Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər" -“Cavid Qurbanovun xəbəri yoxdur”

1439964729_demir-yolu-cavid-qurbanov00

“Azərbaycan Dəmir Yolları” QSC-də çox ciddi maliyyə maxinasiyaları həyata keçirilir”. 

Xeberinfo.com:  Bu barədə QSC-dəki mənbə “AzPolitika.info”ya müraciətində yazır. O, bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də bir müddətdir ki, köhnə, istifadəyə yararsız vaqonlar doğranaraq, poladəritmə zavodlarına satılır. Ancaq tonu 130 manata satılan vaqonları 65 manatdan sənədləşdirirlər. Beləliklə də istifadəsi yararsız hesab olunan vaqonların satışından əldə olunan vəsaitin yarısı dövlətə, yarısı isə şəxsi ciblərə axır.

Mənbə istifadəsi yararsız hesab olunaraq poladəritmə zavodlarına satılan vaqonların sayı ilə bağlı dəqiq məlumat verməsə də, söhbətin 100 minlərlə tondan getdiyini bildirir. Yəni, əməliyyatın miqyası kifayət qədər böyükdür.

vusalMənbə bu əməliyyatdan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbərsiz olduğunu, bu işin başında Qurbanovun müavini Vüsal Aslanovun durduğunu iddia edir. “Onun başçılığı ilə külli miqdarda vəsait mənimsənilməkdədir. Digər müavinlərin bundan xəbəri olsa da, Vüsal Aslanova heç kim heç nə deyə bilmir. Ona görə ki, Vüsal Aslanov hər yerdə deyir ki, mən Cavid Qurbanovun oğlu Şəmşirlə dostam…”

Məlumatda o da bildirilir ki, Vüsal Aslanovun 30 yaşı olmasına baxmayaraq, sədr müavini təyin olunması “çox önəmli” bir məmurun xahişi ilə baş tutub.

1432204318_qata1Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr gətirildikdən sonra burda bir sıra ciddi dəyişikliklər həyata keçirmişdi. Dəmiryolunun maddi-texniki bazasını yeniləməklə yanaşı QSC-dəki maliyyə maxinasiyalarına, korrupsiya hallarına son qoymaq istiqamətində də bəzi addımlar atmış, vəzifəli şəxsləri işdən kənarlaşdırmışdı. Hətta köhnə rəhbərliyi dəmiryolunun vəsaitlərini təyinatından yayındırmaqda, işçilərin sosial problemlərinin həlli üçün heç bir addım atmamaqda ittiham edərək, dəmiryolunun korrupsiyaya bulaşanlardan “təmizlənəcəyini” bəyan emişdi…

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam