Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hər gün 1 yumurta yemək üçün mühüm səbəb

 

Çində yarım milyon insan iştirakı ilə araşdırma keçirilib


Yenixeber.org:  Araşdırmada yaşı 30-79 arası insanlar iştirak edib. Onların gündəlik rasionu təhlil olunub. Məlum olub ki, gün ərzində ən azı 1 yumurta yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski yumurta yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə xeyli azdır. Belə ki, onlarda insultun riski 26%, ürək-damar sistemi xəstəliklərindən ölümün  riski isə 18% daha azdır.
Əvvəllər belə hesab olunurdu ki, yumurtanın çoxlu miqdarda istehlakı xolesterinin səviyyəsini qaldırır. Hal hazırda alimlər bu fikirdən imtina ediblər.
Diyetoloqlar yumurtanı ən faydalı qidalar siyahısına daxil edib. Yumurtanın tərkibində 12 əsas vitamin və əksər minerallar var.
Alimlər yumurtanı bişmiş halda yeməyi tövsiyə edirlər, yağda qızardılmış yumurtanın xeyirdən çox ziyanı var. Yumurtanı suda 5-6 dəqiqə ərzində qaynadın.
Nəzərə almaq lazımdır ki, yumurtanın həddindən artıq çoxlu miqdarda istehlakı böyrəklərin sağlamlığına ziyan vura bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam