Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayıldı

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayıldı

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb

Yenixeber.org: Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləmyi bacarıb.

Şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər.

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayıldı

 

 

Paşazadələrin malik olduqları mənzil kompleksi  isə, Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “Imperial Hotel”-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayıldı

 

 

Nəzərinizə çatdıraq ki, Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

Fərhad Çağtürk/ AzEuroNews.com 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam