Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –REPORTAJ (FOTOLAR)

 

Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid – REPORTAJ (FOTOLAR)
Yenixeber.org: Ermənilərin azərbaycanlılara qarşı vəhişikləri tarix boyu davam edib. Cənubi Qafqazda hiylə, zorakılıqla məskunlaşan ermənilər Azərbaycan torpaqlarında “böyük Ermənistan” planını reallaşdırmaq üçün inanılmaz yollara əl atıblar. 
Tarix sübut edir ki, XX əsrin əvvəllərində ermənilər Bakı quberniyasında, Şamaxı, Quba şəhərlərində, Göyçay qəzasında, Qarabağda, Muğanda, Zəngəzurda, Naxçıvanda kütləvi qırğınlar, talanlar həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidlərini dağıdıblar.
1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetiriblər.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri dünyaya çatdırmaq məqsədilə Təhsil Nazirliyi müxtəlif ali təhsil müəssisələrində təhsil alan xarici tələbələri Şamaxıya aparıb. 



 Məlumata görə, “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi”ndə Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən 30 əcnəbi tələbəyə ermənilərin Şamaxıda törətdikləri vəhşiliklərdən danışılıb. 



Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə erməni hərbi dəstəsinin rəhbəri Lalayanın (Lalayev) dinc əhaliyə hücumu, onları vəhşicəsinə qətlə yetirməsi barədə məlumat verilib. 



Lalayanın yaşamaq üçün seçdiyi yer təsadüfi deyildi. Ən hündür yerdən Şamaxıqəzası, insanların ermənilərdən qaçaraq gizlənildiyi Cümə məscidi rahatlıqla görsənirdi. Bildirilib ki, həmin evdən atılan top atəşləri ilə Cümə məscidi yandırılıb. 



Daha sonra səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər. Tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, 1918-ci il martın sonuncu günü məsciddə ermənilərin yanğın törətməsi nəticəsində təqribən 1700-dən artıq günahsız insan həlak olub, məscidi isə top atəşinə tutularaq yandırıblar.



"Məscidin axundu Molla Cəfərqulu 80 yaşında idi. İslam dinində ən müqədds yer məsciddir. Hətta insanın ən böyük cinayəti olanda belə məscidə daxil olubsa, ona dəymək olmaz. Yaşlı, qoca adamlara elə gəlirdi ki, məscidin həyətinə daxil olsalar onlara dəyməyəcəklər. Təəssüflər olsun ki, 100 illər boyu Şamaxıda Azərbaycanın çörəyini yeyən ermənilər bu xalqa rəhm etmədilər. Daşnak Lalayevin əmri ilə erməni gəncləri məscidin içinə daxil oldular. Ən dəhşətlisi budur ki, mollanın saqqalını, dişini və gözünün çıxarmağa görə erməni gəncləri arasında mübahisə başlayıb ".



A. İskəndərovun sözlərinə görə, mart ayında başlayan soyqırım iyulun 20-ə qədər davam edib. Daha sonra Qafqaz İslam Ordusunun köməkliyi ilə Azərbaycan xalqı soyqırımdan qurtulub. Ordu komandirlərindən birinin yazdığına görə, Şamaxıiyulun 20-də azad edilib.
"Bütün məscidlər yandırılmışdı. Şamaxı Cümə məscidi yanmış insan sümüyü ilə dolmuşdu. Əraziyə girmək mümkün deyildi".

Soyqırım zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər ƏliyevFondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.



Səfər zamanı daha sonra Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda “Novruz mühazirəsi” keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb, belə bir tədbirin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Asif Ağayev çıxışında Prezident İlham Əliyevin 1918-ci il soyqırımının 100 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamı xatırladıb: 

“Bu gün 20-ci əsrdə yazılan tariximizin qan yaddaşına nəzər salırıq. 1813-cü ildən başlayaraq 1992-ci ilə qədər erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar bizim yaddaşımızda daim yaşayacaq. Ermənilər həmişə fürsət güdüb ki, Azərbaycan dövlətçiliyi zəifləsin və bundan sonra onlar xalqımıza qarşı hücuma keçsinlər. Ermənilərin Azərbaycan xalqının torpaqları üzərində iddia qaldırmaq prosesi bu gün də davam edir. Bu tarix bizim gözümüzün qarşısında olan hadisələrdir. Azərbaycanın başına çox hadisələr gəlib. Ancaq xalqımız bu dəhşətlərin qarşısında qürurla dayanıb və dayanır. Bunun nəticəsidir ki, İlham Əliyev 1918-ci il soyqırımlarının 100 yaşını qeyd etmək üçün xüsusi sərəncam imzalayıb”. 



Təhsil nazirinin müavini Firudin Qurbanov isə əcnəbi vətəndaşlara Azərbaycan tarixinin dəyərlərinə göstərdikləri hörmətə görə minnətdarlığını bildirib: “Burada 30 ölkənin vətəndaşı iştirak edir. Onlara təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib, könüllü şəkildə bizə qoşulublar. “Novruz mühazirələri”ni məhz Azərbaycanın soyqırım yaddaşına həsr etməyimizin səbəbi prezidentimizin 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı imzaladığı sərəncamdır. Baxmayaraq ki, o tarixdən 100 il keçib, ancaq xalqımız bunu heç vaxt yaddan çıxarmır. Həmin hadisələrdə 5 ay ərzində 50000-dən çox azərbaycanlı qətlə yetirilib. Ermənilər daim bizdən istifadə ediblər. Onlar xüsusi qəsbkarlıqla bizim dinc əhalimizi qətlə yetiriblər. Bu, təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bəşəriyyətə qarşı cinayətdir. Təbiət elə yaradılıb ki, övlad valideynini seçə bilmir, qonşusunu da həmçinin. İndi nə edək ki, bizim qonşularımız belədir. Azərbaycan xalqı öz qonşularına qarşı hər zaman yaxşı olub. Ancaq xalqımız daim ermənilərin mənfur niyyətlərindən əziyyət çəkib.Şamaxının ən gözəl yerlərində ermənilər yaşayıb. Buna xalqımız şərait yaradıb. Biz onların dininə, peşələrinə hörmətlə yanaşmışıq. Ancaq onlar yaxşı niyyətimizin qarşılığında “Cümə məscidi”ni, Bakıdakı tarixi məscidlərimizi yandırıb. Bu gün bizim 20 faiz torpağımız işğal altındadır. 1 milyona yaxın əhalimiz qaçqındır. 40000-dən çox əlyazma kitablarımız yandırılıb. Mənfur düşmənlər bizə Qarabağda 320 milyard dollar maddi ziyan vurub. Lakin millətimiz bu ziyanların, faciələrin qarşısında dizini bükməyib. 2016-cı ildə baş verən “Aprel döyüşləri” bunun bariz nümunəsidir". 



Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov mühazirə ilə çıxış edib. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzədə erməni millətçilərin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi qeyd olunub, əsrin əvvəlində baş verən soyqırımın əsrin sonunda bir daha təkrar olduğu diqqətə çatdırılıb. Həmçinin tarix boyu xalqımıza qarşı törədilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən danışılıb.

Səfərin sonunda xarici tələbələrin soyqırım haqqında nələr öyrəndiklərini və təssüratlarını almağa çalışdıq.



Zimbabve vətəndaşı, Xəzər Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Samanta Tendai Şereni erməni işğalı ilə bağl faydalı məlumatlar əldə etdiyini deyib. O, əvvəllər Azərbaycanda baş verən hadisələrdən xəbərsiz olduğunu dilə gətirib.
“Əfsuslar olsun, elə tarixi həqiqətlər var ki, onlar azərbaycanlılar tərəfindən yazılmayıb. Yazılsaydı, Azərbaycanda baş vermiş o hadisələri daha gerçək, daha yaxından, təfərrüatlı şəkildə öyrənmək imkanı əldə edə bilərdik”.



Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Pakistan vətəndaşı Hüseyn Sabir Azərbaycan haqqında öz ölkəsində olarkən məlumatlı olub. O, bunu Pakistan-Azərbaycan dostluğu ilə əlaqələndirib: “Ermənilər azərbaycanlılara qarşı çox zülm ediblər və onlara qarşı soyqırım törədiblər”.

Özbəkistan vətəndaşı, Qərbi Kaspi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 1-ci kurs tələbəsi Xamro-Begzod Nasirov erməni vəhşilikləri barədə atasının kitablarından oxuyub. Mart soyqırımı haqqında burada məlumat alsa da,Xocalı soyqırımı ilə bağlı faktlarla tanış olduğunu qeyd edib.
“Burada aldığım məlumatlar nəticəsində bildim ki, vaxtilə Azərbaycan, Ermənistan və Rusiyadan olan insanlar Şamaxıda birlikdə yaşayıblar. Lakin Ermənistan öz işğalçı hisslərinə məğlub olaraq 1918-ci ildə özlərinin məskunlaşdığı yerlərdə qırğınlar törədiblər. Daha öncə bu faciələr haqqında məlumatım az idi. Ancaq bu seminara gəlməzdən qabaq Azərbaycan tarixi kitablarından araşdırdım. Mənə ən çox təsir edən Şamaxı soyqırımına səbəb olan Stepan Lalayanın öz məhəlləsində müsəlmanları qətlə yetirməsi oldu. Ümumiyyətlə, ermənilərin Azərbaycan qarşı münasibəti sadəcə terrorizmdir. Atam tarix elmləri doktoru və yazıçıdır. İllərlə Azərbaycanda işləyib. O, Özbəkistanda Xocalı soyqırımı ilə bağlı sənədli film çəkib. Həmin film Azərbaycanın Özbəkistanda yerləşən İncəsənət Mərkəzində, həmçinin Azərbaycanın Özbəkistandakı səfirliyində təqdim edilib”.



Yunanıstan vətəndaşı, Azərbaycan Dövlət Neft Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin tələbəsi Elina Mourantova da ermənilərin törətdiyi qətliamlar barəsində məlumat əldə edib.
Şamaxıda daha dəhşətli faktlardan xəbər tutmuş olduq. Həqiqətən də bu dəhşətlidir. Daha öncə bu barədə məlumatlı deyildim".



Çin Xalq Respublikasının vətəndaşı, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Yuosha Liu: “İlk dəfədir, belə hallarla qarşılaşıram. Soyqırımla bağlı məlumatlar aldım. Çox təəssüf edirəm ki, ermənilər Azərbaycana qarşı belə dəhşətli əməllər törədib. Bakı Dövlət Universitetində keçirilən mühazirələrdə mart soyqırımı, eləcə də Xocalı haqda məlumatlar almışdıq. Mənə ən çox təsir edən 3 aylıq, 4 yaşlı körpələrin qətlə yetirilməsi oldu”.























Aytən Zəhra (azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam