Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Almaniyada “şişib əndazədən çıxmış” bundestaq-İllik xərci 955 milyon avrodur



Hazırda Almaniya bundestaqında 709 deputat təmsil olunub.

Yenixeber.org: Bu, AFR parlamentinin bütün tarixi ərzində mütləq rekorddur. Eyni zamanda, parlamentin saxlanılması xərcləri artıb.

Bu günlərdə bundestaqın sədri Volfqanq Şöyblenin “səbir kasası daşıb”: sabiq maliyyə naziri bəyan edib ki, Almaniya parlamentinin saxlanılması vergiödəyicilərinə baha başa gəlir. Seçkilər haqqında qanuna görə, bundestaq azı 598 deputatdan ibarət olmalıdır. Ancaq yeni çağırış parlamentdə tam 709 deputat təmsil olunub ki, bu da AFR-in bütün tarixi ərzində rekord rəqəmdir. 2017-ci ilin sentyabrında bundestaqa son seçkilərdən sonra iclas salonuna əlavə 78 deputat kreslosu qoymaq lazım gəlib.

Parlamentin genişlənməsi Almaniyanın seçki sisteminin xüsusiyyətləri ilə bağlıdır. Bundestaqın tərkibinin seçicilərinin iradəsini daha dəqiq əks etdirməsi üçün sistem əlavə mandatların verilməsini nəzərdə tutur. Bu isə öz növbəsində parlamentin fəaliyyəti ilə bağlı xərclərin artmasına gətirib çıxarır: 2018-ci ildə həmin məqsədlərə əlavə 85 milyon avro ayrılacaq.

Ümumən yeni çağırış bundestaqın saxlanılmasına ildə təqribən 955 milyon avro xərc çəkilməlidir. Həmin məbləğin AFR-in ümumi büdcəsinin 0,28 faizindən çox olmamasına baxmayaraq, Volfqanq Şöyble deputat mandatlarının sayının daha da artmasının qarşısını almaq məqsədi ilə seçkilər haqqında qanuna düzəlişlər edilməsinə çalışır.(Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam