Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Aprelin oktyabrdan fərqi:Müxalifət seçkidən niyə qorxur?

 

Aprelin oktyabrdan fərqi: Müxalifət seçkidən niyə qorxur?

Yenixeber.org: Seçki bilavasitə siyasi partiyaların özünü təsdiqləməsi, liderlərin nüfuzunu artırması üçün bir şansdır. Əgər partiya, siyasi təşkilat öz gücünə, üzvlərinin dəstəyinə güvənirsə, onun üçün seçkinin hansı ayda keçirilməsinin heç bir önəmi olmamalıdır. Bu, oktyabr ayı da ola bilər, aprel də.

Real siyasi mübarizədə kim daha güclüdür, kimin daha çox tərəfdarı var, o, qalib gəlir.

Sosial şəbəkələrdə “qəhrəmanlıq” eyforiyasına qapılan bizim müxalifət partiyalarında proses əksinə cərəyan edir. Onlar sağlam mübarizə aparmaqdan qorxur, müxtəlif bəhanələrlə seçkidən qaçmağa və rəqibə qara yaxmağa çalışırlar. Növbədənkənar seçkilərin elan edilməsindən sonra müxalif cəbhənin əsl siması bir daha özünü göstərməyə başladı.

Narazılar iddia edirlər ki, seçkinin 6 ay qabağa çəkilməsi onların şanslarını azaldır, bu səbəbdən “boykot” varaintına əl atırlar. Bu, qeyri-ciddi, həm də qorxaqcasına irəli sürülən iddiadır. Diqqət yetirək ki, 2013-ci il seçkilərindən artıq 5 il keçir. 5 ildə növbəti seçkiyə hazırlaşa bilməyən partiyalar 6 ayda hansı uğurlu nəticəni göstərə bilər ki?! Tutaq ki, seçki apreldə yox, oktyabrda keçirilsəydi nə dəyişəcəkdi? Heç nə. 

Gücsüz, xalqın etimadını doğrulda bilməyən müxalifətin seçkidən qalib çıxma şansı onsuz da sıfıra bərabərdir. Necə ki, bundan əvvəl keçirilən okytabr seçkilərində radikal müxalifət dəfələrlə məğlubiyyətə düçar olmuşdu…

Oktaybr ayı: 5 prezident seçkisi və 5 məğlubiyyət

Oktaybr ayını müxalifətin məğlubiyyət ayı hesab etmək olar. Ölkədə keçirilən bütün prezident seçkiləri bu ayda başa tutub və hamısında radikal müxalifət YAP iqtidarına uduzub. 

1993-cu ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərini o vaxt müxalifətdə olan Yeni Azərbaycan Partiyası qələbə ilə başa vurub. Ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə qalib gələrək, YAP-ı iqtidar partiyası edib.

Sonra nə baş verdi?

1 oktyabr 1998-ci ildə keçirilən seçkidə ulu öndər Heydər Əliyev səslərin 77.6 faizini toplayaraq yenidən qələbə qazanıb. Həmin seçkidən sonra müxalifətin süqut dövrü başlayıb. 

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkiləri də YAP-ın qələbəsi ilə tarixə düşüb. Partiyanın lideri İlham Əliyev seçicilərin 76.8 faiz səsini toplayaraq ölkəyə rəhbərlik etmək hüququ qazanıb. 

15 oktyabr 2008-ci il seçkiləri hakim partiyanın böyük üstünlüyü ilə yekunlaşıb. YAP sədri İlham Əliyev seçicilərin 87.34 faiz səsini toplayaraq ikinci müddətə prezident seçilib. Bu, müxalifətin ilk və sonuncu məğlubiyyəti deyildi...

2013-cü il oktyabrın 9-da baş tutan prezident seçkilərində yenə iqtidar partiyası - YAP qalib gəlib. Partiya sədri İlham Əliyev 84.54 faiz seçicinin səsini toplayaraq növbəti dəfə prezident seçilib və müxalifətin “birləşmiş birliyi” 5-ci seçkidə iqtidara uduzub. 

Bax, budur müxalifət üçün oktyabrın apreldən fərqi. Göründüyü ki, Azərbaycanda keçirilən son 5 prezident seçkisinin hamısı oktyabr ayında keçirilib. Bu seçkilərin heç birində müxalifət ciddi rəqib qismində çıxış edə bilməyib, uduzub. Səbəb çox sadədir - xalq perspektivi olmayan, yenilikçilikdən uzaq düşən müxalifətdən birmənalı şəkildə imtina edib. (azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam