Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?

Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?

Yenixeber.org: Bu zamana qədər astma xəstəliyinə qarşı ən effektiv müalicə üsulu məhz sprey dərmanlardan istifadə hesab edilib. Əgər bir müsəlman oruc tutaraq Allahın əmrini yerinə yetirmək istəyirsə və nəfəs tutulmadan qurtulmaq üçün sprey püskürməsindən istifadə edirsə, bunun alternativi yoxdursa, başqa neyləyə bilər ki?
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, əgər oruc hansısa xəstəliyin şiddətlənməsinə səbəb olursa, o zaman oruc tutmaq yox, tutmamaq daha doğru yoldur. Kimsə xürafata varmasın, "Allah üçün oruc tuturam"-deyib, Allah-Taalanı imtahana çəkməyə cəhd eləməsin. Allah bizə ağıl verib, üstəlik də bəzi xəstəliklər oruc tutmamaq üçün məzuriyyət buyurulub.
Əslində "bizim" dediyimiz canımız da Allahın bizə bir əmanətidir və kimsənin haqqı yoxdur ki, o əmanəti təxrib eləsin, pozsun, dağıtsın.
Unutmayaq ki, sağlığına qəsd edən insan Allaha bunun hesabını verməli olacaq. Çünki bizim canımız, bədənimiz Allah-Taalanın əsəridir, O, bizi ən gözəl şəkildə yaradıb.
Oruc tutmaq Allahın əmridir, Allah öz bəndələrinə çətinlik istəməz, onların inciməsini arzu etməz.
Əgər bir bəndə Allahın əmrini yerinə yetirmək üçün sprey dərmandan istifadə etməyə məcburdursa, bunu yasaqlamaq Allahdan savayı kimsənin həddi deyil və Allah-Taala qulunun səmimiyyətini mükafatla qarşılayar.
İstər astma xəstəsi olsun, istərsə də hər hansı bir xəstə, əgər ona oruc tutmaq zərərdirsə və ən azı iki müsəlman həkim tutmağı yasaqlayırsa, tutmamalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam