Fransada yaşayan və bir müddət əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı avtoritet Rahim Namazov və həyat yoldaşına edilən silahlı hücumun görüntüləri yayılıb.
Yenixeber.org: Videodan da göründüyü kimi, maskalanmış naməlum şəxs Rahim Namazovun (Şəkinski) avtomobilinə yaxınlaşaraq, ön şüşədən sürücü və sərnişinə tapançadan bir neçə dəfə atəş açır və dərhal da əzaridən uzaqlaşır.
Tuluza şəhərinin yaxınlığında qeydə alınan hadisə zamanı Rahim Namazov ağır yaralanıb, həyat yoldaşı isə dünyasını dəyişib. Qeyd edək ki, bu hadisədən öncə R.Namazov tanınan kriminal avtoritetlər barəsində ağır sözlər işlətmiş, onları təhqir etmişdi. Bəzi mənbələr iddia edirlər ki, bu hadisənin də səbəbi həmin söyüşlərdir.(Minval)