Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Necə bilək ki, Allah bizi sevir, yoxsa yox?

 

İnsanlar arasında dostluq etmək və məhəbbəti göstərməyin müxtəlif yolları vardır. Bəzən bu atəşli sözlər şeir vasitəsilə, bəzən də yanan qəlbdən gələn göz yaşları şəklində özünü göstərər


Yenixeber.org:  Ancaq Allahın bəndələrinə məhəbbəti insanlar arasında olan kimi deyildir. Çünki O, bu hallardan uzaq və ucadır. Allahın bəndələrinə məhəbbəti bu deyilənlərin hamısından müqayisə oluna bilinməyəcək səviyyədə çox və safdır.
Allah Təala bu sevgisini Quranda da bəyan etmişdir: "Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir". ("Bəqərə" 222).
"Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır)". ("Ali-İmran" 76).
"Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 134).
"Allah səbirliləri sevir". ("Ali-İmran" 146).
Qüdsi hədisdə oxuyuruq: "O kəslər ki, Məndən üz döndəriblər, bilsəydilər ki, nə qədər onların intizarını çəkirəm, şövqdən ölərdilər".
Allahın bəndələrinə olan sevgisinin bəzi nişanələri vardır ki, onlarla tanış olaq:
1. Allaha və Onun əmr sahiblərinə itaət etmək. Hədislərin birində oxuyuruq: "O kəs ki, Allahın məhbubu olduğunu başa düşdüyü üçün şad olar, gərək Allahın mütisi və bizim ardıcılımız olsun". (Yəni, hər kim Allahın məhbubu olmaq istəyirsə gərək Allaha müti və Əhli-Beytin (ə) davamçısı olsun).
2. Allahı çoxlu yada salmaq. Hədislərin birində oxuyuruq ki, Allah Təala buyurur: "Əgər bəndəmi görsən ki, Məni çoxlu yada salır, (bil ki) Özüm bu icazəni ona vermişəm və Onu sevirəm".
3. Daxili hüzur və səbir. Məsumlarımız (ə) buyurur: "O zaman ki, Allah bəndəsini sevər, onu hüzur və səbir zivəri ilə bəzəyər".
4. Pak qəlbə və mötədil əxlaqa malik olmaq. "Nə zaman Allah bəndəsini sevər, pak qəlbi və mötədil əxlaqı ruzisi edər".
5. Mütiləri sevmək və üsyankarları düşmən bilmək. "Əgər bilmək istəyirsənsə ki, səndə yaxşılıq və xeyir vardır, yoxsa yox - qəlbinə nəzər sal. Əgər orada Allahın müti bəndələrinə qarşı dostluq və məhəbbət, günahkarlara qarşı kin və düşmənçilik tapdınsa - deməli səndə xeyir və yaxşılıq vardır. Allah səni sevir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam