Redaktor seçimi
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Günün xəbəri

“TATAROĞLU”nun SÜQUTU! –Türkiyənin ən güclü media patronunun imperiyası niyə çökdü

 

“Kurtlar vadisi”nin qaranlıq personajlarından birinin həyatdakı prototipi – Aydın Doğan

42572

Yenixeber.org: Məşhur “Kurtlar Vadisi” serialındakı personajların böyük əksəriyyəti real həyatda mövcüd olan tanınmış şəxslərin prototipləridir. Bu filmi çəkənlər sonradan “şitini çıxarsalar” da, ilk bölümlərdə yer alan obrazlar Türkiyənin siyasi həyatında və kriminal dairələrdə baş verənləri olduğu kimi əks etdirirdi, personajlar isə bu proseslərdə iştirak edən əsas şəxslərin adı dəyişdirilmiş kopyaları idilər. Doğrudur, bəzi obrazların real həyatdakı kimliklərilə bağlı fikir ayrılığı mövcuddur. Lakin bu serialda yer alan Davud Tataroğlunun Türkiyənin gəlmiş-keçmiş ən böyük media maqnatı Aydın Doğanın praobrazı olduğuna heç kim şübhə etmir. Filmdə Tataroğlu ABŞ-ın və ümumilikdə Qərbin Türkiyədəki bir nömrəli təmsilçisi, hökumətə və ictimai rəyə böyük təsir imkanlarına malik əsasən mənfi obraz kimi əks etdirilib. Filmdəki Tataroğlu sonda Qərbin dəstəyini və öz nüfuzunu tamamilə itirir. Aydın Doğan da elə bu günlərdə karyerasının və həyatının qürub çağını yaşamaqdadır. Və bunun ən əsas sübutu onun əlində qalmış son media orqanlarını – Hürriyet, Posta, Fanatik qəzetləri, Kanal D, CNN Türk, D-Smart telekanalları və Doğan Xəbər Agentliklərini Erdoğan Demirören adlı hökumətə yaxın digər media maqnatına devr etməsidir.

скачанные файлы

Hazırda bu alqı-satqının özü, onun baş vermə səbəbləri, detalları və qaranlıq məqamları Türkiyə mətbuatında və siyasi çevrələrdə Afrin əməliyyatından sonra ən çox müzakirə olunan mövzudur. Hətta Suriyada baş verənlərin kölgəsi olmasaydı, Aydın Doğanın çöküşünün Türkiyə tarixində nə qədər əhəmiyyətli və dərin izlər buraxan hadisə olduğunu daha aydın görmək olardı.

Türkmü, ermənimi, yəhudimi…

1936-cı ildə Türkiyənin şimal-şərqində yerləşən Gümüşhane bölgəsində anadan olan Aydın Doğanın milliyyəti və ailə mənsubiyyəti barədə çoxlu sayda qaranlıq və ziddiyyətli məlumatlar dərc olunub.

ravza-kavakci-haddini-bil-aydin-dogan-h1443608869-06dfd2

Onun erməni, yaxud yəhudi əsilli olması barədə fikirlərə daha çox rast gəlinsə də, rəsmi qeydlərdə bu barədə nəsə tapmaq mümkün deyil. Həmçinin, onun anasının milliyyəti ətrafında müxtəlif ziddiyyətli məlumatlar mövcuddur. Ən populyar versiya Aydın Doğanın türk ailəsi tərəfindən övladlığa götürülmüş erməni uşağı olmasıdır.

Bundan başqa, ən çox tirajlanan məlumatlardan biri, onu Türkiyənin ən böyük, varlı və nüfuzlu ailələrindən sayılan Koç ailəsinə mənsub olmasıdır.Bildirilir ki, guya Doğan, Koç ailəsinin bugünkü mövqeyinin təməlini qoyan Vehbi Koçun oğludur.Çünki rəsmi qeydlərdə göstərildiyi kimi, sadə və heç bir mirası olmayan ailədə doğulan A.Doğanın birdən-birə böyük biznes və media imkanlarına yiyələnməsi mümkünsüz idi. Mətbuatda və cəmiyyətdə dolaşan bəzi məlumatlara görə, Vehbi Koçun Anadoluda milliyəti mübahisəli olan qadından bir oğlu varmış, lakin bunu öz ailəsindən gizlədirmiş. Sonradan məsələnin üstü açılır və ailə bu faktı qəbul etməli olur. Aydına Koç soyadı verilməsə də, böyük güc və dəstək verilir.

Vehbi Koç

Vehbi Koç

Əlbəttə ki, bunların hamısı fantastik görünən və faktlarla təsdiqlənməyən məlumatlar olsa da, cəmiyyətdə kifayət qədər geniş yayılıb. Nəticədə əsasən inşaat maşın və avadanlıqlarının ticarətindən tutmuş nəqliyyat sektoruna qədər fərqli çalışmaları olan və çox da boy göstərməyən A.Doğan 1979-cu ildə birdən-birə Türkiyənin ən nüfuzlu dərgilərindən olan “Milliyyət” qəzetini satın alaraq, media sektoruna girirO zaman qəzetin satılmasına qarşı çıxan Sahi Abdi İpekçi isə müəmmalı şəkildə həyatını itirir.

katledilisinin-39.-yil-donumunde-abdi-ipekci-1517471731
Hər şey də bundan sonra başlayır. Artıq uzun müddətdir ki, Türkiyədə çoxları A.Doğanı Koç ailəsinin mediadakı kölgəsi hesab edir və onun bütün qüdrətinin arxasında məhz bu ailənin dayandığı güman olunur. Ancaq məsələ ondadır ki, Koç ailəsinin özü də bir çox dairələr tərəfindən dünya qaranlıq güclərinin Türkiyədəki baş təmsilçisi hesab olunur. Vehbi Koçun isə sionist güclərin təsiri və himayəsi altında olduğu iddia edilir.

Bir sözlə, Türkiyə cəmiyyəti və mediasına nəzərən, hansı tərəfə çevirsəniz, Aydın Doğanın milliyyəti və hansı güclərə xidmət etməsilə bağlı birmənalı fikir hasil etmək mümkün olmayacaq. Ancaq əksəriyyət onun Türkiyənin maraqlarına xidmət etmədiyi düşüncəsindədir. Bəlkə elə haqqında bəhs etdiyimiz filmin yönətmənləri üçün də onun mənsubiyyəti qaranlıq olduğundan “Davud Tataroğlu “ adından istifadə ediblər…

Baş naziri “pijamada” qarşılayacaq qədər cəsarət…

Ancaq bir şey birmənalıdır ki, Ərdoğan dönəminə qədər A.Doğan Türkiyədə hökumət gətirib –hökumət götürən gücə malik birisi kimi tanınıb. Təsəvvür edin ki, baş nazirlər “keçmiş olsun” demək üçün onun ayağına gedirmiş. Nə Tansu Çillər, nə Məsud Yılmaz,nə Nəcməddin Ərbakan, nə də Süleyman Dəmirəl onun öhdəsindən gələ bilməmiş, hətta ondan ehtiyatlanırmışlar. İş o yerə çatıbmış ki, 1997-1999-cu illərdə baş nazir olmuş Məsud Yılmaz A.Doğanın hüzuruna getmiş, o isə Yılmazı “pijama”da qarşılamış və uğurlamışdı. Bu hadisə böyük səs-küyə səbəb olmuş və dövlətə, hökumətə qarşı hörmətsizlik kimi qarşılanmışdı.

Buna baxmayaraq, Bülənt Ecevit hökuməti və Süleyman Dəmirəlin prezidentliyi dövründə – 1999-cu ildə qardaş ölkənin ən ali ordenlərindən olan “Türkiye Cumhuriyeti Devlet Üstün Hizmet Madalyası” ilə təltif olunan Doğan media səltənətinin şəksiz hökmdarı olaraq qalırdı.
Qərbin güc mərkəzlərinin sifarişlərilə hərəkət etdiyi deyilən bu şəxsin adı uzun illər hökumətlərin istefaya göndərilməsi və yenilərinin formalaşmasında əsas söz sahiblərindən biri kimi hallanıb. Lakin ona qarşı Türkiyə cəmiyyətində birmənalı olmayan münasibətə rəğmən, Doğanın media üçün etdikləri də az olmayıb. Məhz onun rəhbərlik etdiyi qurumlar Türkiyədə medianın cəmiyyətdəki rolunun artmasında müstəsna rol oynadı. İnsaf naminə deməliyik ki, bu media quruluşlarında olduqca istedadlı və peşəkar kadrlar yetişdi və püxtələşdi ki, onların da böyük bir qismi müsbət mənada Türkiyə cəmiyyəti üçün tapıntı hesab edilir.

Özü hansı qüvvələrə və niyyətlərə xidmət etməsindən asılı olmayaraq, xüsusilə peşəkar jurnalistlərin hazırlanması üçün özəl məktəblər açıb. Bununla yanaşı, orta təhsil verən daha 8 məktəb inşa etdirib (Bu məktəblərdə təhsil alanların “beyinlərinin yuyulduğu”, onların içərisindən istedadlı gənclərin seçilərək, Qərbin müəyyən dairələrinin maraqlarına xidmət etmək üçün hazırlandığı da Türkiyədə uzun müddətdir müzakirə mövzusudur-red.). 2004-cü ildə Dünya Qəzetlər Birliyinin (World Association of Newspapers -WAN) toplantısında qurumun sədr müavini seçilən ilk və tək türkiyəli olmuşdu. Sonradan hətta AKP-nin yaradıcılarından olan, ancaq sonradan partiya rəhbərliyindən uzaqlaşdırılan Türkiyə parlamentinin spikeri postunu daşımış Bülənt Arınc televiziya proqramlarının birində Doğana qarşı mənfi münasibətin yanlış və haqsız olduğunu söyləmişdi.

“Hökumətlər qurub, hökumətlər yıxan” Doğanı necə “sındırdılar”?

Ancaq Bülənt Arıncdan fərqli olaraq, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib.Ərdoğan Doğana qarşı mənfi münasibətini əvvəllər nisbətən üstüörtülü formada, sonradan isə açıq şəkildə ortaya qoydu.

aydin-dogan1-626x330

Bundan sonra hökumətə yaxın mediada Aydın Doğanın həm Türkiyə dövlətinin deyil, Qərbin müəyyən güclərinin maraqlarına xidmət etdiyi, həm də dindar kəsimə qarşı düşmən münasibətdə olduğu açıq şəkildə ifadə edilməyə başladı. Bu təqdimat isə cəmiyyətdə kifayət qədər özünə yer aldı. Türkiyə ictimaiyyəti “hökumətlər qurub, hökumətlər yıxan” Doğanın əsl kimliyini tanımağa başladı.

Bundan başqa, erməni, yəhudi və digər millətlərdən olan və bəzən Türkiyənin milli maraqlarını belə təhlükə altına alan mövqedə duran yazarlara Doğana məxsus media qurumlarında zaman-zaman yer verilib. Belə hallar nə qədər söz azadlığı ilə əsaslandırılmağa çalışsa da, cəmiyyət və xüsusilə hökumət tərəfindən etirazla qarşılanıb.Getdikcə AK Partiya hökumətinin güclənməsi, Ərdoğanın nüfuzunun artması, ona bağlı media qurluşlarının yaranması, eləcə də hökumətin xaricdən gələn sifarişlə Türkiyədə qarşlıq yaratmaq istəyən media orqanları üzərində nəzarəti gücləndirməsi Doğanın media imperiyasından yan keçmədi.Ərdoğan iqtidara gələnə qədər heç bir hökumətin yaxınlaşmağa belə cürət etmədiyi Doğana məxsus media orqanlarında vergi yoxlamaları başladıldı, onun qəzetləruində verilən əsasız yazılara, yalan xəbərlərlə görə məhkəmələr tərəfindən cəzalar kəsilməyə başladı. Təsadüfü deyil ki, A.Doğana aid məşhur “Petrol Ofisi” şirkətinə qarşı böyük məbləğlərdə vergi cəzaları kəsilməsi Türkiyədə sensassiya kimi qarşılanmış, uzun müddət gündəm olmuşdu. İctimaiyyət A.Doğana toxunulduğuna uzun müddət inanmadı…

Bununla yanaşı, şəxsən Ərdoğan özü çıxışlarında A.Doğanı hədəfə almağa başladı və ona bəzi şeyləri xatırlatdı. Belə ki, Ərdoğan məhkəmə qərarı ilə seçilmək hüququndan məhrum edildiyi dövrlərdə Doğan özünə məxsus “Hürriyet” qəzetində indiki prezidentə xitabən “Artıq muxtar belə olamaz…” deyə bir başlıq atdırmışdı. Ərdoğan öz çıxışlarının birində Doğana bunu xatılatmış və bunu unutmadığını demişdi. 

aydin-dogan-in-satis-aciklamasi-guldurdu_9bbdc

“Hürriyet” qəzeti son 5 ildə 550 milyon lirə zərər etmişdi

Eyni zamanda hökumətə yaxın güclü media holdinqlərin yaranması və getdikcə böyüməsi Doğanın media quruluşlarının ictimai rəyə təsirini də əhəmiyyətli dərəcədə azaltmışdı. İri şirkətlərin əksəriyyəti öz reklamlarını hökumətə yaxın media qurlişlarında yerləşdirdiyindən Doğanın media orqanları gəlir gətirmək bir yana, onun üçün ağır yükə çevrilmişdi. Doğan ən güclü media orqanlardan biri olan “Hürriyet” qəzeti son 5 ildə 550 milyon lirə zərər etmişdi. Bir sözlə, həm Türkiyədəki əvvvəlki gücünü böyük mənada itirən, həm də iqtisadi-siyasi təzyiqlər qarşısında getdikcə əzilən yaşlanmış Doğanın gedişatın onun media holdinqi üçün yaxşı heç nə vəd etmədiyini gördüyü şübhə doğurmur. Nəticə isə o oldu ki, əlində qalan son media orqanlarını da satmalı oldu və mediadan uzaqlaşdığını bəyan etdi: “Artıq 80 yaşımı geridə qoymuşam. Gəldiyim bu aşamada öz istəyimlə(!) yayınçılıq məsləyimə nöqtə qoymağa qərar verdim”.

752x395-aydin-dogan-iyi-tuccarmis-1521793667348
Əslində bu, təkcə onun öz məsləyinə qoyduğu nöqtə yox, medianın hökumət üzərindəki nüfuz və təsirinin qırılma nöqtəsi də sayıla bilər. Çünki Türkiyədə Doğanı nəzərə almadan belə, medianın əvvəlki müstəqillik və nüfuzdan getdikcə məhrum olunduğunu söyləyənlər üstünlük təşkil etməyə başlayıb.

Media qurumlarının əsl alıcısı kimdir?

“Hürriyet”, “CNN Türk kimi olduqca nüfuzlu media devlərinin Erdoğan Dəmirörən tərəfindən alınması xəbəri şübhə ilə qarşılandı desək, heç nə deməmiş olarıq.

 Erdoğan Dəmirörən

Erdoğan Dəmirörən

Türkiyədə buna demək olar heç kəs inanmır. Ən azından ona görə ki, bu qurumlara görə ödənilməli olan 1 milyarddan çox vəsait sözügedən şəxsin qaldıra biləcəyi yük deyil. Məsələn, HaberTürkün yazarı Nagehan Alcı iddia edir ki, Doğan imperiyasının son “qalalarının” alınması Qətərin sərmayəsi hesabına həyata keçirilib.Yəni ki, hökumət Qətərdən cəlb etdiyi sərmayədən gizli şəkildə istifadə edərək, media-holdinqi ala bilib. Dəmirörən isə sadəcə sənədləri imzalayıb. Ona görə də, media mənsublarının böyük qismi məsələyə aydınlıq gətirilməli olduğunu və bu qurumlarda çalışanların gerçək patronlarının kim olduğunu bilmək istədiyini yazırlar.

“Kurtlar Vadisi”ndəki Davud Tataroğlu sonda gənc məşuqəsinin evində “dərin dövlətin” nümayəndələri tərəfindən iynə vurularaq öldürülür və bu hadisə ürəktutması kimi qələmə verilir. 81 yaşına çatmış A.Doğanın nə qədər yaşayacağını və hansı səbəbdən dünyadan köçəcəyini zaman göstərəcək və heç kim ona belə sonluğu əlbəttə ki, arzu etmir. Ancaq hamının bildiyi bir gerçək var ki, yüksək ambisiyalı şəxslər üçün siyasi gücün və nüfuzun itirilməsi istənilən fiziki ölüm formasından qat-qat ağır və dəhşətlidir…

Cəlal Məmmədov
AzPolitika.info

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?