Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rusiya satışa çıxartdı:Bakı “İsgəndər” ala bilərmi? – Polkovnik

 

Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir.

Yenixeber.org:Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın “İsgəndər” raket komplekslərinin ixracına başlamasını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

“Hazırda Azərbaycan Silahlı Qüvvələri lazımı texnika və döyüş sursatı ilə tam təmin olunub və bu proses davam etdirilir. Əgər Azərbaycan “İsgəndər”lərin alınmasında maraqlı olsa və ən əsası buna ehtiyac duysa, onda Rusiyadan bu raket komplekslərini və başqa növ yeni silahları alacaq. Rusiya “İsgəndər”lərin satışını elan etsə də, bunlar prinsip cəhətdən köhnə variantlardır. Çünki artıq “İsgəndər”lərin bir neçə modifikasiyası istehsal olunub. Rusiyanın “İsgəndər”lərin tədarükünə başlaması bu ölkənin silah bazarını genişləndirmək istəməsiylə bağlıdır. Rusiyanın rəsmi olaraq Ermənistana İsgəndər-M-ləri verməsi məsələsi hələ də sual altındadır. Azərbaycan buna qarşı öz ehtiyat tədbirlərini çoxdan görüb və “İsgəndər”lərə qarşı hava hücumundan müdafiə sistemlərini müasirləşdirib. Ona görə də prinsip etibarilə heç bir narahatlığımız yoxdur”, - polkovnik bildirib.

 

Qeyd edək ki, Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti “İsgəndər” raketlərinin bir sıra xarici tərəfdaşlarına tədarükü ilə bağlı müraciətlərə baxdığını açıqlayıb. Hansı dövlətlərin müraciət etdiyi isə gizli saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam