Redaktor seçimi
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
Günün xəbəri

Azərbaycan gömrüyündə milyardlar necə mənimsənilir?

 

"Xeberinfo.com": Azərbaycan Gömrük Sistemində  baş verən özbaşınalıq və korrupsiya halları haqqında dəfələrlə yazılıb. Heç kimə sirr deyil ki, ölkəyə hər hansı məhsulu gətirmək istəyən yerli iş adamların Azərbaycanın gömrük-keçid məntəqələrində soyğunçuluqla üzləşir, onlardan dövlət rüsumundan dəfələrlə artıq məbləğdə rüşvət alınır.

Ən maraqlısı isə rüşvətin alınma mexanizmi və bu mexanizmi həyata keçirən böyük bir qurumun olmasıdır. Söhbət mətbuatda adı «Broker» MMC kimi hallanan, rəsmi sənədlərdə isə adı “Trans Broker” MMC kimi keçən nəhəng şirkətdən gedir. Bu şirkətin işçilərinin sayı Azərbaycan Gömrüyündə çalışanların sayından 2 dəfə çox olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara görə, gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var. 2006-cı ildə yaradılan və o vaxtdan da iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir. 

 HANSI MƏQSƏDLƏ YARADILIB?


Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.

“Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir.

Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. 

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.

Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

“Trans Broker” MMC-nin müxtəlif ərazilərdə xüsusi terminalları da yaradılıb. Məsələn, Bakının girəcəyində yerləşən «Meyvəli Bazar»ın yaxınlığında belə bir terminal yaradıblar və ora daxil olan hər bir yük maşını 680 manat pul ödəməlidir. Pulu alandan sonra nə qəbz verirlər, nə də kassa mədaxil orderi. Yəni, açıq şəkildə dövlət büdcəsinə keçməli olan vəsait mənimsənilir.

Yuxarıda sadaladığmız bir neçə fakt “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovun Dövlət Kömrük Komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli şəxs olduğunu sübut edir. Bu baxımdan, Əbülfəz Məlikovu hakimiyyətin qeyri-rəsmi nazirlərindən biri hesab etmək olar.

HƏM İŞ ADAMLARINI, HƏM DƏ DÖVLƏTİ SOYURLAR


Qeyd etdik ki, “Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər.

Təsadüfi deyil ki, əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın VERGİSİNİ NAĞD ÖDƏMƏLİDİR. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca “hörmət” kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.
İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.
Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.

Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal “Trans Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur: «Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir».

ƏBÜLFƏZ MƏLİKOVU KİMLƏR HİMAYƏ EDİR?



İllər öncə dəmiryolu vağzalında xırda ticarətlə məşğul olan Əbülfəz Məlikov sonradan Kəmaləddin Heydərovla Vergilər Naziri Fazil Məmmədovun siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov 2006-cı ildə yaradılan «Trans Broker» MMC adlı quruma rəhbərlik etməyə başlayıb. 

Niyə məhz 2006-cı il?

Məhz həmin il Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədri vəzifəsindən Fövqəladə Hallar Naziri vəzifəsinə sıçrayış etdi. Onun yerinə fövqəlnazirin komandasından olan  Aydın Əliyev təyin olundu. Lakin Kəmaləddin Heydərov Gömrük sistemini və orda dövr edən qara pulları tam nəzarətində saxlamaq üçün alternativ sistemi yaratdı - "Trans Broker". 

Bu gün artıq "Trans Broker"in rəhbəri Əbülfəz Məlikovun sözü Aydın Əliyevdən daha keçərlidir. Məlikov bu gün Gömrük Komitəsindən daha çox Bakı Baş Gömrük İdarəsi ilə əlbir işləyir. Daha doğrusu, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və onun müavini Elçin Şirinovla. Qeyd edək ki, Elçin Şirinovun adı mətbuatda həm də Fətullah Gülənin "Hizmet" hərakatının Dövlət Gömrük Komitəsindəki (DGK) əsas nümayəndəsi kimi hallanır. Bu şəxslərin öz vəzifələrindən sui-istifadə edib bir çox sahələrdə məhsul idxalını inhisara alaraq özlərinə biznes qurduqları da vurğulanır. Məsələn, Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, həmçinin bir neçə iri biznes sahələri var. Bundan başqa, bu gün ölkədəyə sement idxalı da məhz Bakı Baş Gömrük İdarəsinin rəisinin inhisarında olduğu deyilir. Belə ki, V.Novruzova məxsus olduğu bildirilən «Babək-97» şirkəti hər ay ölkəyə nə az, nə çox, düz 50 min ton sement idxal edi. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu şirkət təşkil edir. Firmanın anbarları və ofisi isə Keşlə Yük Stansiyasının içərisində yerləşir.

YEKUN


Yalnız bir yazıda Azərbaycan gömrüyündə kök salan mafioz sistemi tam çılpaqlığı ilə göstərmək qeyri-mümkündür. Bir tərəfdən məlumatların ciddi-cəhdlə gizli saxlanılması, digər tərəfdən iri media qurumları ilə sıx əlaqələri bu şəbəkənin hələ ki, tam ifşa olunmasını gecikdirir. 


шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?