Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Uşağınızı qış xəstəliklərindən qorumanın yolları

 

 

Adətən tənəffüs yolu infeksiyasına səbəb olan virus və bakteriya mənşəli infeksiyalar qış aylarında artım göstərir. Soyuq və yağışlı havalarda açıq hava əvəzinə qapalı mühitlərdə keçirilən zaman artır, bu da tənəffüs yolu ilə yoluxan infeksiyaların çoxalmasına səbəb olur

 

 

Yenixeber.org: Xəstəliklərdən qorunaraq bədən müqavimətini artırmaq üçün şəxsi gigiyena, yaxşı qidalanma və idman etmək mühüm amillərdəndir.
Qrip bu virusların ən başında gəlir. O özünü boğaz ağrısı, burun axıntısı, gözlərdə yanma və öskürək ilə büruzə verir. Xüsusilə uşaqlarda qarın ağrısı və ishal ilə birlikdə başlayır. Müalicəsi soyuqdəymə kimi antibiotik vermədən, dincələrək olunmalıdır. Boğaz iltihabı digər bir yayılmış xəstəliklərdən biridir. Faringit deyilən ağız ilə nəfəs borusu arasında bölgənin iltihabıdır, adətən viruslar amildir. Boğazda ağrı-yanma, udma çətinliyi, öskürək və qızdırma kimi əlamətlər ilə başlayır, boyundakı limfa vəzilərində şişmə olur. Adətən viruslar səbəbindən yarandığı üçün semptomatik müalicə kifayət olur, həddindən artıq isti və ya soyuq yeməklərdən uzaq dayanmaq lazımdır.
Bronxit də ən çox rastlanan problemlər sırasındadır. Bronxlar adi verilən hava yollarının iltihablanmasıdır. Müalicə edilməzsə, pnevmoniya inkişaf edə bilər. Adətən virus amillərlə formalaşır. Üst tənəffüs yolu infeksiyalarından sonra ortaya çıxa bilər. Zökəm, öskürək, yüngül qızdırma ilə davam edir. Həkim tərəfindən diaqnoz qoyulub müalicə edilməsi lazımdır. Siqaret dumanı şikayətləri və təkrarlama riskini artırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam