Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

NOVRUZ MƏMMƏDOVUN BAŞ NAZİR TƏYİNATININ SİRRİ –Prezident danışıqlardan imtina edir!

 

412278633

Prezident İlham Əliyevin bu gün xarici siyasət məsələləri üzrə mütəxəssis Novruz Məmmədovu baş nazir vəzifəsinə təyin etməsi cəmiyyətdə sözün əsl mənasında şok effektini doğurdu. Baş nazir vəzifəsinə belə bir təyinatı proqnozlaşdırmaq qətiyyən mümkün deyildi.

Yenixeber.org: Məsələ ondadır ki, ölkə çox ciddi iqtisadi islahatlar gözləntisi içindədir və əksər müşahidəçilər belə bir mərhələdə enerjili, peşəkar və işlək bir baş nazirin vacibliyini xüsusilə qabardırdılar. Eyni zamanda hakim komandada son illərdə özünü biruzə verən gəncləşdirmə tendensiyası baş nazir vəzifəsinə də gənc, intellektual, islahatçı bir şəxsin təyin olunacağı ehtimalını son dərəcə artırmışdı. Lakin bu gözlənti və ehtimallar özünü doğrultmadı. Prezident, baş nazir vəzifəsinə iqtisadiyyatdan tamamilə uzaq 71 yaşlı Novruz Məmmədovu təyin etdi. O Novruz Məmmədovu ki, ixtisasca fransız dili filoloqudur və 20 ildən çoxdur xarici siyasət məsələləri ilə məşğuldur.

İlkin təhlillər belə deməyə əsas verir ki, belə bir şəxsin baş nazir vəzifəsinə təyinatı təsadüfi ola bilməzdi. Fikrimizcə, N.Məmmədovun bu vəzifəyə təyinatı sırf Qarabağ münaqişəsi ilə bağlıdır.

Məlum olduğu kimi, Ermənistan parlament üsul-idarəsinə keçib və bundan sonra Serj Sarkisyan Qarabağ danışıqlarında Ermənistanın baş naziri qismində təmsil olunacaq. Belə görünür ki, Azərbaycan hökuməti bu danışıqlarda Prezident səviyyəsində təmsilçilikdən imtina edir. Bundan sonra Qarabağ danışıqlarında Azərbaycanı da baş nazir təmsil edəcək. Belə olduqda baş nazir vəzifəsinə diplomatiyanı, indiyədək aparılan danışıqların detallarını bilən hazırlıqlı bir şəxsin təyinatı zərurətə çevrilirdi.

Böyük ehtimalla, Prezident İlham Əliyev məhz bu səbəbdən Novruz Məmmədovun namizədliyi üzərində durub!

N.Məmmədovun baş nazir təyin olunmasını hər hansı digər bir arqumentlə əsaslandırmaq qeyri-mümkündür!(azpolitika)

E.Məhərrəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam