Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Kəndimə qayıtmaq istəyirəm, yalnız onda xoşbəxt olacağam” –Cocuq Mərcanlı "Əl-Cəzirə" jurnalistinin gözü ilə - REPORTAJ


Şəfiq Mənzai

“Əl-Cəzirə”

 

Azərbaycan Respublikasının İranla sərhədində, Araz çayı vadisində yerləşən Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır. Ötən ildən məktəblər, idman qurğuları və yeni tikilmiş məscidlə yanaşı, yeni evlər boy atır. Böyük neft-qaz ehtiyatları olan dövlətin infrastruktur və mənzil layihələri sıradan bir təzahür, Azərbaycan ümumi mənzərəsidir, lakin Cocuq Mərcanlının bərpasını vacib edən yerləşdiyi məkandır.

Yenixeber.org: Kənd Azərbaycan ordusunu erməni separatçılarının işğalı altında olan ərazilərdən ayıran və əvvəllər münaqişə ucbatından yaşayış üçün yararsız məkanda yerləşir.

Ermənilər kənddən bir neçə kilometr məsafədə mövqe tutublar, odur ki, kənddəki yeniləşməni izləyə bilərlər.

Yaxınlığa baxmayaraq, Azərbaycan rəsmiləri bu inkişafın digər tərəfdəki, əksəriyyəti yoxsulluq içində yaşayan ermənilərə göndərilən mesaj olduğunu inkar, ancaq onlar simvolizmi qəbul edirlər.

Qonşu Füzuli rayonunun rəhbəri Əli Əliyev “Əl-Cəzirə”yə bildirib: “Əlbəttə, onlar (ermənilər) bizi görə bilərlər. Şübhəsiz, qısqancdırlar”.

Əli Əliyev bölgədəki investisiyaların “xalq üçün” olduğunu iddia edir.

Sözügedən şəxslərdən bəziləri Azərbaycanın 1,2 milyondan çox məcburi köçkün və qaçqın əhalisinin təxminən onda birini təşkil edir.

BMT-nin məlumatına görə, 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı təxminən 860 min nəfərlik yerli əhali ya Ermənistan ərazisindən qovulub, ya da Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmək məcburiyyətində qalıb.

BMT, həmçinin Azərbaycandan qaçqın düşən ermənilərin sayını da açıqlayıb – 360 min nəfər.

Hər iki tərəf mülki vətəndaşları hədəfə almaqda ittiham olunub, lakin itkin düşənlər, köçkün əhali və itirilmiş torpaq yükünün böyük hissəsi məhz azərbaycanlıların qismətinə düşür.

Azərbaycan torpaqlarının təxminən 20 faizi Ermənistanın iqtisadi və hərbi cəhətdən dəstəklədiyi qondarma “Artsax Respublikası”nın işğalı altındadır.

Həmin ərazi yalnız Dağlıq Qarabağ bölgəsi deyil, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli da daxil olmaqla, yeddi ətraf rayonu əhatə edir.

Erməni mənbələrinə görə, sözügedən ərazidə 150 mindən artıq əhali yaşayır, lakin bu rəqəm Azərbaycan tərəfində inam doğurmur və onun fikrincə, bu rəqəm təxminən 40 minə yaxındır. Hər iki halda, bu əhali arasında etnik azərbaycanlılar yoxdur.

20 ildən artıqdır ki, məcburi köçkünlər separatçıların ələ keçirdiyi evlərinə və torpalarına dönməyə ümid edirlər.

2016-cı ilin aprel ayında Azərbaycan hərbçiləri dördgünlük müharibədə erməni silahlı qüvvələrini geri oturdanda, təxminən 2 min hektar ərazi Azərbaycan hökumətinin nəzarəti altına keçib.

Cocuq Mərcanlı müharibə zamanı Azərbaycan əsgərləri tərəfindən tamamilə tərk edilmişdi.

1994-cü ildə tərəflər atəşkəs rejimi tətbiq edənədək, qarşıdurmada hər iki tərəf yüzlərlə əsgər və mülki şəxs itkisi verib.

Azərbaycanlılar ermənilərin nəzarətində olan ərazinin nisbətən kiçik hissəsini azad etsə də, bu, məcburi köçkünlərə böyük rəmzi və psixoloji təsir göstərib.

20 ildən artıq müddətdə ilk dəfə az sayda azərbaycanlı ermənilərdən azad olunmuş torpaqlara qayıdıb və 1994-cü ildən etibarən ilk dəfə nəzarət zonaları dəyişib.

Oqtay Həziyev Cocuq Mərcanlını 1993-cü ildə, yeniyetmə ikən tərk edib. Yeni tikilmiş məscidin həyətində o, “Əl-Cəzirə”yə deyir: “Bu, yaxşı bir hissdir, biz çoxdan itirdiyimiz torpaqlarımızı geri almışıq. Üstünə ayaq basaraq böyüdüyün torpaq həmişə sənin olur. Biz onu geri alan kimi buraya qayıtdım”.

Cocuq Mərcanlıdan təxminən bir neçə kilometr şimalında, 1990-cı illərdə yandırılaraq məhv edilmiş bir kənd var; Füzuli rayonun Aşağı Əbdürrəhmanlı kəndinin xarabalıqları yanında qəbiristanlıq yerləşir.

Azərbaycanlı əsgərlərin bir bölümü erməni mövqelərindən yalnız bir neçə yüz metr uzaqda yerləşdirilib, snayper atışlarından kiçik təpələr və səngərlərlə mühafizə olunur.

Atışmalar tez-tez ölümcül hallar, hər iki tərəfdə itki ilə nəticələnir.

2017-ci ilin iyul ayında erməni qoşunları yaxınlıqdakı Alxanlı kəndini atəşə tutduqda, azyaşlı azərbaycanlı və onun nənəsi öldürülüb.

Azərbaycan hərbçisi mayor Tahir Qulamov “Əl-Cəzirə”yə bildirib ki, buradakı əsgərlərin əksəriyyəti məcburi köçkündür. “Bu qəbirləri görən hər bir əsgər torpağımızın geri qaytarılması əmrini gözləyir”.

Torpaqlarını və evlərini geri almaq istəyi əsgərlərin əksəriyyətini motivasiya etdiyindən hərbi komandirlər 2016-cı ildəki döyüşlərdə daha da vəcdə gəliblər.

Həmin döyüşlər qələbə sayılır və 1990-cı illərin əvvəllərindən fərqli olaraq, azərbaycanlılar erməni tərəfi üzərində hərbi üstünlüyə malikdirlər.

Dünya Bankı məlumatlarına görə, Azərbaycanın hərbi xərcləri 1994-cü ildəki 13,8 milyon dollardan 2015-ci ildə təxminən 3 milyard dollara çatıb.

Ölkənin neft və qaz sərvətindən qazanılan vəsait ABŞ, Rusiya, Türkiyə və İsraildən ən müasir silahların alınmasına sərf edilir.

“Biz ermənilərə 2016-cı ildə yaxşı cavab verdik”, – deyən mayor Qulamov əlavə edib ki, hər hansı bir gələcək münaqişə işğal olunmuş ərazilərinin hamısını geri qaytarmasınadək davam edəcək. “Əlbəttə, mən torpaqlarımızı sülh yolu ilə geri almaq istəyirəm, amma sülhlə olmazsa, onda müharibə ilə…”

Hərb sahəsi Azərbaycan dövlətinin onillik bumunun yeganə benefisiarisi deyil. ÜDM 2004-cü ildə 8,7 milyard dollardan 2014-cü ildə 75 milyard dollara çatıb və 2016-cı ildə 37,8 milyard dollara enib.

Hökumət 1990-cı illərin “gecəqondu” yaşayış məntəqələrini dəyişdirir, yeni mənzil bloklarının inşası da daxil olmaqla, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğlər xərcləyib.

Rəsmilərin sözlərinə görə, 1,2 milyon məcburi köçkün və qaçqının 350 mindən çoxu yeni tikililərə köçürülüb.

Ancaq yeni mənzilləri gözləyən hələ xeyli adam var.

Paytaxtdan, göydələnləri və parlaq alış-veriş mərkəzləri olan Bakıdan cəmi beş dəqiqəlik məsafədə, sovet dövründən qalma tələbə yataqxanasında 2 min məcburi köçkün ailəsi dözülməz şəraitdə yaşayır. Bölgədəki köhnə sovet binaları son illərdə daha “ucaboy” olub, çünki sakinlər damlara yeni mərtəbələr əlavə edirlər. Binaya bitişik ət və çörək satan kiçik dükanlar – metal “qəsrlər” sıralanır.

Belə “qəsr”lərin birinə Mahmud Seyrov evindən qapı açıb, ailənin altı üzvü kiçik otaqda məskunlaşıb. Başları üstündə elektrik telləri sallanır.

Əslən erməni işğalı altındakı Füzuli kəndindən olan Seyrov və ailəsi, Bakının mərkəzindəki kiçik qutuda, 20 ildən artıq müddətdə, digərləri ilə birlikdə yaşayır. Lakin yaxın gələcəkdə daha yaxşı yaşayış şəraiti vədi onun eynini açmır.

“Burada yeni həyat qurmaq mənə lazım deyil. Torpağıma ehtiyacım var … yalnız torpağa qayıdıb ev-eşiyimi tikdikdə, xoşbəxt olacağam. Biz dağ adamıyıq, şəhər bizlik deyil”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam