Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qara çörəyin faydaları -Bağırsaqları sağaldır...

Qara çörəyin faydaları -

 

Çörək qidamızın əsas hissəsini təşkil edir. Həkimlər sağlam qida kimi ağ çörəyi qara çörəklə əvəz etməyi məsləhət görürlər

 

Yenixeber.org: Qara çörəyin tərkibi mineral və vitaminlərlə zəngindir. Bundan əlavə, qara undan bişirilmiş çörək tədricən həzm olunduğundan, qanda şəkərin səviyyəsini sürətlə qaldırmır. Elə bu səbəbdən, qara çörək yedikdə uzun müddət aclıq hiss olunmur.

Qara çörəyin tərkibindəki sellüloza bağırsaqları yemək qalıqlarından təmizəyir, peristaltikanı gücləndirir və artıq suyu canına çəkir.

Qara çörəyin ən böyük faydası bağırsaqların işini asanlaşdırmasıdır. O, xüsusi ilə qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür. Bundan əlavə, qara çörək insulinin miqdarını artırır, diabetin və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Qara çörək toksinləri orqanizmdən çıxarır. Onun tərkibi dəmirlə zəngin olduğundan hemoqlobini aşağı olan insanlara məsləhət görülür.

Həkimlərin bildirdiyinə görə, qara çörək onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.

Dietoloqlar piylənmədən əziyyət çəkənlərə qara çörək yeməyi məsləhət görürlər. O, aşağı kalorili olması ilə seçilir, xolesterinin miqdarını aşağı salır, bədəndəki yağları yandırır.

Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, qara çörəyin zərərləri də var. Belə ki, xoralı xroniki qastrit, xroniki duodenal xoralar, həmçinin ciyər və bağırsaq xəstəlikləriindən əziyyət çəkənlər qara çörək yeməməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam