Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ayaqların şişməsi hansı dəhşətli xəstəliyin əlamətidir?

 

Ayaqlarda şişkinlik və ağrı əlamətləri ağciyər xərçənginin ilk əlaməti ola bilər

Yenixeber.org:  Bu barədə döş cərrahiyyəsi üzrə türkiyəli mütəxəssis Özkan Demirhan məlumat verib. Onun sözlərinə ayaqlarda damar tıxanması varsa, onun yaranma səbəbləri mütləq araşdırılmalıdır. Çünki bu vəziyyət bir çox hallarda ağciyər xərçənginin ilk əlamətiləri hesab olunur.
Ekspert bildirib ki, ağciyər xərçəngindən əziyyət çəkən xəstələrin ayaqlarında şişkinlik və ağrılar tez-tez müşahidə olunur:
"Ayaqların şişməsi və ağrılar ağciyər xərçənginin əsas əlamətlərindən biridir. Odur ki, ayaqların şişməsinə laqeyd yanaşmaq olmaz. Bu bizə birbaşa xərçəngə bağlı laxtalanma pozğunluğu olduğunu göstərir. Çünki xərçəng xəstələrinin qanundakı struktur pozuntuları laxtalanmaya gətirib çıxarır.
Bu vəziyyətə etinasızlıq həyati təhlükə doğura bilər. Bəzən buradakı laxtanın ağciyərə getməsi nəticəsində ağciyər emboliyası dediyimiz çox ciddi hallara yol açır. Bu səbəbdən də mütləq erkən tədbirlər görülməlidir.
Ağciyər xərçənginin diaqnozu qoyulmuş xəstələrdə əməliyyat zamanı və əməliyyatdan sonra, hətta əməliyyat olmayacaq xəstələrdə belə ayaqlarda damar tıxanması meydana gəlir.
Xəstələr xərçəngdən dünyasını dəyişməsə belə, damarların laxtalanması nəticəsində xəstə həyatını itirə bilər. Bu laxtalar həkim nəzarətində tibbi yolla müalicə edilir. Müalicə mərhələsində qan durulaşdırıcılar olmaq üzrə, dərmanlardan, iynə və antiembolik corablardan istifadə edilir". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam