Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi...

 

Pediatriyada yüksək təzyiq və onun ürək-damar sisteminə təsiri yetkin yaşa çatmış yeniyetmələrdə geniş öyrənildiyi halda, kiçikyaşlı uşaqlarda həmin problemə çox az əhəmiyyət verilir. Ona görə də erkən yaşlı xəstələrin rutin müayinəsində arterial təzyiqin ölçülməsi aparılmır

Yenixeber.org:Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Mədinə Hacıyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib.
Həkim bildirib ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər: "Təcrübədən məlumdur ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər. Bunun hansısa ciddi bir xəstəliyin əlaməti ola biləcəyi üçün erkən diaqnostika vacibdir. Həm müalicə oluna biləcək təzyiq xəstəliyinin gecikmədən aşkara çıxarılması, həm də ona qarşı erkən yaşlarda tədbir görülə bilməsi üçün kiçikyaşlı uşaqlarda qan təzyiqinin ölçülməsi rutin fiziki müayinənin bir parçası olmalıdır".
Pediatrın dediyinə görə, arterial təzyiqin fizioloji dəyişikliklərinə hərəkət, bədənin vəziyyəti, xəstənin yaşı, günün saatları təsir edə bilər: "Ürək-damar sistemi, hormonlar, böyrəklər, qanın həcmi və s. təzyiqin normal saxlanılmasında rol oynadığı üçün bunların hansısa birində olan pozğunluq hipertenziyaya yol aça bilər. Uşaqlarda rast gəlinən təzyiqin 80 faizi böyrək patologiyaları, 20 faizi isə digər sistem xəstəlikləri ilə əlaqəlidir.
Uşaqlarda təzyiqin əlamətləri çox dəyişkən olur ki, bu da adətən xəstənin yaşından asılıdır. Məsələn, südəmər uşaqlarda anadangəlmə ürək çatmazlığı, tənəffüs sıxıntısı, böyümə və inkişaf geriliyi, qusma, çoxlu su içmə, tez-tez sidiyə getmə, görmə pozğunluqları, yorğunluq, burun qanaxmaları və üz iflici kimi simptomlar daha çox rast gəlinir".
Həkimin dediyinə görə, xəstəliyə xas digər əlamətlər də aşkar oluna bilər. Məsələn, aorta koarktasiyasında yuxarı və aşağı ətraflarda qan təzyiqinin fərqliliyi, bud arteriyasında nəbzin alınmaması, neyroblastomada qarında şişkinlik olması da təzyiqin yaranma səbəblərindəndir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam