Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Göz qızartısı bu xəstəliklərin əlaməti ola bilər -EHTİYATLI OLUN

 

Çoxlarına adi bir hal kimim görünsə də, əslində ciddiyə alınmalı bir problemdir

 
Çünki bu, hansısa ciddi bir xəstəliyin əlaməti də ola bilər.  
Yenixeber.org:  Anidən yaranan göz qızartılarının səbəbi ilə bağlı Türkiyənin göz xəstəlikləri üzrə mütəxəssis və cərrahı Hüseyn Sanisoğlunun fikrilərini diqqətinizə çatdırır.
Göz içi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və "bu gün keçər, sabah keçər" deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin əlaməti ola bilər. Zamanında müalicə edilməyən infeksiyalar isə gözün daxili qatlarına doğru yayıldıqda ciddi görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə həyati önəm daşıyır.
Göz xəstəlikləri ən çox qızartı, yanma, qaşınma, batma, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar adətən infeksiya, ya da allergik səbəblərlə ortaya çıxır. Gözdəki ağrı qızartı ilə bərabər müşahidə edilirsə, diqqət etmək lazımdır.
Göz və göz ətrafındakı ağrıların altında fərqli səbəblər yata bilər. Uyğun olmayan eynəkdən istifadə, hipertəzyiq və sinusit kimi faktorlar göz ətrafı ağrıların səbəbləri arasında yer alır. Bu ağrılarla birlikdə göz qızartısı, ya da görmə bulanıqlığı kimi əlamətlər varsa, gecikmədən oftalmoloqa müraciət edin.
Yanma və batma hissi başqa xəstəliklərə işarə ola bilər
Gözlərdə yanma, ya da batma hiss edilirsə, bu, allergik xəstəliklərin, kontakt linzalarla əlaqəli problemlərin, göz quruluğunun və ya göz qapağı pozuqluqlarının xəbərçisi ola bilər. Göz qapağı şişkinliyi isə adətən infeksiya qaynaqlı göz xəstəliklərinin əlamətidir. Lakin bu şişliklər mütəmadi yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı xəstəliyin səbəbi ola bilər.
Göz və göz qapağı qaşıntılarına diqqət!
Allergik göz problemləri adətən göz qaşıntıları ilə özünü göstərir. Bu qaşıntıların səbəbləri arasında isə yad cisim batması, iltihab qaynaqlı göz xəstəlikləri, ətrafdakı həddindən çox işıqlandırma, müxtəlif göbələklər, sinusit, ya da qrip kimi viral xəstəliklər yer alır. Bunlarla yanaşı göz qapağı pozuqluqları da göz qaşıntılarına səbəb olan faktorlardandır.
Mütləq göz həkiminə müraciət edin
Keçici, ya da qalıcı fərq etməz, görmədə azalma, göz önündə uçuşan cisimlər görmə, işıq çaxması hissi, işıqların ətrafında halqalar görmə, gözdə sulanma kimi şikayətlər varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Göz qızartısının müalicəsi yaranma səbəbinə əsasən tətbiq edilir. Qızartının səbəbi mikrobikdirsə, antibiotikli damcılar yazılır. Ancaq səbəb allergikdirsə, antiallergik damcı təyin olunur.
Göz kimyəvi qaz və ya maye ilə təmas nəticəsində qızardıqda isə dərhal həkimə getmək lazımdır. Çünki müalicənin gecikməsi geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Belə hallarda ediləcək ilk müdaxilə göz və ətrafını bol su ilə yumaq, ardından da gözə təmas edən maddənin paketi ilə ən yaxın sağlamlıq mərkəzinə müraciət etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam