Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Jurnalistlərə kartof hədiyyə edən prezident -Lukaşenkonun ən böyük sirri

DOSYE: Aleksandr Lukaşenko.

DOĞUM TARİXİ: 30 avqust 1954.

BOYU 182, yaxud 185 sm.

ÇƏKİSİ: 78 kq.

***

Yenixeber.org: Ancaq mən, sizin yerinizə olsam bu göstəricələrə qətiyyən inanmazdım. Belarus prezidentinin boyu, çəkisi, həqiqi doğum tarixi düzünü desək məxfi informasiyadır. Məlumatlar, yaşıl meşin üzlüklü bir qovluqa yığılıb “Dövlət sirri!” qrifi altında qorunur. Misal üçün, Aleksandr Lukaşenko həvəskar xokkey forvardıdır. Vaxtaşırı Vladimir Putin, Sergey Şoyqu ilə birgə müxtəlif xokkey meydançalarında görüşür. Qanuna görə, oyunçuların fiziki göstərici mütləq... bir də deyirəm mütləq idman büllütenlərində, bukletlərində məcburi çap edilməlidir. Ancaq bu vacib tələblər deyəsən Aleksandr Lukaşenkoya aid deyil. Naməlum qara bir əl, prezidentin bütün fiziki göstəricilərini adətən həmin sənədlərdən pozur. Yaxud boş buraxır bu sətirləri. İnanmırsız? İnternetə girib 2013-cü ildə Soçidə keçirilən xokkey yarışlarını izləyin. İştirakçıların siyahısına baxın. Aleksandr Lukaşenkonun adı qarşısında əlavə bir başqa məlumata orda rastlamayacaqsız.

Lakin ən böyük sirri-xuda Lukaşenkonun boyu, çəkisi barədə deyil... Lukaşenkonun ən böyük sirri həqiqi doğum tarixi ilə əlaqədardır.

 

***

ULDUZ BÜRCÜ: Hakimiyyət kürsüsünə gedən uzun yolda bir neçə vacib məqam var-gərək bir gün mütləq... bəli, mütləq öz ulduz falını dəyişəsən. Münəccimlərə müraciət edəsən ki, sənə yeni, daha uğurlu ulduz falı hazırlasınlar. Kiçik misal - əvvəllər Timurçin kimi tanınan sıravi bir monqol sərkərdəsi oxşar ayinlərdən keçərək dönüb olur qaniçən Çingiz xan. Sonra bu yeni adını, yeni ulduz falını tam doğruldaraq çevrilir bir saylı dünya cahangirinə. Ulduz falını dəyişmiş bir başqa tarixi şəxsiyyət bilirsizmi kimdi? İosif Stalin. Sonradan bu ənənəni Mixail Saakaşvili, son Fransa prezidenti Emmanuil Makron gizlincə uğurla təkrarlayıb.

Mümkündürmü bu? Əlbəttə. Astrologiyada, nücum elmində bu çox çətin məxfi ayin iki mərhələdə həyata keçirilir. “REKTİFİKASİYA”, “RELOKASİYA” adlı bu çətin ayinlərin bir-iki çox mühüm şərti var. Əvvəla, müştərinin bütün bioqrafiyası kiçik detallarına qədər gərək münəccimə bəlli olsun. İkincisi, bu ayinləri ancaq və ancaq çox etibarlı, sırf peşəkar astroloq həyata keçirə bilər. Qədim vaxtlar bunu qara şamanlar, dərvişlər həyata keçirirdi, indiki zamanda Pavel Qloba kimi təcrübəli, necə deyərlər, “qulağı tüklü” astroloqlar.

Lukaşenkonun bioqrafiyasında doğum günü 30 avqust tarixi göstərilirdi həmişə. İndi isə bu tarix korrektə edilib. Köçürülüb bir gün sonraya-avqustun 31-nə. Niyə? Necə yəni niyə? Demək, Pavel Qloba kimi tanınmış bir astroloq Belarus “Batka”sına təzə ulduz falı hazırlayaraq onu mümkün bəlalardan qorumaq istəyib.

FOBİYASI: “0” rəqəmi.

Mövzu ətrafındakı dedi-qoduları prezident şəxsən özü 2009-cu ildə bax bu cür cavablandırıb: “Sonbeşiyim-sevimli balam Nikolay mənlə eyni gündə-31 avqustda dünyaya göz açıb. Əvvəlki pasport göstəricilərimdə doğum tarixim səhv olaraq 30 avqust göstərilirdi. Nikolaydan sonra qərara gəldim bioqrafiyamdakı bu kiçicik səhvimi düzəldim”.

batka2.jpg (173 KB)

Ancaq mən o qədər sadəlövh deyiləm Lukaşenkonun dediyi hər sözə inanım. Ulduz falındakı “0” rəqəmini, xüsusən qoşa “0”-ı görəndə münəccimlərin adətən ağzı əyilir. İsrar edirlər bəs guya təcili bu rəqəmləri dəyişmək lazımdı.

Pavel Qlobanın hələ 1998-cu ildə yazdığı bir kitabda görün Lukaşenko barədə nə deyilir : “86  il yaşayacaq. İkinci Fidel Kastro kimi öz ölkəsini düz 46 il idarə edəcək. Minskin tən ortasında özünə mavzoley tikdirəcək, görərsiz. Bədəni mumiyalaşdırılıb şüşə altından xalqa göstəriləcək”.

LUKAŞENKONUN “SAŞA” DÖVRÜ: Sözü verək burda Lukaşenkonun özünə: “Demək olar atasız böyümüşəm. Çətin uşaqdım. Milisdə qeydiyyatdaydım. Məni nəzarətdə saxlayan milis kapitanı qadın idi. Adını yadımdan çıxarsam da, gözlərindəki kin-küdurəti heç vaxt yaddan çıxaran deyiləm”.

Bioqrafiyanın ardını qoy indi arvadı Qalina Radionovna danışsın: “Saşa məndən bir sinif yuxarıda təhsil alırdı. Çox cazibədardı. Məktəb iclaslarında həmişə ön sırada əyləşərdi. Bilmirəm o mənə vuruldu, yoxsamı evimizdəki zəngin kitabxanaya. Aramızdakı dörd kilometr uzaq məsafəni həmişə birnəfəsə dəf edərdi o. Əvvəl bərk tövşəyərdi, yadımdadı. Sinəsi sakitləşincə başlardı şirin söhbətlərə. Axırda qoltuğunda kitab sakitcə məndən aralanardı. Xeyli baxardım ardınca-tanış silueti uzaq üfüqlərdə itənəcən ”.

Çox da aldanmayın bu cür romantik səhnələrə. Xudmani, səs-küysüz kiçik toy məclisindən sonra şərtlər dəyişir: “Ailəmizin ilki Vitya daim yoluxucu xəstəliklərə mübtəlaydı. Rahatlığımızı itirdik. Həkim dedi bəs uşaq taxta evdə yaşamasa dirçəlməyəcək. Qəsəbəmizi buraxıb köçdük kəndə. Deyirdik biz heç, təki Vitya sağalsın. İkimiz də özümüzü tam unutduq bir ara. Nəhayət Saşa qərara gəldi Vityanı şəxsən özü müalicə etsin. Möcüzə idi bu, yaxud ilahi müdaxilə? Bilmirəm. Körpə Vityanı bəli, həkimlər deyil, atası labüd ölümdən qurtardı o vaxt.”

ÖZÜNƏİNAM: Körpə Vityasını Əzrayılın iti caynaqlarından qapıb qurtaran Lukaşenko özünə, öz istedadına həyatında ilk dəfə məhz bu zaman inanır. Qərara gəlir bəxtini başqa sahələrdə də sınasın. Girişir siyasətə. Yenidənqurma zamanı lap fəallaşır.

Arvadı Qalina Radionovna isə necə sakit, aza qane qadın idi, elə də o cür qalıb bu vaxtacan.  İndi də paytaxt Minskdə, ərinin yanında deyil, əyalət qəsəbəsi Şklovda tək-tənha həyat sürür. Ətrafındakılar, öz şikayət ərizələrini həmişə qoltuqlarına vurub bu həyalı qadına ötürərlər. Gözündə eynək, Qalina Radionovna gecələr yatmır. Ərizələri əvvəlcə özü oxuyur.

Paytaxt Minska da o özü gedib-gəlir. Xidməti avtomobillərə tərəf gözünün ucu ilə belə baxmır. Minskdə bu qadını kimsə tanımır. Bu da, çox xoşdur Qalina Radionovnaya.

Image result for Lukaşenko

Belorusların çoxu oxşar xasiyyətdədirlər. Aza qane olub şan-şöhrəti sevməzlər. Fərdiyyətçi deyillər. Sosializmə, leninizmə indiyədək sadiqdirlər. Özəlləşmə kabusu burdan yan ötüb - Belarusda əksər kolxoz-sovxozlar bizdəki kimi dağılmayıb. Zavod-fabriklərin əsas səhmləri, bir boynuyoğunun cibində deyil. Əmək kollektivlərinin ixtiyarındadır.     

Bu xalq sosializmini Belarusda indiyədək saxlayan, çiçəkləndirən şəxs isə bircə nəfərdi - ölkə başçısı Aleksandr Lukaşenko.

KİÇİK DEYTAL: Belorusda sanki bütün sahibsiz itlər, Lukaşenko ailəsinin Rıjkoviçdəki bağ evini tanıyır. Qapısına yığılırlar. Qalina Radionovna həm bu itləri yemləyir vaxtlı-vaxtında. Həm, şikayətçilərin qalın ərizələrini öz poçt qutusundan çıxarır.

***

1 SAYLI OYUNÇU: Xokkey qanunlarına görə belinə 1 rəqəmi yazılmış oyunçu ancaq və ancaq qapıçı ola bilər. Ancaq bu sərt yasa, xokkey forvardı Lukaşenkoya aid deyil. İdman köynəyinə 1 rəqəmini döydürmüş Lukaşenko, hərdən, çox nadir hallarda 99 rəqəmi altında da idman meydançalarına atılır. Qısası, Lukaşenkonun numerologiyaya aludəçiliyi çoxdur. Ən qorxduğu rəqəm isə yuxarıda dediyimiz kimi məhz sıfır rəqəmi, sıfırdır.

SİYASƏTDƏ: Körpə Vityasını labüd ölümdən qaytaran Lukaşenko qərara gəlir oxşar inadkarlığı başqa sahələrdə, xüsusən siyasətdə təkrarlasın. Yenidənqurma zamanı o bir neçə partiya, hərəkət təsis edir. Qərara gəlir prezident seçkilərində öz namizədliyini irəli sürsün. 1994-cü ilin 16 iyun tarixində isə Lukaşenkoya qarşı ilk sui-qəsd həyata keçirilir. Avtomobil karvanı Vitebsk tərəflərdə atəşə tutulsa da o, geri çəkilmir öz siyasi iddialarından. Axır, 10 iyul 1994-cü ildə ölkə prezidenti kürsüsündə əyləşir. O vaxtdan bəri Belarus beş-altı prezident seçkisi keçirib. Hər dəfə də böyük səs çoxluğu ilə bu seçkiləri bircə nəfər qazanıb-Aleksandr Lukaşenko.

SİYASİ İTKİNLƏR: Sovet dövrü postsovet məkanında yalnız bircə ünvanda-Belarusda hələ də davam edir. Ana yasaya görə mənzil təminatı burda hələ də dövlətin ixtiyarındadır. Siyasi analitiklərin çoxu, “Lukaşenkonun siyasi uğurunu” məhz bununla izah edərlər indi. Səslərini alçaldıb əlavə edərlər: “Təkcə mənzil tikintisi deyil, siyasi repressiyalar da bu ölkədə elə sovet mirasıdır. Lukaşenkonun siyasi rəqibi olmaq çox təhlükəlidir. İtə bilərsən...

Image result for Lukaşenko

1999-cu ildən bəri misal üçün Belarusda xeyli sayda siyasətçi itkin düşüb. Nə dirisi ələ gəlib, nə də ölüsü. Viktor Qonçar, Anatoliy Krasovskiy, Nikolay Zaxarçenko, Dmitriy Zavadskiy, Yuriy Korban... Siyahı, hələ tam qapanmayıb. Hər an qurbanlarının sayını artıra bilər.

Qərb demokratiyaları bu siyahıya cavab olaraq Lukaşenkonu öz “qara siyahı”larına salıblar. Vaxtaşırı Lukaşenkonu öz ərazilərinə buraxmırlar. Gah təsdiq edirlər bu siyahını, gah ləğv edirlər.

Lukaşenko isə bütün bu sanksiyalara qarşı öz soyuqqanlılığını nümayiş etdirir. İdman məşqlərindən qalmır. Həftədə üç dəfə Minskdəkı Mərkəzi İdman Sarayını bağlatdırır o. Ətrafda yeriyən, tərpəşən nə varsa bu vaxt nəzarətə alınır. Sakinlərə icazə verilmir bu vaxt küçəyə çıxsınlar. Damağında siqaret, eyvana çıxıbsansa bu vaxt... demək şir ürəyi yeyibsən. Özün də bilmədən həyatını təhlükə altına atıbsan.

Image result for Lukaşenko

Növbəti belə oyunlardan biri qəfil Lukaşenko komandasının məğlubiyyəti ilə yadda qalıb. Rəqib məşqçi ağlayıb o vaxt. Əli titrəyə-titrəyə öz istefa ərizəsini imzalayıb.

ANTİNOBEL LAUREATI: Qərb istebleşmenti Lukaşenkonu dəfələrlə müxtəlif anti-mükafatlara layiq görüb. Müxalifətə əl çalmağı yasaqladığına ona 2013-cü ildə ona Şnobel mükafatı veriblər.

Ancaq biz qoşulmamışıq bu axmaq məzhəkələrə. Ötən il Lukaşenkonu “Heydər Əliyev ordeni”nə layiq görmüşük.   Lukaşenko bu gün Nazarbayevdən sonra bizim xaricdəki, MDB ərazisindəki bir saylı müttəfiqimizdir. Belorusla Azərbaycan arasında güclü silah ticarəti mövcuddur. Ötən həftə müdafiə nazirimiz Minskə gedərək orda Lukaşenko ilə görüşüb. Mətbuat yazır: “Azərbaycan Belarusdan “Polonez” uzunmənzilli reaktiv yaylım atəş sistemi almaq istəyir. Azərbaycanın Belarusda səfərdə olan  müdafiə naziri, general-polkovnik Zakir Həsənov da səfəri zamanı məhz “Polonez”ə baxış keçirib. Bundan əvvəl də Azərbaycanın “Polonez” kompleksinin sifarişçisi olduğu bildirilirdi. “Polonez” in ilk xarici nümayişi də ölkəmizdə olub. Uzunmənzilli reaktiv yaylım atəş sistemi keçən il ölkəmizdə keçirilən “ADEX-2016" sərgisində nümayiş etdirilib. Bundan sonra Belarus tərəfi Azərbaycanla ”Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb. Ermənistanın “İskəndər” raketlərinə biz “Polonez”lə cavab vermək istəyirik”.

Image result for Lukaşenko

***

Çətin günündə biz Lukaşenkoya dəfələrlə kömək etmişik. O da əvəzini əsirgəməyib bizdən. “Lapşin işi”ndə gözləntilərimizi doğruldub. Ən müasir silahlarını cəbbəxanamıza göndərib, qısası. O, hələ bizə çox lazım olacaq, görərsiz.

Öz həyətyanı sahəsində hər il təkbaşına 105 ton kartof istehsal edən bu dövlət xadimi çox saxavətlidir. Belorus jurnalistlərinə o, vaxtaşırı kisə-kisə kartof payı göndərməyi unutmur.

İnşallah bir gün mənin ünvanıma da  bir kisə kartof göndərər o.

HƏMİD HERİSÇİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam