imzalanan “Nüvə anlaşması”ndan İsrailin iradəsinə uyğun olaraq birtərəfli qaydada çıxıb, Tehrana qarşı yeni sanksiyalar elan edib, hətta İran rejimi ilə sıx əməkdaşlıq edən, ondan neft alan ölkələri hədələyib, onlara noyabra kimi vaxt verib. Bura Avropa Birliyinin bəzi ölkələri də daxildir.

paÅinyan ile ilgili görsel sonucu

Şübhəsiz ki, İrana qarşı daha effektli sanksiya siyasəti üçün onunla həmsərhəd ölkələrə xüsusi diqqət yetiriləcək. Bura Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu da daxildir. Bu isə həm də Rusiya maraqlarına toxunmaq deməkdir. Bir sözlə, qarşıdakı aylarda Güney Qafqaz və onun ətrafında proseslərin İran məsələsindən dolayı daha sürətli və hətta kritik axarda getməsini gözləməyə dəyər. Bu xüsusda beynəlxalq çaplı analitiklərin proqnozları da maraq doğurur.

*****

Məsələn, fransalı şərhçi Olivye Morel hesab edir ki, ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir. “Yeni Müsavat” publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə o, özünün regionla bağlı məqaləsində çıxış edib. Onun fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır.

“Ermənistanın təzə baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Ağ Evin ciddi nəzarəti altındadır”, - deyə analitik vurğulayıb.

Ekspertə görə, ABŞ həmçinin Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir. “Ruslar ”Lavrov planı" ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir (söhbət Azərbaycan üçün tələ rolu oynayan 5 rayonun qaytarılması qarşılığında ağır şərtlərdən ibarət plandan gedir - “YM”). ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil. ABŞ milli təhlükəsizlik layihəsinin analitiki Daniel Trumanın fikrincə, Ermənistan dünyanın ən təhlükəli regionunda strateji mövqeyə sahibdir. Belə ki, bu ölkə Ön Asiya və Avropaya çıxışı bağlayaraq, Cənubi Qafqazda türklərə qarşı İranın tarixi müttəfiqidir.

Lavrov planı ile ilgili görsel sonucu

Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir. Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi kimi qəbul edir. Ona görə də ötən il Ermənistanın Gürcüstanda və Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını Tehran kürəyə zərbə kimi qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma hazırlaşan ABŞ üçün Qarabağ münaqişəsinin tərəflərindən birini seçmək lazım gələcək. Lakin amerikalı ideoloqlar münaqişəni həll edərək, İrana qarşı regionda koalisiyanı gücləndirmək istəyirlər. Şimali İranda (Güney Azərbaycan - “YM”) pantürkizm əhval-ruhiyyəsi güclüdür və artıq orada vəziyyət lazımi formada közərdilib. Bu bölgədə mərkəzdənqaçma meylləri ABŞ-ın qurduğu koalisiya ilə birlikdə İrana hücumunu tezləşdirə bilər", - deyə təhlilçi iddia edib.

O.Morel ardınca Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun da ABŞ-ın planı olduğunu qeyd edib:“Ermənistandakı çevriliş Rusiyanı çətin vəziyyətə saldı. Moskva indi İrəvan və Bakı arasında seçim etməlidir ki, bu da onun mövqelərinin zəifləməsi ilə nəticələnəcək. Tamamilə məntiqlidir ki, ABŞ Ermənistanda siyasi rejimi dəyişdirərək, regionda özünün forpostunu yaradır. ABŞ, faktiki olaraq, regionda Rusiya və İrana qarşı qoya biləcək ölkə axtarır. ABŞ-ın Rusiya və İranla münasibətlərinin sonrakı eskalasiyası Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artıracaq. Amerika müharibənin müstəvisini genişləndirmək üçün strateji rəqiblərinə problemlər yaratmağa davam edəcək. Təbii ki, bunun uğurlu olub-olmayacağını zaman göstərəcək. Digər tərəfdən, Rusiyanın dəfələrlə bölgədə qurulan oyunu pozmağı bacardığı unudulmamalıdır”.

*****

trump ile ilgili görsel sonucu

Bu yerdə xatırladaq ki, ABŞ prezidenti D.Tramp az öncə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı məktubda “yaxın ayların Dağlıq Qarabağ məsələsi üçün mühüm olacağını” vurğulamışdı. Bundan az sonra işğalçı ölkədə ABŞ-ın bilavasitə ssenarisi ilə hakimiyyət çevrilişi baş verdi və “Amerikanın adamı” Paşinyan Ermənistanın birinci şəxsinə çevrildi. Lakin Paşinyan ölkəsi üçün İranın da strateji əhəmiyyət daşıdığını bəyan edir. Hərçənd Qərbin - ABŞ və Avropanın real maliyyə və təhlükəsizlik dəstəyini almaq naminə İrəvanın xüsusən də indi Tehran rejimindən məsafə saxlamaq çabası aydın sezilir.

Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani N.Paşinyanı öz ölkəsinə səfərə dəvət edib. Bu səfərin nə vaxt reallaşacağı isə bəlli deyil. Ermənistan hökuməti bununla bağlı açıqlama yaymağa tələsmir. Bəzi erməni mənbələrinə görə, hazırkı qəliz geosiyasi durumda Paşinyan özü yox, prezident Armen Sərkisyan İrana gedə bilər. Yəni ikili oyun məsələsi. Halbuki Paşinyan, deyildiyi kimi, İranı Ermənistan üçün Rusiya qədər önəmli sayır. Lakin ilk xarici səfərini Rusiyaya edən Paşinyan İrana getməyə nədənsə tələsmir. 

ABŞ-ın İran və Güney Qafqazla (Qarabağla) bağlı yeni planına gəlincə, şübhə yox ki, Moskva bu plana qarşı ciddi təpki göstərəcək. Çünki özünün regiondakı mövqeyinin və dayaqlarının zəifləməsi ilə elə-belə barışmayacaq. Nə dərəcədə alınacaq, bunu zaman göstərəcək.                  

*****

Avropa Birliyi vÉ NATO ile ilgili görsel sonucu

Bu arada Ermənistanda keçirilən son rəy sorğusu inqilabdan sonra erməni əhalinin Avropa Birliyi və NATO-ya rəğbətinin 90%-ə çatdığını aşkara çıxarıb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, paralel surətdə Rusiyanın Ermənistanda və regionda apardığı siyasətdən narazılığın rekord həddə çatdığı məlum olub. Hərçənd Rusiya bütün son baş verənlərə rəğmən, işğalçı ölkənin əsas varlıq və təhlükəsizik qarantı olaraq qalır. Bundan əlavə, hazırda Rusiyada Ermənistandakı əhalidən də çox erməni əmək miqrantı kimi ailəsinə çörəkpulu qazanır.

Sonda əlavə edək ki, gələn həftə - iyulun 26-da Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya yollanacaq. Sankt-Peterburqda Avrasiya Birliyi Hökumətlərarası Şuranın toplantısı çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə yenidən bir araya gələcəyi gözlənilir. Putin Brüssel səfərindən təzəcə qayıdan Paşinyanı ikinci dəfə “xalça üzərinə” çağıracaq...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam