Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bu 4 səbəbə görə meyvə şirələrini içmək ziyanlıdır

Əvvəllər meyvə şirələri ən faydalı məhsul sayılırdır. Meyvə şirələri hətta 3 ayında etibarən körpələrə ilk əlavə qida kimi verilirdi

Yenixeber.org: Lakin son elmi araşdırmalar dəfələrlə sübut edib ki, meyvə şirələri nəinki orqanizmə fayda vermir, hətta sağlamlığa ziyan vurur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox qida mütəxəssisləri ümumiyyətlə meyvə şirələrini istehlak etməyi tövsiyə etmir, onların əvəzi təzə meyvələri yeməyi məsləhət görür.  
Meyvə şirələrinin bir çox ziyanlı xüsusiyyətləri var:
1. Şəkərlə zəngindir ki, bu da kökəlməyə səbəb olur.
2. Qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da insulini ifraz edən mədəaltı vəzini yükləyir. (İnsulin qanda şəkərin səviyyəsini tənzimləyən hormondur, mədəaltı vəzi tərəfindən ifraz olunur.)
3. Meyvə şirələri bütün digər şəkərlə zəngin olan qida və içkilər kimi damarların sağlamlığına mənfi təsir edir.
4. Amerika alimləri tərəfindən keçirilmiş son araşdırmalar göstərib ki, meyvə şirələrinin istehlakı bağırsaq mikroflorasına  mənfi təsir edir, faydalı mikrobların sayının azalmasına gətirib çıxardır.  
Mütəxəssislər bir qayda olaraq meyvə şirələrini deyil, meyvələri istehlak etməyi tövsiyə edir. Meyvələrin tərkibində həzm olunmayan qidalı liflər var ki, bu liflər qanda şəkərin kəskin qalxmasının qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır, bağırsaq mikroflorasına müsbət təsir edir. Şirələrdə bu qidalı liflər yoxdur və bu səbəbdən də meyvə şirələri orqanizmə faydadan çox ziyan vurur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam