Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Mərdan Camalovun 13 ilinin dosyesi:boru işi, iki məmurla qovğası və …

 

Şirvanın icra başçısı Mərdan CamalovŞirvanın icra başçısı Mərdan Camalov

 

 Bu gün Mərdan Camalovun Şirvanın icra başçısı vəzifəsinə təyin edilməsinin 13 ili tamam olur.

Yenixeber.org: Şirvandan bir qrup sakini yazır ki, bu 13 il ərzində şəhər rəhbərinin adı qalmaqallarda keçib.

Baş həkim və xanım məmurla qovğa

“Təkcə son 1 ildə Şirvan xəstəxanasının baş həkimi Fərhad Səfərovla Mərdan Camalovun ciddi konfliktini qeyd etmək yetər.

Səbəb hər kəsə aydın idi ki, ötən illərlə müqayisədə səhiyyəyə ayrılan maliyyə vəsaiti iqtisadi böhranla əlaqədar azaldılmışdı.

Ona görə baş həkim Mərdan Camalova aylıq ödənişin əvvəlik illərə nisbətən azaldığını deyəndə müharibə alovlanmışdı.

Baş həkim komaya düşüb Bakıya xəstəxanaya yerləşdirilsə də, Mərdan Camalov gecə yarısı xəstəxanaya gedib palatalarda xəstələri saymaqdan belə utanmamışdı”.

Sakinlər yazırlar ki, M.Camalovun ən sonuncu konflikti yarandığı məmur isə Əlillərin Bərpa Mərkəzinin müdiri Könül Abbasovadır:

“Səbəb isə Könül Abbasovanı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov mərkəzə müdir təyin edib və Mərdan Camalovdan razılıq alınmayıb.

Ona görə də Mərdan Camalov Könül Abbasovanı nəinki qəbul etmir, hətta işləməsinə mane olur.

Könül Abbasova da nə Mərdan Camalovu, nə də müavinlərini sayır, xərac da vermir. Bu konfliktdə də yenə dava pul davasıdır”.

Prokurorla başçının boru “əməliyyatı”

Sakinlərin sözlərinə görə, icra başçısının büdcədən kənar gəlirləri arasında ən yaddaqalanı mətbuatda işıq üzü görməyib:

“Mərdan Camalovun 200 min manatlıq qazancı 3 min metr “Azəriqaz”ın balansında olan iri diametrli borunun doğranaraq satılması olub.

“Azəriqaz”ın rəhbərliyi 3 min metr borularının oğurlanması barədə Şirvan polis şöbəsinə rəsmi şikayət ərizəsi verib.

Məsələdən baş prokuror Zakir Qaralov məlumatlıdır. Mərdan Camalov 3 min metr borunu Şirvan şəhər prokuror əvəzi Həsən Hənifəyevin təklifi ilə yoxa çıxarıb.

Prokurorun yaxınlarından ibarət olan boru alverçiləri 3 min metr borunu aradan çıxarda bilmişdilər.

“Azəriqaz”ın işçiləri boru oğrularını gedib iş başında yaxalamışdılar. Bu günə qədər borunu oğurlayanlardan kimsə istintaqa cəlb edilməyib. Əksinə boru alverçiləri cəzasız qaldıqlarından daha da genişlənib.

Şirvanın dağ üstündə olan ərazisindən sovet vaxtından qalmış çox iri diametrli, nadir tapıntı hesab edilən borular da tamahın qurbanı olublar.

Alver bununla bitməyib. Sabirin beton zavoduna gedən və sovet vaxtı çəkilən dəmir yolunun reysləri də çıxarılaraq aparılıb.

Həsən Hənifəyevin Şirvanda 5 illik fəaliyyət müddəti başa çatıb və şəhər prokuroru vəzifəsini icra edir”.

Avtoritet dayı oğlunun güllələnməsi…

Sakinlər bildirirlər ki, ən son aylarda Camalovların yadda qalan hadisəsi dayısı oğlu kriminal avtoritet Azər Məmmədovun güllələnməsi oldu. Əsas məqam isə Camalovların dayısı oğlanlarından imtina etməsi oldu.

Xatırladaq ki, M.Camalov redaksiyamıza təkzib məkutubu göndərərək A.Məmmədovu 2005-ci ildə Şirvan polis şöbəsindən işdən azad etdirdiyini qeyd etmişdi.

Bu 13 illik fəaliyyətin son bir ilinin statistikasıdır…Şirvan ŞİH-nin mövqeyini dərc etməyə hazırıq.Yunis/AzEuroNews.com/ 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?