Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Türkiyəyə satılan S-400 raketləri ilə bağlıMÜƏMMA

Ankara raketlərin hazırlanma texnologiyasını əldə etmək istəyir, Moskvanın isə buna həvəsi yoxdur

Yenixeber.org: Türkiyə NATO-dakı müttəfiqlərini təəccübləndirərək Rusiya ilə S-400 “Triumf” zenit-raket kompleksinin alınması barədə saziş imzaladı. Lakin Ankara sadəcə raketlərin özünün deyil, həm də onların hazırlanma texnologiyasını və bütün taktiki-texniki xüsusiyyətlərinin sirlərinə vaqif olmaq niyyətindədidr.

Xarici işlər naziri Mövlud Çavuşoğlunu “Axşam” qəzetinə verdiyi müsahibədə dedikləri də bunu göstərir.

Mövlud Çavuşoğlu tərəflərin raketlərin birgə istehsalında anlaşmaması halında Türkiyənin S-400 raketlərini almaqdan imtina edəcəyini bildirib.

“Biz bu barədə rəsmi imtina almamışıq. Prezident Vladimir Putin özü Ankaraya rəsmi ziyarətində birgə istehsalla bağlı addımlar atılacağını söyləmişdi. Lakin əgər Rusiya bu məsələyə neqativ yanaşsa, biz başqa ölkə ilə də anlaşa bilərik”, - nazir bildirib.

Картинки по запросу Çavuşoğlu

Buna rəğmən nazir Çavuşoğlu Türkiyənin öz hava məkanını qorumaq üçün bu tip raketlərə ehtiyacı olduğunu gizlətməyib. “Əgər Rusiya əleyhinə olan ölkələr ondan S-400 raketlərini almağımızı istəmirlərsə, bizə öz variantlarını təklif etsinlər”,- deyə o qeyd edib.

Rusiya rəsmiləri Çavuşoğlunun bu müsahibəsinə tələsik reaksiya verməyiblər. “Kommersant”ın yazdığına görə, prezidentin mətbuat katibi Dmitri Peskov imzalanan müqavilə və bununla bağlı aparılan danışıqların hələ ekspert səviyyəsində getdiyini deməklə kifayətlənib.

Qeyd olunur ki, Rusiya və Türkiyə arasında 4 divizion S-400 raketlərinin verilməsi ilə bağlı sentyabr ayında bağlanan anlaşma ümumi dəyəri 2 milyard ABŞ dolları dəyərindədir. Rusiya mətbuatı müzakirələrin olduqca qısaldılmış müddətdə getdiyini və sırf iki prezident arasında şəxsi söhbət zamanı razılığın əldə olunduğunu yazır.

Картинки по запросу Erdoğan Putin

Lakin Türkiyə hərbçiləri yalnız hazır sistemləri deyil, həm də “Triumf”ların öz ölkələrndə yığılmasını arzu edirlər. “Kommersant” Türkiyə tərəfinin böyük müqavimətinə rəğmən Rusiyanın sazişin texnologiyaların transfertinin həyata keçirmədən bağlanmasına nail olduğunu qeyd edir.

“Burada söhbət ciddi texnologiyalardan gedir. Bu cür texnikanı elə-belə götürüb başqa ölkənin ərazisində istehsal etmək olmaz. Bunun üçün ayrıca texnoloji məktəb və yüksək ixtisaslı kadrlar olmalıdır”, - raketlərin istehsal olunduğu “Rostex” şirkətinin direktoru Sergey Çemezov bildirib.

“Rosoboroneksport” və Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət Çavuşoğulunun bəyanartına rəsmi şəkildə rekasiya verməkdən imtina ediblər.

Lakin adı çəkilən qurumlardan bir sıra mənbələrin Rusiya mətbuatına verdiyi müsahibələrdə türkiyəli nazirin bəyanatını daha çox siyasi oyunun tərkib hissəsi kimi qəbul edənlər var.

Картинки по запросу Sergey Chemezov S 400

Sergey Çemezov

“Biz artıq sazişi imzalamışıq, tərəflərin hüquq və öhdəliklərini göstərən müddəalar dəqiqliklə göstərilib. Ona görə sazişin imzalanmasından elə-belə imtina etmək çətin olacaq”, - həmin qaynaqlardan biri “Kommersant”a bildirib.

Mənbənin sözlərinə görə, Çavuşoğlu Səudiyyə Ərəbistanının yürütdüyü siyasətin eynisini həyata keçirmək istəyib. Səudiyyəlilər Rusiya ilə S-400 raketlərinin alınması ilə danışıqlar apardığı bir vaxtda ABŞ Dövlət Departamenti Pentaqonun Ər-Riyadla 15 milyard dollar dəyərində imzaladığı THAAD raketlərinin satılmasını dərhal təsdiq edib.

Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin isə Türkiyədən hətta “Triumf” raketlərin alınması ilə bağlı 100 milyon dollarlıq avans aldıqlarını da söyləyib.

Картинки по запросу S 400 radiolokasiya

Türkiyənin “Triumf”ların istehsal və işlənmə texnologiyasını əldə etmək istəyi Rusiyanın hərbi-sənaye strukturlarından və xüsusi xidmət orqanlarında ciddi müqavimətə rast gəlib. Onlar ümumiyyətlə Rusiya hərbi sənayesini yüksək nailiyyəti sayılan bu cür silahların NATO üzvü olan bir ölkəyə satılmasının əleyhinədirlər. Hərbi ekspert Aleskey Leonkovun sözlərinə görə, xarici ölkələrin hərbi-kəşfiyyat strukturlarını “Triumf”ların radiolokasiya sistemləri maraqlandırır. Bu sistemlərin dünya miqyasında analoqu olmadığı bilinir.

Bu səbəbdən ruslar Ankara ilə bəhs edilən problem ətrafına məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayrlar. “Əgər Türkiyə tərəfi sistemlərin lokalizasiyasını (yerliləşdirlməsini) istəyirlərsə, bunu yalnız 15% çərçivəsində ala bilərlər. Bundan daha çoxunu verməyə hazır deyilik”,- danışqlarda iştirak edən rus rəsmilərindən biri “Kommersant”a bəyan edib.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam