Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycan siyasətinin “ağ xalatlı”ları - Təbabətdən siyasətə gedən yol



Azərbaycan siyasətinin “ağ xalatlı”ları
Hazırda dövlət rəhbərliyində təmsil olunan və ictimai-siyasi fəaliyyətlə məşğul olanlar arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, başqa ixtisaslardan siyasətə transfer etmiş şəxslər az deyil.

Yenixeber.org: Siyasətə gəlməzdən öncə "hippiokrat andı” içərək, insanlara şəfa bəşx edən keçmiş həkim, hazırki məmur və siyasətçilərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və ölkəmizin birinci xanımı Mehriban Əliyeva ixtisasca göz həkimidir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olan M.Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ixtisasca həkim-gigiyenistdir. Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsini bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur və uzun müddət bu sahədə çalışıb. Milli Məclisin deputatı Qənirə Paşayeva ixtisasca uşaq həkimidir. 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Baxmayaraq ki, ali təhsili pediatriya istiqaməti üzrə alıb, heç zaman bu sahədə işləməyib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı ixtisasca uşaq həkimidir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Paytaxtdakı uşaq poliklinikalarından birində həkim kimi çalışıb.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ixtisasca nevroloq həkimdir. Tibb elmləri doktoru A.Mollazadə Seçenov adına Moskva Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.

Milli Məclisin deputatı Musa Quliyev ixtisasca narkoloq həkimdir. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Gəncə Narkoloji dispanserində həkim-narkoloq, 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq kimi çalışıb.

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ixtisasca terapevtdir. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Indiyə qədər bu sahədə çalışmayıb.

Milli Məclisin deputatı, Parlamentin Gənclər və İdman komitəsinin sədri Ülvi Quliyev ixtisasca həkim olmasa da, Azərbaycan Tibb Universitetini bitirib. İxtisasca əcazçıdır və uzun müddət bu sahədə çalışır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ixtisasca məhkəmə-tibb ekspertidir. 1977-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. Siyasi fəaliyyətə qədər uzun müddət bu sahədə çalışıb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ixtisasca həkimdir. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir. Adını çəkdiyimiz məmur və siyasətçilər hazırda öz ixtisası üzrə həkimlik fəaliyyəti göstərməyən şəxslərdir. Lakin dövlət idarəçiliyində və Milli Məclisdə təmsil olunanlardan bəziləri hazırda da həkimlik fəaliyyətini davam etdirirlər.

Bu sırada Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu, millət vəkilləri Rəşad Mahmudovu, Rafiq Məmmədhəsənovu, İlham Məmmədovu, Sədaqət Vəliyevanı və digərlərini nümunə göstərmək olar.(anaxeber) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam