Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Səhərlər ac qarına bir qaşıq için -MÖCÜZƏVİ YAĞ

Səhərlər ac qarına bir qaşıq için -

 

Səhərlər ac qarına 1 qaşıq zeytun yağı içmək sağlamlığa müsbət təsir göstərir

Yenixeber.org: Zeytun yağı yoğun bağırsaqdakı hüceyrələri qoruyaraq xərçəngin qarşısını alır. Həmçinin qəbizliyi aradan götürür. Ac qarına zeytun yağı içməyin faydalarını sadalayaq.

Saça və dəriyə qulluq edə bilərsiniz
 
Zeytun yağı dırnaqları və saçları yumşaldır, qulluq edir, nəmləndirir və sürətli uzanmasını təmin edir. Saç və ya dəri maskası olaraq istifadə edə bilərsiniz, ancaq zeytun yağının ağız yolu ilə istehlakı daha təsirli nəticə verir.
 
Qaraciyəri təmizləyir

Qaraciyərin bütün daxili sistemimizi təmizləmək kimi həyati bir vəzifəsi var. Ancaq bəzən qaraciyər də təmizlənməyə ehtiyac duyur. Qaraciyər detoksunu zeytun yağı ilə edə bilərsiniz. 2 yemək qaşığı zeytun yağını 1/3 limon suyu ilə qarışdırıb içərək qaraciyərinizi təmizləyin.
 
Arıqladır
 
Zeytun yağının tərkibində bol miqdarda yağ turşusu var. Yağ turşuları toxluq hissi verən faydalı yağlardır. Sağlıqlı şəkildə arıqlamaq istəyirsinizsə, mətbəxinizdəki yağları zeytun yağı ilə dəyişdirərək başlaya bilərsiniz.
 
İmmunitet sistemini gücləndirir
 
Zeytun yağının tərkibindəki yağ turşuları immunitet sistemini tənzimləyir və dəstəkləyir. Hətta otoimmun xəstəliklərin müalicəsində belə təsirlidir.
 
Ürəyi qoruyur
 
Bədənimizdəki xoş xassəli xolesterolu yüksəltməyin ən təsirli yolu taxıl, tərəvəz, zeytun yağından ibarət pəhriz menyusudur.
 
Qan şəkəri səviyyəsini tənzimləyir
 
Zeytun yağı xolesterolu və qandakı qlükoza səviyyəsini xeyli azaldır. Həm diabet xəstələri, həm də ürək və damar sağlamlığı üçün çox faydalıdır.
 
Beyni qoruyur
 
Zeytun yağı beyindəki sərbəst radikallarla savaşır və oksigen səviyyəsini qorumağa kömək edir. Alzheimer xəstəliyinin qarşısını almaqla yanaşı, hafizəni gücləndirir və depressiya riskini azaldır.
 
Döşləri böyüdür
 
Döşlərin daha böyük və sallaq olmamasını istəyirsinizsə, zeytun yağı tam ehtiyacınız olan şeydir. Sinənizi zeytun yağı ilə 10-15 dəqiqə dairəvi hərəkətlərlə masaj etsəniz, qan dövranı sürətlənəcək və 30 gün içində elastikliyi artacaq. Bu da daha böyük və dik sinə anlamına gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam