Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ömrü uzatmağın və əlillikdən qorunmağın üsulu açıqlandı

 

Baskov ölkələri və Valensiya Universitetlərinin ispan alimləri hər bir insanın fərdi fiziki xüsusiyyətlərini nəzərə alan proqram işləyiblər


Araşdırmaçılar hesab edir ki, bu proqram ahıl insanların həyat səviyyəsini yaxşılaşdırmaqda və ömrünü uzatmaqda kömək olacaq.
Yenixeber.org: Mütəxəssislərin qiymətləndirmələrinə görə, 2050-ci ildə Yer kürəsində ahıl insanların sayı 22 faiz təşkil edəcək.
Ancaq koqnitiv qabiliyyətin pisləşməsi və yaşla əlaqədar əzələ degenerasiyasına görə bu insanlar arasında əlillik riski yüksək olacaq. Bununla yanaşı, aparılan araşdırmaların nəticələri onu göstərir ki, fiziki aktivlik həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.
Yeni proqram gücün inkişafını, dözümlülüyü və hisslərin tarazlığını nəzərədə tutan fiziki yüklənmələri getdikcə artırmağı və bunun insan orqanizminə adaptasiya olunmasını təbliğ edir.
Yeni proqramla bağlı alimlər yaşı 70-dən çox olan 112 könüllü üzərində araşdırmalar aparıb. Onlar iki qrupa bölünüb.
Birinci qrup gün ərzində hər biri 45 dəqiqə olmaqla, iki dəfə fiziki hərəkətlər edib. Digər qrup isə gün ərzində normal həyat tərzini saxlayıb.  
Araşdırmaların nəticəsində birinci qrupda güc, yeriş sürəti və tarazlıq hissi kimi göstəricilərin artdığı məlum olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam