Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

13 günə 13 kilo arıqla!

 

13 günə 13 kilo arıqla!

 

Artıq xanımlar artıq çəkilərini gizlətmək yox, onlardan xilas olmaq haqqında fikirləşirlər. Bunun ən asan yolu isə pəhrizdir

Yenixeber.org: Artıq çəkili qadınlara Yaponiya Dövlət Fizika-Kimya İnstitutunu əməkdaşlarının sınanmış yapon pəhrizini təqdim edirik. Bu pəhrizlə 13 gündə 13 kq arıqlamağın mümkün olduğu bildirilir.

Pəhrizin qaydası

Pəhrizə başlamazdan əvvəl yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftədə bu ərzaqlardan uzaq durun:

Duz - bədənə su yığıb, çəkini artırır.

Şəkər - bədəndə piy qatları yaradır.

Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir. Süd verən analara bu pəhrizi saxlamaq qadağandır.

İlk günlər və pəhrizdən sonrakı ilk həftə

Səhər: Qəhvə.

Nahar: Tərəvəz və yumurta.

Axşam: Yağsız balıq.

Birinci gün:

Səhər: Qəhvə.

Nahar: Suda bişmiş 2 yumurta, kələm salatı, 1 stəkan tomat şirəsi.

Şam: Buğda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq.

İkinci gün:

Səhər: Qəhvə və bir dilim qurudulmuş qara çörək.

Nahar: Suda bişmiş balıq, zeytun yağlı tərəvəz salatı (xiyar, turp, pomidor, kələm və göyərti).

Şam: Suda bişmiş 100 qr. mal əti və 1 stəkan qatıq.

Üçüncü gün:

Səhər: Qəhvə və bir dilim qurudulmuş qara çörək.

Nahar: Bitki yağında qızardılmış 1 ədəd böyük qabaq

Şam: 200 qr. soyutma mal əti, 2 ədəd yumurta, zeytun yağlı kələm salatı.

Dördüncü gün:

Səhər: Qəhvə.

Nahar: Salat (1 ədəd soyutma yumurtanı və 3 ədəd böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgəcdən keçirib, üzərinə zeytun yağı əlavə edin).

Şam: Meyvə (üzüm və banandan başqa).

Beşinci gün:

Səhər: Üzərinə limon şirəsi sıxılmış, sürtgəcdən keçirilmiş çiy kök.

Nahar: Buğda bişmiş və ya qızardılmış balıq, 1 stəkan tomat şirəsi.

Şam: Meyvələr (banan və üzümdən başqa).

Altıncı gün:

Səhər: Qəhvə.

Nahar: Suda bişmiş, yağsız, dərisiz toyuq, kələm və kök salatı. Şam: Soyutma 2 ədəd yumurta, üzərinə bitki yağı əlavə edilmiş kök salatı.

Yeddinci gün:

Səhər: Yaşıl çay və ya ot dəmləməsi.

Nahar: 200 qr. soyutma mal əti və meyvə.

Şam: Pəhrizdəki istədiyin şam yeməklərindən birini seçə bilərsiniz (üçüncü gündən başqa).

13 gündən sonra pəhriz yenidən təkrarlanır. Amma unutmayın ki, pəhrizdən yalnız 1 həftə sonra normal qidaya qayıda bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam