Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır -FOTO





Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır - FOTO

Ekologiya və Təbii Sərvətlər nazirliyində aparılan kadr dəyişikliyi və yeni nazirin təyinatı, işbazlar tərəfindən yaradılan ekoloji fəlakətin qarşısının alınacağına ümidlər yaradıb. Lakin, işbazların qanunsuz fəaliyyətinə hüquqi don geyindirməyə çalışan ETSN-nin bəzi vəzifəli şəxslərinin çəkinmədən qeyri –qanuni əməllərinə davam etməsi, nazir Muxtar Babayevə olan inamı sarsıda bilər.

Yenixeber.org: Ötən yazılarımızda Bakı və ətraf rayonlarda qanunsuz fəaliyyət göstərən daş karxanaları və qiymətli torpaqların işbazlar tərəfindən talan edilməsi haqqında bəhs etmişdik. Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeli qurumlarının rəhbərlərinin qazanc mənbəyinə çevrilən bu qanunsuzluğun qarşısı təəssüf ki, alınmır.Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır - FOTO
Realliqinfo.org – un araşdırmaları və aidiyyatı qurumların nəzərinə çatdırılan fakların rəsmi qurumlar tərəfindən reaksiyasız qalması, hamı kimi bizi də düşündürən məqamdır. Görəsən, dövlətin qanunlarından üstün tutulan məmurların – ETSN –nin idarə və şöbə rəislərinin qanunsuz qazanclarının qarşısı niyə alınmır?
Saytımıza Quba, Xaçmaz və ətraf rayonlardan daxil olan müraciətlər oxşar vəziyyətdən xəbər verir. 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Ədilov Rafiq Seyfulla oğlunun toxunulmaz məmur statusu, onun adıçəkilən rayonlarda daş karxanalarına sahiblik etməsini şərtləndirib. Rayon ərazilərində yerləşən daş karxanalarının və torpaqların istismar edilməsi, insanların haqlı narazılığına səbəb olub. Rafiq Ədilovun qanunsuz fəaliyyəti nəticəsində Quba, Xaçmaz və ətraf rayonlarda təbii sərvətlər talan olunmaqdadır. Dərc olunan məqalələrdən sonra redaksiyamıza artan müraciətlər, şöbə rəisinin özəl qaydalarını və bundan əldə etdiyi gəlirin şərikli paylaşmasını aşkara çıxarır. Saytın apardığı araşdırmalar göstərir ki, daş karxanların və torpaqların işbazlar tərəfindən talanmasına razılıq Ekologiya nazirliyi tərəfindən verilib. Nazirliyin tabeçiliyində olan Dövlət Ekspertiza İdarəsinin rəisi Aslanov Azər Hidayət oğlunun karxanalara və torpaq biznesi ilə məşğul olan işbazlara verdiyi qanunsuz rəylər onların fəaliyyətini tənzimləyir. Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır - FOTOİstər Bakı, istərsədə Quba – Xaçmaz bölgəsində qanunsuz fəaliyyət göstərən daş karxanalarında həmin rəylərə rast gəlmək olar. Azər Aslanovun şəxsi istəkləri və tələbləri ilə verilmiş icazələrin – rəylərin ləğv ediləcəyi barədə Ekologiya nazirliyinin bəyənatı da kağız üzərində qaldı. Bir müddət əvvəl Realliqinfo.org saytında dərc olunan məqaləyə münasibət bildirən Ekologiya nazirliyi daş karxanalarının fəaliyyətini qanunsuz hesab etmiş və Azər Aslanov tərəfindən işbazlara verilmiş rəylərin ləğv edəcəyini bəyan etmişdi. Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
Narahatçılığımız üst-üstə düşür. Neçə müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə qanunvericiliyə uygun qaydada tədbirlər görür. Ümumilikdə, bütün karxanalarda, o cümlədən qeyd etdiyiniz ərazidə yerləşən karxanalarlarda da araşdırma aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır - FOTOQeyd edək ki, karxanaların fəaliyyətinin dayandırılması ETSN-nin səlahiyyətlərinə aid deyil. Karxanalar üçün torpaq sahələri yerli icra hakimiyyətlərinin sərəncamları əsasında ayrılır. Nazirlik isə yalnız müəyyən ekoloji şərtlər daxilində rəy verir. Verilmiş rəylərə hazırda yenidən baxılır. Artıq bu istiqamətdə bir sıra karxanalar üzrə verilmiş rəylər ləğv edilib.
Bildiririk ki, karxanalar üçün ayrılmış torpaq sahələri barədə qanunvericiliyə uyğun qaydada tədbirlərin görülməsi üçün aidiyyəti rayon icra hakimiyyətlərinə məktublar göndərilib.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti" 

Bu bəyanatdan sonra fəaliyyətini genişləndirən və Azər Aslanov tərəfindən himayə edilən qanunsuz daş karxanalar indi ciddi fəlakətə səbəb ola bilər. Şəkillərdən də göründüyü kimi torpaqları talan edən 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Ədilov Rafiq Seyfulla oğlu və digər bu kimi məmurların özbaşınalığına məhdudiyyət qoyulmayıb. Əksinə, Azər Aslanovun və ETSN – nin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisi Hüseynov Xaliqverdi Cəmil oğlunun şəxsi maraqlarına qurban verilən sərvətlərin daha geniş formada satılmasına başlanılıb. Realliqinfo.org saytına etibarlı mənbədən daxil olan məlumatda qeyd olunur ki, adıçəkilən məmurlara nazirlikdə daha bir yüksək vəzifəli məmur himayədarlıq etməkdədir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin aparat rəhbəri olan Rövşən Cəlilovun baş verən qanunsuzluqda əsas söz sahibi olduğu qeyd edilməkdədir. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik.Ekologiya nazirliyi susur – Bakı, Quba torpaqları isə Azər Aslanov və Rafiq Ədilov tərəfindən talanır - FOTONazir Muxtar Babayevin baş verənlərdən xəbəri olduğunu söyləməkdə çətinlik çəkirik. Lakin faktların ictimailəşməsi cənab nazirin də məlumatlandırılması deməkdir. Ümid edirik ki, Azər Aslanov, Xaliqverdi Hüseynov və Rafiq Ədilov kimi məmurların qanunsuz fəaliyyətinə son veriləcək və Bakıda, Quba və ətraf rayonlarda işbazlara şərait yaradanlar cəzalandırılacaq.
Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam