Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ramazan ayından sonra necə qidalanmaq lazımdır?

 

Ramazan ayı boyunca oruc tutan insanın mədəsi az qidaya, susuzluğa öyrəşir. Bəs görəsən orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlarla üzləşə bilər? Əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?
Yenixeber.org:  Aclığa və susuzluğa öyrəşmiş mədədə orucluqdan sonra hər hansı problemin yaşanmaması üçün hər kəs qidalanmasına diqqət yetirməlidir. Çünki Ramazan ayında gün ərzində cəmi iki dəfə qıdalandığımız üçün arada 16-17 saatlıq bir zaman dönəmində orqanizm qoruma mexanizmində çalışır. Maddələr mübadiləsi, metobalizma zəifləyir.
Dietoloqlar bildirir ki, oruc tutan şəxslər Ramazanda iki dəfə qidalanırdılarsa, bunu 5-6 yerə bölməlidirlər. Yəni az-az, tez-tez qidalanmaq məsləhətdir.
Ara zamanlarda mütləq süd məhsulları qəbul edilməldir - qatıq, ayran, meyvə, az miqdarda çərəz. Bol kərə yağında bişən yeməklərdən uzaq durmaq lazımdır. Qidaların bişirilmə yöntəmi önəmlidir. Yeməklər daha çox buğlama, soyutma tipli olsa, daha məqsədəuyğundur.
Orucluqdan sonra fiziki aktivliyə xüsusi diqqət yetirmək məsləhətdir. İftar gec saatlarda olduğuna görə, faktiki olaraq bədən hərəkətsiz qalır. Buna görə hər gün 30-45 dəqiqə arası yürüşlər, rəqs və yaxud üzgüçülüklə məşğul olmaq lazımdır.
Yay ayı olduğunu nəzərə alıb, bol su qəbulu məsləhətdir. Ramazan ayında bəzi insanlar var ki, imsak vaxtı yuxudan durmayıb, ancaq iftarla kifayətləniblər. Bu vaxt bədəndə su qıtlığı yaranır. Gündə yeməkdən yarım saat öncə və yarım saat sonra olmaq şərti ilə 8-10 stəkan su içmək lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam